Icma.az
close
up
RU
266 cı “Superklasiko”da “Boka Xuniors” qalib gəldi

266 cı “Superklasiko”da “Boka Xuniors” qalib gəldi

Icma.az, Footbal-plus saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Argentina çempionatının Apertura (açılış) mərhələsinin 15-ci turunda qeydə alınan nəticələrdən sonra qrup liderlərindən biri dəyişdi. Əlbəttə, ölkə futbol ictimaiyyətinin əsas diqqəti “Superklasiko”ya yönəlmişdi.

A qrupunda 4-cü turdan sonra vahid liderliyə yiyələnən “Veles Sarsfild” səfərdə “San Lorenso”dan yalnız bir xal ala bildi. Gilyermo Barros Skelottonun komandası qolsuz “sülh”ə razılaşdı. İki xal itkisi “Veles”ə liderliyi itirmək bahasına başa gəldi.
Ona görə ki, paytaxt klubunun əsas izləyicisi turu maksimum nəticə ilə başa vurdu. “Estudiantes” səfərdə “İnstituto”nu 1:0 hesabıyla məğlub etdi. Ötən mövsümün Klausura (bağlanış) mərhələsinin çempionu olan Aleksander Medinanın komandası xalını 27-yə çatdıraraq liderliyə yüksəldi. A qrupunda 3-cü yerdə olan “Lanus” isə “Ximnasiya”ya minimal hesabla uduzaraq 5-ci yerə düşdü.
Bu qrupda tura 4-cü yerdə başlayan “Boka Xuniors” üçün son oyunlarda əla nəticələr göstərən “River Pleyt”ə qarşı derbi prinsipial əhəmiyyət daşıyırdı. “River” 266-cı “Superklasiko” ərəfəsində keçirdiyi 5 matçda xal itirməmiş və B qrupunu lider kimi başa vurmaq şansı yaxalamışdı. Eduardo Kudetin komandası əzəli rəqibi ilə evdə oynayacağı üçün qələbə seriyasını davam etdirə bilərdi. Lakin nəticə “milyonçular”ı məyus etdi. Ev sahibləri topa 68 faiz nəzarət etsələr də, qapıya dəqiq zərbələr üzrə qonaqlardan 3:5 hesabıyla geri qaldılar. Fasiləyə az qalmış qazanılan penaltini qola çevirən Paredes nəticəni müəyyən edən yeganə oyunçu oldu.
Beləliklə, “Superklasiko”da “Boka Xuniors”un 94-cü qələbəsi rəsmiləşdi. Əzəli rəqabətdə indiyədək 84 dəfə heç-heçə qeydə alındığını, “River Pleyt”in isə derbidə 88 qələbə qazandığını da qeyd edək. Klaudio Ubedanın komandası uğurlu nəticə ilə A qrupunda topların daha yaxşı fərqinə əsasən 3-cü yerə çıxdı, “River” isə B qrupunda 2-ci yerdə qaldı.
B qrupunun lideri “İndependyente Rivadaviya” əvvəlki turda 1/8 finala ilk vəsiqənin sahibi olmuşdu. Mendosalılar qələbə seriyasını 5 oyuna çatdıra bilmədilər. “Banfild”lə səfər oyununda hesab açılmadı və “River Pleyt”in məğlubiyyəti Alfredo Bertinin komandasının mövqeyini möhkəmləndirdi: “İndependyente Rivadaviya” qrup mərhələsinin sonuna iki tur qalmış əsas izləyiciləri “River Pleyt” ilə “Arxentinos Xuniors”u 4 xal qabaqlayır.
Vitse-çempion statusunu daşıyan “Rasinq” bu gedişlə pley-offa vəsiqə qazanmaya bilər. “Aldosivi” ilə 1:1 hesabına razılaşan avelyanedalılar B qrupunda 9-cu yerdən 10-a gerilədilər.
qrup mərhələsi, 15-ci tur
San Lorenso - Veles Sarsfild 0:0
İnstituto - Estudiantes LP 0:1
Agirre, 51.
Ximnasiya M - Lanus 1:0
Modika, 54.
River Pleyt - Boka Xuniors 0:1
L.Paredes, 45+6-p.
Talyeres de Kordoba - Deportivo Riestra 2:0
R.Martines, 10. Şott, 25.
Banfild - İndependyente Rivadaviya 0:0
Arxentinos Xuniors - Atletiko Tukuman 1:0
Molina, 61.
Barrakas Sentral - Belqrano 0:0
Rosario Sentral - Sarmyento 2:1
Velis, 42. Pisarro, 90+11 – X.Qomes, 77.
