25 yaşlı qızın dişi burnundan çıxarıldı Foto
Olke.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Türkiyədə 25 yaşlı Beyza Eminç adlı gənc qızın dişi burnundan çıxarılıb.
Ölkə.Az İHA-ya istinadla xəbər verir ki, buna səbəb gənc qızın yanaq sinusunda böyüyən diş kistasının olmasıdır.
Böyüyən diş estetik baxımdan problem yaratdığından onun dişi burnundan çəkilərək çıxarılıb.
İzmir İqtisadiyyat Universiteti "Medical Point" Xəstəxanasının qulaq-burun-boğaz (KBB) xəstəlikləri üzrə professor Dr. Erdem Eren vəziyyəti belə izah edib.
“Diş kistaları müalicə edilmədikdə ağızda böyüyə, dişləri itələyə, ətrafdakı toxumalara təzyiq göstərə və üzün deformasiyasına səbəb ola bilər. Bənzər bir mənzərə Beyza Xanımda da ortaya çıxdı; Yan sinusa təzyiq göstərməyə başlayan kista üz quruluşunda deformasiyalar yaratmağa başlayıb.
Əməliyyatın 3 saat davam etdiyi bildirilib.
Billurə Yunus
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:75
Bu xəbər 09 Noyabr 2024 17:22 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















