25 yaşlı xanım həyat yoldaşını qətlə yetirib
Icma.az, Sherg.az portalına istinadən məlumat yayır.
Paytaxt Tbilisidə 25 yaşlı xanım 22 yaşlı ərini qətlə yetirib.
24News.ge xəbər verir ki, bu barədə məlumatı Daxili İşlər Nazirliyi yayıb.
Məlumata görə, təqsirləndirilən şəxs cari ilin avqustun 22-də, Tbilisidə yaşadıqları mənzildə ailə münaqişəsi zəminində həyat yoldaşı – 2003-cü il təvəllüdlü L.G-yə soyuq silahla ölümcül xəsarət yetirib.
Tbilisi Polis Departamentinin əməkdaşları isti izlərlə həyata keçirilən operativ tədbirlər və istintaq hərəkətləri nəticəsində 2000-ci il təvəllüdlü T.G-ni saxlayıblar.
Polis hadisə zamanı istifadə olunan cinayət alətini – bıçağı maddi sübut kimi götürüb.
İstintaq Cinayət Məcəlləsinin 109-cu maddəsinin “k” bəndi ilə aparılır, bu da ailə üzvünə qarşı ağırlaşdırıcı hallarda qəsdən adam öldürməni nəzərdə tutur. Sözügedən cinayət 20 ilədək və ya ömürlük azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:113
Bu xəbər 24 Avqust 2025 05:47 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















