Icma.az
close
up
RU
25 yaşındadır, amma görənlər inana bilmir FOTO

25 yaşındadır, amma görənlər inana bilmir FOTO

Icma.az bildirir, Olke.az saytına əsaslanaraq.

Çində yaşayan və nadir genetik xəstəlik səbəbindən 25 yaşında olmasına baxmayaraq həm fiziki, həm də zehni olaraq uşaq kimi qalan Vanq Cunqmin hekayəsi bacısının sosial şəbəkədə paylaşdığı videolardan sonra viral olub.

Ölkə.az "South China Morning Post" istinadla xəbər verir ki, 25 yaşında olmasına baxmayaraq boyu cəmi 66 santimetr olan Vanq nadir rast gəlinən hormonal pozğunluq səbəbindən həm fiziki, həm də zehni inkişafını tamamlaya bilməyib.

Vanq bacısı Xiaolinqin paylaşdığı videolardan sonra gündəmə gəlib. Öz sosial media hesabında gündəlik həyatlarını paylaşan Xiaolinq 163 min izləyiciyə çatıb.

Xiaolinqin paylaşımlarını görən bəzi xeyriyyəçilər Vanqın müalicə alması üçün onun xəstəxanaya yerləşdirilməsinə kömək ediblər. Müayinələr nəticəsində 25 yaşlı gəncə fevral ayında “hipofiz çatışmazlığı” diaqnozu qoyulub.

Bu xəstəlikdə hipofiz vəzisi böyümə və maddələr mübadiləsini tənzimləyən hormonları kifayət qədər ifraz etmir. Mütəxəssislər bu xəstəliyin adətən 6 ay–3 yaş aralığında aşkarlanmalı olduğunu və erkən müalicə ilə bir çox xəstənin normal boy və zehni inkişaf əldə edə bildiyini bildirirlər.

SCMP-nin məlumatına görə, Vanqın ailəsi illər əvvəl onu xəstəxanaya apararaq müalicəyə başlamışdı. Lakin daş ustası işləyən atanın az gəliri və ananın xəstəliyi “qismət” kimi qəbul etməsi səbəbindən müalicə yarımçıq qalıb.

Hazırda Vanqın müalicəsini üzərinə götürən endokrinoloq Deng Chao onun böyümə və inkişafı ilə bağlı “POU1F1” genində anormallıq olduğunu açıqlayıb.

2021-ci ildə yayımlanan araşdırmaya istinad edən həkim bu genetik pozğunluğun dünyada cəmi 114 halda qeydə alındığını bildirib. Müvafiq müalicə alan bir çox xəstənin normal boy və intellekt səviyyəsinə çata bildiyi qeyd olunur.

Həkimlər isə hazırda müalicənin nəticəsinin necə olacağını dəqiq proqnozlaşdıra bilmirlər.

Həmidə İbrahimova

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:77
embedMənbə:https://olke.az
archiveBu xəbər 11 İyun 2026 19:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see742

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see573

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see323

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see317

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see286

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see284

Keçənlərdən kiçik bir epizod... FOTO

27 Noyabr 2026 17:40see278

Bağırsaqda yara hansı xəstəliklərin əlaməti ola bilər? VİDEO

27 Noyabr 2026 15:20see273

Robotlar dünya iqtisadiyyatını dəyişəcək: İlk humanoid köməkçilər 15 ilə evlərə daxil ola bilər

27 Noyabr 2026 16:24see272

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see268

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see268

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see267

Söz içində... Sözümüz...

27 Noyabr 2026 17:30see265

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see246

Bir qədəh şərab qan təzyiqinə necə təsir edir? Mütəxəssislər açıqlayıb

27 Noyabr 2026 22:17see231

Avropanın borc içində boğulan ölkələri Ən çətin vəziyyətdə olan hansıdır? Siyahı

28 Noyabr 2026 10:02see227

Ceyhun Bayramov qətərli nazirlə görüşdü

27 Noyabr 2026 19:10see220

Ülviyyə Xəlilbəyli: İnsan özü yaşayarkən, keçmişinin yasını tutur (Foto)

27 Noyabr 2026 16:40see215

Dünya fond bazarlarında nə baş verir?

28 Noyabr 2026 13:46see200

50 illik həyat yoldaşını itirən müğənni: Onunla halallaşa bilmədik

28 Noyabr 2026 17:15see193
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri