Icma.az
close
up
RU
26 Avqust Laçın Şəhəri Günü: Cənnətə çevrilən doğma torpaq

26 Avqust Laçın Şəhəri Günü: Cənnətə çevrilən doğma torpaq

Icma.az, Yeniazerbaycan saytına istinadən bildirir.

26 Avqust Azərbaycan xalqı üçün təkcə bir təqvim tarixi deyil – bu gün həm də Laçının qürurla geri qayıtdığı, zəfərin simvollarından birinə çevrildiyi gündür. Laçın Şəhəri Günü artıq hər il müstəqilliyimizi, ərazi bütövlüyümüzü və milli iradəmizi təcəssüm etdirən simvolik bir tarixə çevrilmişdir. Bu gün həm də qələbəmizin bərpa, quruculuq və dirçəliş mərhələsinə keçidinin canlı sübutudur. 44 günlük Vətən müharibəsində əldə olunan şanlı Zəfərdən sonra Azərbaycan torpaqları, o cümlədən Laçın rayonu işğaldan azad edildi. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev işğaldan azad olunmuş ərazilərə səfərləri zamanı verdiyi vədləri ardıcıl şəkildə həyata keçirməklə, bu torpaqlarda həyatın tam mənası ilə yenidən doğulmasını təmin edir. Prezident İlham Əliyevin Laçın şəhərinə səfəri zamanı söylədiyi fikirlər bu günün əhəmiyyətini bir daha vurğulayır: “Biz öz doğma torpaqlarımızı işğalçılardan azad edəndən sonra mən demişdim ki, Qarabağı və Şərqi Zəngəzuru cənnətə çevirəcəyik. Cənnətin əgər təsviri varsa, bu gün bax, budur. Gözəl təbiət, əzəmətli dağlar, gözəl binalar, evlər – hər şey çox böyük zövqlə yaradılır ki, həm insanlar burada rahat yaşasınlar, həm də Laçın şəhərinin müasir siması Azərbaycanın əldə etdiyi uğurlarla eyni səviyyədə olsun.”

Bu sözlər bir dövlət başçısının təkcə siyasi qətiyyətini deyil, həm də doğma yurda olan sarsılmaz sevgisini, vətəndaşlarına verdiyi yüksək dəyəri ifadə edir. Laçının bu günkü inkişafı isə deyilənlərin real təcəssümüdür. Burada aparılan abadlıq-quruculuq işləri, müasir infrastrukturun qurulması, yol-nəqliyyat şəbəkəsinin inkişafı, məktəblər, xəstəxanalar və digər sosial obyektlərin tikintisi bölgəni yeni bir həyatla təmin edir.

Laçın artıq təkcə keçmişin xatirələrində yaşayan bir şəhər deyil. O, bu gün öz sakinlərinə qayıdan, onlara rifah bəxş edən, çağdaş Azərbaycanın tərəqqi simvoluna çevrilən bir məkandır. Bu proses təkcə Laçına deyil, bütün Qarabağ və Şərqi Zəngəzura aiddir – burada aparılan bərpa işləri, “Böyük Qayıdış” proqramı çərçivəsində həyata keçirilən tədbirlər, kəndlərin və şəhərlərin yenidən salınması Azərbaycanın əzmini və gələcəyə olan inamını əks etdirir.

Laçın artıq cənnətə çevrilməkdədir – təbiəti, mədəniyyəti, tarixi və bu günün müasirliyi ilə. Bura qayıdan hər bir sakin bunu həm görür, həm də yaşayır. Bu, yalnız fiziki bir qayıdış deyil, həm də mənəvi qayıdışdır – milli ruhun öz yurduna dönməsi, haqqın və ədalətin bərpa olunmasıdır.

Bu möhtəşəm dirçəlişin təməlində dayanan əsas amillər – Prezident İlham Əliyevin uzaqgörən siyasəti, xalq-dövlət birliyi və vətənpərvərlik ruhudur. Laçın şəhərinin bugünkü siması sübut edir ki, Azərbaycan öz torpaqlarında əbədi və daimi sahibdir. İndi Laçın yalnız keçmişin xatirələrini deyil, həm də gələcəyin ümidlərini yaşadır.

Nicat Quliyev,

Yeni Azərbaycan Partiyası Laçın rayon təşkilatının məsləhətçisi

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:156
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 25 Avqust 2025 23:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see694

Tolerantlıq həm də qarşılıqlı etimadın bərpası deməkdir

27 Noyabr 2026 14:34see539

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see529

Psixoloji gərginliyin artmasının əsas səbəbləri nələrdir? PSİXOLOQ AÇIQLADI

27 Noyabr 2026 12:12see333

Mərkəzi Gömrük Hospitalı tərəfindən Gəncə şəhərində genişmiqyaslı tibbi sosial tədbirlər keçirilib

27 Noyabr 2026 13:35see315

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see310

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see304

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see269

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see269

Keçənlərdən kiçik bir epizod... FOTO

27 Noyabr 2026 17:40see265

Bağırsaqda yara hansı xəstəliklərin əlaməti ola bilər? VİDEO

27 Noyabr 2026 15:20see261

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see260

Robotlar dünya iqtisadiyyatını dəyişəcək: İlk humanoid köməkçilər 15 ilə evlərə daxil ola bilər

27 Noyabr 2026 16:24see260

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see259

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see257

Söz içində... Sözümüz...

27 Noyabr 2026 17:30see255

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see232

Bir qədəh şərab qan təzyiqinə necə təsir edir? Mütəxəssislər açıqlayıb

27 Noyabr 2026 22:17see208

Avropanın borc içində boğulan ölkələri Ən çətin vəziyyətdə olan hansıdır? Siyahı

28 Noyabr 2026 10:02see204

Ceyhun Bayramov qətərli nazirlə görüşdü

27 Noyabr 2026 19:10see202
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri