Icma.az
close
up
RU
26 İyun Dövlətimizin Gücü, Xalqımızın Qüruru

26 İyun Dövlətimizin Gücü, Xalqımızın Qüruru

Icma.az bildirir, Demokrat.az saytına əsaslanaraq.

Azərbaycan xalqının dövlətçilik tarixində ordu həmişə milli mübarizənin, müstəqillik ruhunun və vətənə sədaqətin simvolu olmuşdur. 26 iyun – Azərbaycan Silahlı Qüvvələri Günü, bu gün təkcə hərbçilərin deyil, bütün xalqın bayramına çevrilmişdir. Çünki ordu – xalqın özüdür. Ordunun gücü xalqın birliyindən, inamından, Vətən sevgisindən doğur.
Müstəqil Azərbaycanın ordu quruculuğu prosesi sadəcə bir struktur formalaşması yox, həm də tarix, vətəndaşlıq borcu və strateji dövlət siyasətidir. 
Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin yaranma tarixi 1918-ci ilə – Azərbaycan Xalq Cümhuriyyətinə gedib çıxır. Həmin il iyunun 26-da Nazirlər Şurasının qərarı ilə ölkədə ilk dəfə olaraq milli hərbi hissələrin təşkili başlanıldı. Bu, Azərbaycanın müstəqil dövlət olaraq təhlükəsizliyini təmin etmək üçün atdığı ən önəmli addımlardan biri idi. Təəssüf ki, bu addım cəmi 23 ay yaşayan Cümhuriyyətin süqutundan sonra yarımçıq qaldı.
Lakin bu qərar tariximizdə ilk dəfə müstəqil hərbi sistemin – milli ordunun hüquqi əsaslarla yaradılmasını simvolizə edir. 80 ildən sonra bu ənənə müstəqil Azərbaycan Respublikasında bərpa edildi.
1991-ci ildə Azərbaycanın müstəqilliyini yenidən bərpa etməsi ilə milli təhlükəsizliyin təminatı məsələsi prioritetə çevrildi. Lakin o dövrdə ölkə ciddi daxili siyasi böhranlar, bölgələrdə separatizm və Ermənistanın genişmiqyaslı hərbi təcavüzü ilə üz-üzə qaldı. Silahlı Qüvvələrin formalaşmasında vahid strategiya və liderlik çatışmırdı. Bu səbəbdən Azərbaycanın müdafiə imkanları zəif idi və işğal təhlükəsi reallığa çevrilmişdi.
1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan ümummilli lider Heydər Əliyev, dövlətin təhlükəsizliyini təmin etmək üçün ordu quruculuğunu milli prioritet elan etdi. Onun rəhbərliyi ilə həyata keçirilən genişmiqyaslı hərbi islahatlar nəticəsində Silahlı Qüvvələrin strukturlaşdırılması, kadr siyasətinin peşəkarlıq üzərində qurulması, hərbi hissələrin döyüş hazırlığının yüksəldilməsi və hərbçilərin sosial rifahının təmin olunması istiqamətində mühüm addımlar atıldı.
Heydər Əliyev deyirdi:
“Müstəqil Azərbaycanın hər bir vətəndaşı bilməlidir ki, biz dövlət olaraq yalnız güclü orduya malik olduqda təhlükəsizliyimizi təmin edə bilərik.”
Onun strateji uzaqgörənliyi nəticəsində Azərbaycan Ordusu qısa müddətdə regionun ən güclü və nizamlı hərbi sistemlərindən birinə çevrildi. Həm də bu, təkcə fiziki güc yox, mənəvi güvən və milli ruhun təntənəsi idi.
1998-ci il 22 may tarixində Ulu Öndərin imzaladığı fərmanla 26 iyun tarixi Silahlı Qüvvələr Günü kimi rəsmiləşdirildi. Bu qərar tarixi ədalətin bərpası idi. Həm də bu bayram bir xalqın orduya inamının, dövlətin öz əsgərinə verdiyi dəyərin təcəssümüdür.
Hər il bu tarixdə dövlətin ali rəhbərliyi tərəfindən keçirilən tədbirlər, hərbi paradlar, təltiflər və ictimai çağırışlar Silahlı Qüvvələrin xalqın həyatındakı əhəmiyyətini bir daha göstərir.
2020-ci ildə 44 günlük Vətən Müharibəsi zamanı Azərbaycan Ordusu öz gücünü, ruhunu və peşəkarlığını bütün dünyaya sübut etdi. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında əsgərlərimiz illərlə işğal altında olan torpaqları qəhrəmancasına azad etdilər. Bu zəfər bir daha sübut etdi ki, Azərbaycan Ordusu təkcə regionun deyil, qlobal miqyasda sayılıb-seçilən hərbi qüvvəyə çevrilmişdir.
Prezident İlham Əliyevin ifadəsi ilə:
“Azərbaycan əsgəri döyüş meydanında tarix yazdı. Bu tarix – qürur tariximizdir.”
Bu gün Azərbaycan Ordusu NATO standartlarına uyğun silahlanma, müasir texnologiyalar və yüksək döyüş hazırlığı ilə təchiz olunmuşdur. Ölkədə orduya ictimai dəstək, gənclər arasında hərbi vətənpərvərlik ruhu yüksələn xətt üzrə inkişaf edir. Vətənini sevən, onun müdafiəsinə hazır olan bir gənclik yetişir. Bu isə sabahın təminatı, dövlətin dayanıqlı gələcəyidir.
26 iyun – təkcə bir tarix deyil, milli kimliyimizin, mübarizə tariximizin və qürur dolu sabahımıza olan inamın günüdür. Azərbaycan Ordusu bu xalqın ürəyindən doğub, torpağının qüruruna çevrilib. Biz bu gün Silahlı Qüvvələrimizin yanında dayanmaqla həm də dövlətçiliyimizi, azadlığımızı və gələcəyimizi qoruyuruq.
Yaşasın Azərbaycan əsgəri!
Yaşasın Azərbaycan Ordusu!
Yaşasın Müstəqil Azərbaycan!
Həcər Vəliyeva
Hacıqabul Heydər Əliyev Mərkəzinin əməkdaşı
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:203
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 23 İyun 2025 17:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see323

