26 nəfər iş yerlərinə bərpa olundu 108 min manat ÖDƏNİLDİ
Bizim media saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti bu ilin yanvar-fevral ayları ərzində işəgötürənlər tərəfindən sosial xarakterli ödənişlər olan 108 min 312 manatdan çox vəsaitin işçilərə ödənilməsinin gecikdirildiyini müəyyən edib.
Xidmətdən Bizim.Media-ya verilən məlumata görə, görülən tədbirlər nəticəsində həmin vəsaitlərin işəgötürənlər tərəfindən işçilərə ödənilməsi təmin edilib.
Gecikdirilən vəsaitlərin 96 faizi əməkhaqqı, 4 faizi isə müavinət və zərərə görə ödəncdən ibarət olub.
Müraciətlərin araşdırılması zamanı Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən 26 işçinin əmək müqavilələrinə qanunvericiliyin tələbləri pozulmaqla xitam verildiyi müəyyən edilib. Xidmətin qanunvericiliyə əsasən gördüyü tədbirlər nəticəsində həmin işçilər yenidən əvvəlki işlərinə bərpa olunublar.
Bizim.Media
Baxış sayı:94
Bu xəbər 11 Mart 2026 13:40 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















