Icma.az
close
up
RU
250 milyonluq dələduzluqda ittiham olunan azərbaycanlı iş adamı kimdir? 11 şübhəli var

250 milyonluq dələduzluqda ittiham olunan azərbaycanlı iş adamı kimdir? 11 şübhəli var

Icma.az, Qaynarinfo portalına istinadən məlumat yayır.

İstanbulda 11 nəfərə qarşı dələduzluq iddiası ilə məhkəməyə şikayət edilib. Şübhəlilər arasında Azərbaycan əsilli Cavid İ. başlıca ad kimi göstərilir. İttihama görə, dələduzluq nəticəsində zərərin miqdarı 250 milyon lirəyə çatıb.

Qaynarinfo "Halk TV"yə istinadən xəbər verir ki, məlumatlara əsasən, Cavid İ. "Zorlu Center"dəki mənzilini bir günün içində boşaldaraq Dubaya qaçıb. Onun İstanbulda fəaliyyət göstərən bir hakimin istifadəsinə verilmiş işıq siqnalı quraşdırılmış xidməti avtomobildən də istifadə etdiyi müəyyən edilib.

İstanbul Baş Prokurorluğuna iş adamları İ. S. və Ü. B. adından edilən müraciətdə ümumilikdə 9-u azərbaycanlı olmaqla 11 nəfərin adı keçir. Onların arasında böyük holdinq sahibinə mühafizəçilik edən Yahya E. və təqaüddə olan xüsusi təyinatlı çavuş Aşır S. də var.

"Zorlu Center"də restoran və zinət əşyaları mağazaları işlədən Cavid İ. bir neçə il öncədən İstanbulda məskunlaşıb. Bu ilin əvvəlində isə iş adamı İ. S. ilə tanış olub və yaxın münasibət qurub. İttihamlara görə, o, lüks avtomobillər və bahalı saatlar alaraq etibar yaradıb, daha sonra isə ödənişləri etməyib.


Sənədlərə görə, Cavid İ. əvvəlcə 174 min və 138 min dollarlıq iki "Patek Philippe" markalı saat alıb, ödənişləri vaxtında edib. Lakin sonrakı mərhələdə yüzlərlə daha ucuz saat, eləcə də 315 min dollarlıq "Richard Mille" markalı iki saatı alıb və borclarını ödəməyib. Həmin saatlardan birini Azərbaycanda yarı qiymətə satdığı da üzə çıxıb.

Prokurorluq sənədlərində həmçinin göstərilir ki, 380 min dollarlıq "Audi A8 Long" üçün yalnız 80 min dollar, 750 min dollarlıq "Rolls-Royce" üçün isə 200 min dollar ödənib, qalan məbləğ verilməyib. Bu yolla iş adamı İ.S.-nin ümumi zərəri 5 milyon 450 min dollar olub.


Başqa bir zərərçəkmiş T. K. isə Cavid İ.-yə 800 min dollarlıq brilyant verib, lakin ödəniş ala bilməyib. Bundan əlavə, 105 min dollarlıq françayzinq haqqı da ona ödənməyib.

Cavid İ.-nin İ. S.-yə borcuna qarşılıq verdiyi 45 milyon lirəlik çek etibarsız çıxıb. O, 23 fevraldan etibarən telefon zənglərinə cavab verməyib. Bir neçə gün sonra isə qardaşı Rəşid İ. və anası səhər tezdən "Zorlu Center"dəki evi boşaldaraq binanı tərk ediblər.


Araşdırmalara əsasən, Cavid İ. və yaxın ətrafındakı şəxslər Dubaya gedib. Onun əmlaklarının bir qismini ucuz qiymətə satdığı, digərlərini isə başqa şəxslərə keçirdiyi bildirilib. Prokurorluq, Cavid İ. və daha üç nəfərin Türkiyəyə giriş-çıxış qeydlərini tələb edib.

Araşdırmalar zamanı məlum olub ki, Cavid İ. kimi təqdim olunan şəxs İbrahimov Cavid Ənvər oğludur. Ellementsmagazine.com saytında onun haqqında yerləşdirilən məlumatda qeud edilir ki, Cavid İbrahimov 12 may 1991-ci ildə dünyaya gəlib, zərgərlik, turizm, qida və kosmetika sənayesində ixtisaslaşmış azərbaycanlı sahibkardır. "RİV Holdinq"in İdarə Heyətinin sədri kimi o, bir çox sektorlar üzrə biznes əməliyyatlarının genişləndirilməsində mühüm rol oynayıb. 2016-cı ildə Türkiyəyə köçdükdən sonra aktiv şəkildə investisiyalar və biznesin inkişafı ilə məşğul olub. 


Cavid İbrahimov 2016-cı ildə Türkiyəyə gəldikdən sonra Zorlu Ticarət Mərkəzində "Tiffany & Co."nun Türkiyə təmsilçiləri ilə əməkdaşlıq edərək biznes karyerasına başlayıb. O, daha sonra biznes portfelini genişləndirərək investisiyalarını zərgərlik sektoruna yönəldib..

