27 il Mərkəzi Banka rəhbərlik etdi: Elman Rüstəmov indi haradadır?
Sherg.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Uzun illər Azərbaycanın maliyyə sistemində əsas simalardan biri olan Elman Rüstəmov son dövrlərdə ictimaiyyət qarşısında əvvəlki qədər görünmür. Bəs 27 il Milli Bank və Mərkəzi Banka rəhbərlik etmiş E.Rüstəmov hazırda hansı vəzifəni tutur?
Metbuat.az xəbər verir ki, Elman Sirac oğlu Rüstəmov 1952-ci il iyunun 29-da Cəbrayıl rayonunda anadan olub. Azərbaycan Xalq Təsərrüfatı İnstitutunu bitirən Rüstəmov əmək fəaliyyətinə iqtisadi sahədə başlayıb və müxtəlif dövlət qurumlarında çalışıb.
O, 1992-ci ildə Milli Bankın İdarə Heyəti sədrinin birinci müavini təyin edilib. 1995-ci ildən banka rəhbərlik edən Rüstəmov sonrakı illərdə də bu vəzifədə fəaliyyətini davam etdirib. 2020-ci ildə Prezidentin sərəncamı ilə Mərkəzi Bankın İdarə Heyətinin sədri vəzifəsinə yenidən təyin olunub.
2022-ci ilin aprelində Mərkəzi Bankın rəhbərliyindən ayrılan Rüstəmov dövlət idarəçiliyində fəaliyyətini davam etdirib. Baş nazir Əli Əsədovun 13 aprel 2022-ci il tarixli sərəncamı ilə Baş nazirin müşaviri təyin olunub.
Hazırda Nazirlər Kabinetinin rəsmi strukturunda Elman Rüstəmov Baş nazirin müşaviri kimi göstərilir. Uzun illər Mərkəzi Bankın rəhbəri kimi tanınan Rüstəmov hazırda fəaliyyətini hökumət səviyyəsində davam etdirir.
Baxış sayı:65
Bu xəbər 29 Sentyabr 2026 20:17 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















