25 min xərcləyib 170 milyonluq oğurluq etdilər
Icma.az bildirir, Cebheinfo saytına əsaslanaraq.
2025-ci ilin oktyabrında Fransanın Paris şəhərindəki Luvr muzeyindən təxminən 88 milyon avro (170,6 milyon Azərbaycan manatı) dəyərində tarixi zinət əşyalarını oğurlamaqda ittiham olunan iki şübhəlinin ifadələri üzə çıxıb.
“Cebheinfo.az” xəbər verir ki, dindirmə protokolları Fransanın "Le Monde" qəzeti tərəfindən dərc edilib. Dindirmə protokollarına görə, şübhəlilər iddia ediblər ki, soyğunçuluğun arxasında duran şəxs ələ keçirilən "qəniməti" yetərli hesab etməyib.
Şübhəlilər şəxsiyyəti naməlum şəxsin göstərişi ilə hərəkət etdiklərini və soyğunçuluq üçün 15.000 ilə 25.000 avro (təxminən 48,5 min manat) arasında ödəniş vəd edildiyini bildiriblər.
Cəmi səkkiz parça kral zinət əşyaları oğurlayıblar, lakin qaçış zamanı imperatriça Yevgeniyaya məxsus tacı çantadan salıblar və tac zədələnib. Fransa hakimiyyəti şübhəlilərin həqiqətən bir təşkilat adından hərəkət edib-etmədiklərini hələ təsdiqləməyib.
Əfsanə
“Cebheinfo.az”
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:100
Bu xəbər 14 İyul 2026 13:06 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