Turizm sənayesində qonaqpərvərlik və səyahət xidmətləri üzrə ixtisaslaşmış "Skyfall Travel" şirkəti qurub. Bunun ardınca o, Zorlu Ticarət Mərkəzində unikal konseptual mağaza yaratmaq üçün 90 türk dizaynerini birləşdirərək "Parlak Mücevherat" altında "Collection Point" brendini istifadəyə verib. Əsasən zərgərlik, tekstil və aksesuarlardan ibarət bu mağaza sonralar Emaar Ticarət Mərkəzində ikinci filialının açılması ilə genişlənib.

Biznes fəaliyyətini daha da şaxələndirən Cavid İbrahimov Tommi Qida və Qonaqpərvərlik şirkətini təsis edib və onun vasitəsilə Zorlu Ticarət Mərkəzində "Tommi Brasserie" təsis edib. Eyni zamanda Beymen mağazalarında fəaliyyət göstərən "Collection Jewelry" ilə zərgərlik sektorundakı varlığını davam etdirib. Bundan əlavə, o, dünyada tanınan "Stephen Webster" brendinin Türkiyədə eksklüziv distribütor hüquqlarını təmin edib.

Kosmetika sənayesində artan tələbatı qəbul edən Cavid İbrahimov Ankarada "MASC Cosmetics" fabrikinin tikintisi təşəbbüsü ilə çıxış edib. 5000 kvadratmetr ərazini əhatə edən bu obyektin aylıq istehsal gücü 2 milyon ədəddir. MASC və SUURA brendlərini təqdim etməklə yanaşı, fabrik ilk növbədə əsas beynəlxalq brendlər üçün müqaviləli istehsala diqqət yetirir.

Cavid İbrahimovun ilk karyerasına başladığı şirkət olan "RİV Company" o vaxtdan strateji investisiyalar, biznes tərəfdaşlıqları və layihələrin inkişafı ilə məşğul olan "RİV Holdinq"ə çevrilib. "RİV Holdinq" təkcə Türkiyədə deyil, həmçinin London, Dubay və Cenevrədə fəaliyyət göstərir və bir çox sənaye sahələrində müxtəlif varlığını qoruyur. Bundan əlavə, şirkət "strateji investisiya, uzaqgörən liderlik” prinsipinə sadiq qalaraq korporativ sosial məsuliyyəti vurğulayır.

Cavid İbrahimov "RİV Holdinq"in beynəlxalq miqyasda genişlənməsi və biznes strategiyalarına nəzarət edən İdarə Heyətinin sədri vəzifəsini davam etdirir.

Aydın

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:243
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 30 Sentyabr 2025 13:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda oynayan qapıçıya İtaliya ilə görüşdə şans verilmədi

14 Noyabr 2025 11:17see205

İqtisadiyyat Nazirliyində “Konstitusiya və Suverenlik İli” mövzusunda tədbir keçirilib

13 Noyabr 2025 10:47see186

Bakı və regionlarda neçə bina istiliklə təmin olunacaq? RƏSMİ AÇIQLAMA

13 Noyabr 2025 13:18see180

Neymar dərhal PSJ yə keçdiyinə peşman oldu və geri dönmək istədi

15 Noyabr 2025 01:07see172

AFFA dan Turan Tovuz un futbolçusuna cəza, klublara cərimə

13 Noyabr 2025 14:04see146

Yol qəzasında ölən jurnalist keçmiş məmurun övladıdır

13 Noyabr 2025 18:14see145

Yandırılmış sabitlik: İran öz ekoloji fəlakətinin əsirinə çevrilib

13 Noyabr 2025 11:52see133

“9990 nömrəsindən gələn zənglə bağlı yayılan iddialara DİN dən REAKSİYA FOTO

14 Noyabr 2025 17:40see131

İlon Maskdan gələcəklə bağlı daha bir proqnoz

13 Noyabr 2025 09:20see131

Rubl ucuzlaşdı, avro isə bahalaşdı RƏSMİ

13 Noyabr 2025 09:17see130

“Leş Tofiq”lər hərəkətə keçdi: Bizə eşşək əti yedizdirənlər niyə azadlıqda?

14 Noyabr 2025 18:18see130

Damarları tıxananlar bu qidalardan imtina etsin

14 Noyabr 2025 20:33see130

Türkiyədə həlak olan jurnalist sabiq məmurun oğlu imiş FOTO

14 Noyabr 2025 09:35see130

Bu deputat danışmır, ancaq şəkil çəkdirir FOTOLAR

14 Noyabr 2025 10:58see129

Nicat Kazımov: Dil milləti formalaşdıran və onun özünəməxsusluğunu qoruyan ən güclü təməldir

14 Noyabr 2025 00:49see128

Van der Vart: “Ronaldo şokolad olsaydı, özünü yeyərdi”

15 Noyabr 2025 03:09see127

Ayxan Abbasov: “Rəqibin gücü bəlli idi”

13 Noyabr 2025 23:49see126

Avropada “snayper turizmi”: varlılar pul ödəyib insan ovuna çıxıblarmış...

13 Noyabr 2025 08:31see126

“BakıKart”ın ləğvi iddiasına rəsmi cavab: “Metro və avtobuslarda...”

14 Noyabr 2025 09:09see125

Ukraynadakı müharibə 2026 cı ilin iyununda başa çata bilər Buşun köməkçisi

14 Noyabr 2025 09:44see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri