Icma.az
close
up
RU
250 mindən çox ailəyə sosial müavinət verilə bilər Yeni təklif

250 mindən çox ailəyə sosial müavinət verilə bilər Yeni təklif

Milli.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

"Milli Məclisin komitə iclasında təqdim etdiyimiz təkliflərdən biri də "çoxuşaqlı ailə" anlayışına yenidən baxılması ilə bağlıdır. Təklifə əsasən, mərhələli şəkildə üç və daha çox uşağı olan ailələrin çoxuşaqlı ailə hesab edilməsi nəzərdə tutulur".

Milli.Az baku.ws-ə istinadən məlumatına görə, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov bildirib.

Deputat qeyd edib ki, hazırda "Əmək pensiyaları haqqında" Qanuna əsasən, beş və daha çox uşağı olan ailələr üçün müəyyən güzəştlər tətbiq edilir:

"Belə ailələrdə anaların, bəzi hallarda isə ataların pensiya yaşı beş il azaldılır. Yəni həmin şəxslər ümumi qaydada müəyyən edilmiş 65 yaş deyil, 60 yaşında pensiyaya çıxmaq hüququ əldə edə bilirlər. Eyni zamanda, sosial müavinətlər haqqında qanunvericiliyə əsasən, beşdən çox uşağı olan ailələrə dövlət büdcəsi hesabına sosial müavinət ödənilir.

Bizim təklifimiz çoxuşaqlı ailə anlayışının mərhələli şəkildə dəyişdirilməsini nəzərdə tutur. Belə ki, sosial müavinətlərin təyin edilməsi üçün mövcud meyarın altı uşaqdan üç uşağa, pensiya yaşına tətbiq olunan güzəştlər üzrə isə beş uşaqdan üç uşağa endirilməsi təklif olunur.

Hazırda təxminən 14 min ailə çoxuşaqlı ailə kimi dövlət büdcəsindən sosial müavinət alır. Bu ailələrdə uşaqların sayından asılı olaraq hər bir uşağa görə aylıq 140 manat müavinət ödənilir".
Vüqar Bayramov əlavə edib ki, təklif olunan yanaşmaya əsasən, proses mərhələli şəkildə həyata keçirilə bilər:

"İlk mərhələdə beş uşağı olan ailələrə, daha sonra isə dörd və üç uşağı olan ailələrə də dövlət büdcəsindən sosial müavinətin verilməsi nəzərdə tutula bilər.
Hesablamalara görə, üç və daha çox uşağı olan ailələrin də bu sistemə daxil edilməsi 250 mindən artıq ailənin dövlət büdcəsindən aylıq sosial müavinət almaq imkanını yarada bilər. Bu isə həmin ailələrdə uşaqların sayına uyğun olaraq hər bir uşağa görə aylıq sosial dəstəyin göstərilməsi deməkdir.

Eyni zamanda, bu yanaşma çoxuşaqlı ailələr üçün pensiya yaşında tətbiq edilən güzəştlərin də genişləndirilməsinə imkan verə bilər. Məsələn, üç uşağı olan şəxslərin pensiya yaşının üç il, dörd uşağı olanların dörd il, beş və daha çox uşağı olanların isə beş il azaldılması məsələsinə baxıla bilər.

Təklif artıq təqdim olunub və aidiyyəti dövlət qurumları tərəfindən maliyyə imkanları və mümkün fiskal yük qiymətləndirildikdən sonra bu istiqamətdə müzakirələrin davam etdirilməsi mümkündür".
Müəllif: Malik Məlikov (Milli.Az redaktor)

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:113
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 12 Sentyabr 2026 11:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see305

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see293

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see284

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see281

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see263

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see251

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see243

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see234

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see234

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see229

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see226

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see221

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see219

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see209

Havalı Alı Rüstəm Dastanoğlunun hekayəsi

21 Oktyabr 2026 18:10see194

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see193

Günel Afrikadan qız uşağı övladlığa götürmək istəyir

21 Oktyabr 2026 15:52see187

Çörək yeyəndən sonra niyə yuxumuz gəlir?

21 Oktyabr 2026 15:46see187

Bakıda milyonluq hazırlıqlar başladı Qarlı havalarla bağlı

21 Oktyabr 2026 18:31see182

Yoxa çıxan avropalı müşahidəçilər: “təhlükəsizlik mütəxəssisləri” haradadırlar?

21 Oktyabr 2026 10:33see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri