27 il sonra təsadüfən bioloji valideynlərini tapdı FOTO
Sfera.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Çinin cənubundakı Quanqdonq əyalətinin Heyuan şəhərindən olan 27 yaşlı He adlı qadın inanılmaz rekorda imza atıb.
Sfera.az bildirir ki, gənc qız bioloji ailəsini sosial şəbəkədə video mesaj yayımladıqdan cəmi iki gün sonra tapıb.
Belə ki, He 1998-ci ilin əvvəlində himayədar ailəyə verildiyi ünvanı və qohumlarının yaşadığı kəndin yerini göstərən qeyd yerləşdirib.
O, açıqlamasında:
"Daha əvvəl nə olursa olsun, bunu qəbul edə bilərəm. Ümid edirəm ki, valideynlərim məni tapa bilər və ya ünvanı verə bilər, mən onları özüm tapacam. Övladlığa götürən valideynlərim bioloji ailəmin Sıçuandan olduğunu, atamın soyadının isə Tan olduğunu deyirdi".
Ertəsi gün qan qrupu məlumatlarını milli DNT məlumat bazasına daxil edən çinli qadın başqa bir video yayımlayıv. O, bioloji atasının geyim dizayneri olduğunu və doğulmamışdan əvvəl iki qızı olduğunu açıqlayıb.
Martın 23-də Tan və həyat yoldaşı Heyə zəng edərək qohumluq əlaqələrini təsdiqləyib.
Tan sosial şəbəkədə yazıb: "Qızım tapıldı. Evə qayıtdığı üçün şadıq. Çox minnətdaram. Bu, ailəm üçün bir nemətdir".
Ata bildirib ki, qohumlarından biri Henin videosunu görüb və ona ötürüb. Kişi onun digər uşaqlarına bənzədiyini dərhal fərq edib. Lakin genetik analizin nəticələri hələ sənədləşdirilməyib.
Henin iki aylıq olanda övladlığa verilməsinin səbəbi açıqlanmayıb.
"Bu barədə qarışıq hisslər keçirdim. Əvvəlcə nə deyəcəyimi belə bilmədim. Bir neçə dəqiqə göz yaşlarımı saxlaya bilmədim. Nəhayət, evə qayıtdım"- deyə qadın emosiyasını paylaşıb.
O, əlavə edib ki, DNT testinin nəticəsi müəyyən edildikdən sonra bioloji valideynlərinə qovuşmaq üçün cənub-qərb Sıçuan əyalətindəki Dazhou şəhərinə gedəcək.
Aynil
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:78
Bu xəbər 05 Aprel 2025 00:25 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