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see314

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see304

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see288

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see284

Azərbaycana gətirilən avtomobillərin sayı açıqlandı Hibridlər diqqət çəkir

19 Oktyabr 2026 18:17see263

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see256

Azərbaycan Gürcüstandan qoyun və keçi idxalını təqribən 40 % azaldıb

19 Oktyabr 2026 21:01see246

“Faiz haramdır“dan 50% lik faizə...

19 Oktyabr 2026 20:26see244

Bəzi rayonlarda işıq olmayacaq

20 Oktyabr 2026 00:21see224

Ədəbiyyatşünas Dmitro Drozdovski: Səlim Babullaoğlu mədəniyyət diplomatıdır

19 Oktyabr 2026 20:05see223

Azərbaycanda baş həkim vəfat edib

19 Oktyabr 2026 23:27see223

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see222

MTK nın fəaliyyəti nə vaxt başa çatmalıdır? EKSPERT AÇIQLADI

19 Oktyabr 2026 17:48see221

Rusiya və İran Rəşt Astara dəmir yolu layihəsini müzakirə ediblər

19 Oktyabr 2026 19:01see212

Yaşayış binasına daha iki mərtəbə əlavə olunur Sakinlər narahatdırlar (Video)

20 Oktyabr 2026 00:31see209

Məkkə məscidində cinsi əlaqədə oldular edam edildilər

19 Oktyabr 2026 19:59see208

Şahların yeməyi DOMBALAN Ən bahalı göbələkdən RESEPT

19 Oktyabr 2026 23:00see193

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

20 Oktyabr 2026 13:39see176

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see163
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri