Icma.az
close
up
RU
26 yaşlı qız xuliqanlıq etdi Polis naryadı çağırıldı

26 yaşlı qız xuliqanlıq etdi Polis naryadı çağırıldı

Icma.az bildirir, Qafqazinfo saytına əsaslanaraq.

Paytaxtın Yasamal rayonu Nəriman Nərimanov prospektində ictimai asayişi pozan 26 yaşlı qız inzibati məsuliyyətə cəlb edilib.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, paytaxt sakini F.Adıyev polisə müraciət edərək, 1999-cu il təvəllüdlü V.Nəcəfovanın (şərti soyadlı) “Dark Diamond” restoranının qarşısında onu yüksək səslə söydüyünü və əməllərinə davam etdiyini bildirib.

Hadisə yerinə yaxınlaşan polis əməkdaşı insidentin davam etdiyini görüb və tərəfləri sakitləşdirməyə çalışıb.

Lakin F.Adıyev sakitləşsə də, həmin şəxs əməllərinə davam edib. Heç cür sakitləşməyən xanımı saxlamaq üçün isə əraziyə əlavə polis naryadı dəvət edilib. Müqavimət göstərən və maşını təpikləyən qız saxlanılaraq 26-cı Polis Şöbəsinə aparılıb və barəsində inzibati portokol tərtib edilib.

Daha sonra V.Nəcəfova Yasamal Rayon Məhkəməsinə aparılıb. Məhkəmədə təqsirləndirilən şəxs F.Adıyevlə küçədə arasında mübahisə yarandığını, müdafiə mövqeyi sərgilədiyini, əsəb gərginliyi və təşviş şəraitində reflektiv hərəkətlər etdiyini bildirərək özünü qismən təqsirli bilib.

Məhkəmə 26 yaşlı qızı İnzibati Xətalar Məcəlləsinin 510-cu (Xırda xuliqanlıq) maddəsi ilə təqsirli bilib. Ona 4 sutka inzibati həbs verilib və müvaqqəti saxlanma yerinə yerləşdirilib.

Qeyd edək ki, oxşar hadisə bir neçə gün əvvəl paytaxtın Nizami rayonundakı “Sherlock Music pub” restoranında da baş vermiş və həmin hadisəyə görə 38 yaşlı qadın 5 sutkalıq həbs olunmuşdu.

Aslan Vəliyev

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:156
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 04 İyun 2025 11:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see348

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see346

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see337

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see336

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see320

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see315

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see303

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see301

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see300

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see297

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see287

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see286

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see279

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see269

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see267

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see259

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see254

Qazax şəhərində beşinci İdman Festivalının açılış mərasimi keçirilib FOTO

20 Noyabr 2026 21:35see239

3 Tesla MRT SAF Hospitalda Nə zaman həyat əhəmiyyətlidir? (VİDEO)

20 Noyabr 2026 15:57see234

Nəhəng gəmidə NAMƏLUM XƏSTƏLİK yayıldı 150 yə yaxın insanda QORXULU ƏLAMƏTLƏR

20 Noyabr 2026 15:17see210
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri