Icma.az
close
up
RU
25 il əvvəl Bakıda GÖRÜN NƏ EDİBLƏR?! Şok hadisə

25 il əvvəl Bakıda GÖRÜN NƏ EDİBLƏR?! Şok hadisə

Icma.az, Yenisabah portalına istinadən məlumatı açıqlayır.

25 il əvvəl Bakının Nəsimi rayonunda törədilmiş qətlin üstü açılıb. 1961-ci il təvəllüdlü Həqiqət Məmmədovanın qəsdən öldürülməsi ilə bağlı cinayət işi üzrə icraat təzələnib və aparılan araşdırmalar nəticəsində şübhəli şəxs müəyyən edilərək saxlanılıb.

"Yeni Sabah" xəbər verir ki, bu barədə Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin birgə məlumatında bildirilib.

Məlumata görə, Həqiqət Məmmədova 30 iyun 2001-ci il tarixində Bakı şəhərinin Nəsimi rayonu ərazisində qətlə yetirilib. Cinayət işi üzrə icraatın təzələnməsindən sonra Nəsimi Rayon Prokurorluğu və Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən kompleks istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri həyata keçirilib. Marqarita pizza

Çoxsaylı dindirmələr, müasir ekspertiza tədqiqatlarının nəticələrinin təhlili və uzlaşdırılması nəticəsində hadisənin təfərrüatları müəyyənləşdirilib və cinayətin açılması təmin olunub.

Toplanmış sübutlarla 1976-cı il təvəllüdlü, əvvəllər qəsdən adam öldürmə cinayətinə görə məhkum olunmuş Rövşən Zeynalovun aşkar surətdə köməksiz vəziyyətdə olan Həqiqət Məmmədovanı qəsdən öldürməsinə əsaslı şübhələr yaranıb.

R.Zeynalov 20 oktyabr 2026-cı il tarixində polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib. Prokurorluq tərəfindən o, cinayət işi üzrə şübhəli şəxs qismində tutulub.

Oktyabrın 22-də R.Zeynalov Cinayət Məcəlləsinin 120.2.9-cu maddəsi ilə (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə) təqsirləndirilən şəxs qismində məsuliyyətə cəlb edilib və ona həmin maddə ilə ittiham elan olunub.

Müstəntiqin vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında məhkəmənin qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilib.

Hazırda cinayət işi üzrə ibtidai istintaq Nəsimi Rayon Prokurorluğunda davam etdirilir.

Baş Prokurorluq və Daxili İşlər Nazirliyi qeyd edib ki, əvvəlki illərdə törədilmiş və bağlı qalmış cinayətlərin açılması, həmin əməlləri törətmiş şəxslərin müəyyən edilərək qanunla nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb olunması istiqamətində tədbirlər davam etdirilir.

Aytac Əliyeva


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:58
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 22 Oktyabr 2026 17:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see304

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see292

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see279

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see267

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see265

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see264

Avtobus yerüstü piyada keçidinə çırpıldı, 24 nəfər...

20 Oktyabr 2026 23:55see243

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see239

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see238

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

20 Oktyabr 2026 22:48see237

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see232

Makronun siyasi sonu yaxınlaşır? Fransada etirazlar böyüyür

20 Oktyabr 2026 22:35see228

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see225

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see224

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see221

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see215

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see213

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see213

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see201

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri