27 il əvvəl 2025 ci il üçün verilən proqnozlar: Onlardan 5 i gerçəkləşib
Qaynarinfo saytına istinadən Icma.az xəbər verir.
1998-ci ildə - "Titanik” filminin bir-birinin ardınca "Oskar” mükafatları topladığı, Bill Klintonun isə impiçmentə bir addım qaldığı dövrdə - amerikalı sosioloqlar əhali arasında sorğu keçirərək insanlardan o zamanlar uzaq görünən 2025-ci il barədə proqnozlarını soruşmuşdular. Amerika yayımçısı CNN həmin sorğunu xatırladaraq 27 il əvvəlki gözləntiləri bu günümüzlə müqayisə edib.
Qaynarinfo xəbər verir ki, həmin vaxt sorğu iştirakçılarına 2025-ci ilə qədər baş verə biləcək bir sıra ssenarilər təqdim olunmuş və onların mümkünlüyünə inanıb-inanmadıqları soruşulmuşdu. Əksəriyyətin razılaşdığı bəzi proqnozlar həqiqətən də gerçəkləşib.
Belə ki, respondentlərin böyük hissəsi 2025-ci ilə qədər aşağıdakıların baş verəcəyini düzgün proqnozlaşdırıb:
* ABŞ-da ilk dəfə qaradərili prezident seçiləcək;
* eynicinsli nikahlar leqallaşacaq və geniş yayılacaq;
* yeni ölümcül xəstəlik ortaya çıxacaq (COVID-19 pandemiyası bu proqnoza tam uyğundur);
* kosmik səyahətlər adi insanlar üçün əlçatan olmayacaq;
* bəşəriyyət yadplanetli sivilizasiyalarla əlaqə qura bilməyəcək.
Bununla yanaşı, amerikalıların razılaşdığı bir çox nikbin proqnoz reallaşmayıb. Sorğuda iştirak edənlərin təxminən 2/3-si ABŞ-da qadının prezident seçiləcəyini gözləyirdi, yarıdan çoxu xərçəng üzərində qələbəyə inanırdı, 61 faiz isə insanların müntəzəm olaraq 100 il yaşayacağını düşünürdü. Lakin bunların heç biri baş verməyib.
Sorğu gələcəklə bağlı pessimist əhval-ruhiyyəni də əks etdirib. Respondentlərin 10-dan 8-i şəxsi məxfiliyin azalacağını, 57 faizi şəxsi azadlıqların məhdudlaşacağını, 71 faizi isə uşaqların tərbiyəsinin çətinləşəcəyini proqnozlaşdırıb. Əksəriyyət varlılar üçün həyat keyfiyyətinin artacağını (70 faiz), kasıblar üçün isə pisləşəcəyini gözləyib. Orta siniflə bağlı fikirlər isə bölünüb. Amerikalılar daha yüksək cinayətkarlıq səviyyəsi, daha pis ekoloji vəziyyət və daha aşağı mənəvi standartlar proqnozlaşdırıblar.
Maraqlıdır ki, ABŞ-da ümumi əhval-ruhiyyə zamanla daha da pessimist olub. 1998-ci ilin payızında amerikalıların 60 faizi ölkədəki vəziyyətdən razı idi, hazırda isə bu göstərici cəmi 24 faiz təşkil edir.
Aydın
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:103
Bu xəbər 02 Yanvar 2026 21:23 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