Union - Nyuellz Old Boyz 2:3
Estiqarribia, 4. Menossi, 87 – Mansilya, 13-öz qapısına. Russo, 38. E.Ramires, 76.
Ximnasiya LP - Estudiantes RK 1:0
M.Torres, 40-p.
İndependyente - Defensa y Xustisiya 3:1
Avalos, 15-p. M.Qutyerres, 29. Milyan, 90+4 – Molinas, 8-p.
Aldosivi - Rasinq 1:1
Anso, 43 – Zaraço, 83.
Sentral Kordoba - Platense 4:3
Masyel, 24. F.Martines, 35. Naya, 50. Barrera, 76 – Sapiola, 20. Retamar, 71. Merlini, 87.
Tiqre - Atletiko Urakan 1:1
Q.Martines, 48 - X.Kaysedo, 65.
A qrupu
1. Estudiantes LP 14 8 3 3 17-7 27
2. Veles Sarsfild 14 7 5 2 15-9 26
3. Boka Xuniors 14 6 6 2 16-8 24
4. Talyeres de Kordoba 14 7 3 4 16-12 24
5. Lanus 14 6 4 4 18-15 22
6. İndependyente 14 5 6 3 22-17 21
7. Union 14 5 4 5 21-17 19
8. Defensa y Xustisiya 14 4 7 3 17-15 19
9. San Lorenso 14 4 7 3 12-12 19
10. İnstituto 14 5 2 7 14-16 17
11. Platense 14 3 7 4 10-12 16
12. Ximnasiya M 14 4 4 6 11-16 16
13. Sentral Kordoba 14 4 3 7 10-19 15
14. Nyuellz Old Boyz 14 3 4 7 13-25 13
15. Deportivo Riestra 14 0 7 7 3-12 7
B qrupu
1. İndependyente Rivadaviya 14 9 3 2 23-13 30
2. River Pleyt 14 8 2 4 19-10 26
3. Arxentinos Xuniors 14 7 5 2 15-10 26
4. Rosario Sentral 14 7 3 4 17-14 24
5. Belqrano 14 6 4 3 13-12 23
6. Atletiko Urakan 14 5 6 3 16-11 21
7. Barrakas Sentral 14 5 5 4 13-12 20
8. Ximnasiya LP 14 6 2 6 16-19 20
9. Tiqre 14 4 7 3 17-13 19
10. Rasinq 14 5 4 5 16-14 19
11. Sarmyento 14 5 1 8 12-16 16
12. Banfild 14 4 2 8 14-17 14
13. Atletiko Tukuman 14 2 4 8 13-19 10
14. Aldosivi 14 0 7 7 4-15 7
15. Estudiantes RK 14 1 2 11 4-20 5
Bombardirlər: Avalos (İndependyente) - 9, X.Kaysedo (Atletiko Urakan) - 8, Marabel (Sarmyento), M.Mendes (Banfild), D.Romero (Tiqre), Tarraqona (Union) - 6.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:137
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 30 Aprel 2026 13:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see330

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see309

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see293

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see271

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see267

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see264

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see256

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see248

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see247

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see237

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see226

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see225

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see225

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see215

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see210

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see208

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see204

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see196

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see192

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see192
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri