Icma.az
close
up
RU
27 May 1960 cı il: Türkiyə demokratiyasına vurulan damğa

27 May 1960 cı il: Türkiyə demokratiyasına vurulan damğa

Azertag saytından alınan məlumata görə, Icma.az bildirir.

İstanbul, 27 may, Günel Karatepe, AZƏRTAC

Türkiyənin demokratiya tarixinin qara ləkəsi adlandırılan, 1960-cı il mayın 27-də ölkədə baş verən dövlət çevrilişindən 65 il ötür.

Türkiyədə 1946-cı ildə çoxpartiyalı siyasi sistemə keçildikdən sonra, 1950-ci ildə hakimiyyətə gələn Demokrat Partiyanın (DP) 10 illik iqtidar dövründən sonra ölkədə bu partiyaya qarşı kütləvi etirazlar başlayıb. Baş verən bu hadisələrdən “narahatlıq duyulduğu” iddiası ilə Türkiyə Silahlı Qüvvələri daxilindəki bəzi general və zabitlərin yaratdığı 38 nəfərlik Milli Birlik Komitəsi (MBK) DP-nin ölkəni getdikcə bir təzyiq rejiminə və qardaş qırğınına apardığını iddia edərək 27 May çevrilişi ilə hakimiyyəti ələ keçirir.

Bu tarix Konstitusiya və Türkiyə Böyük Millət Məclisinin (TBMM) buraxılması, ölkənin ozamankı Baş naziri Adnan Menderes, xarici işlər naziri Fatih Rüştü Zorlu və maliyyə naziri Hasan Palatkan ilə birlikdə 15 nəfərin edam edilməsi ilə adını tarixə ən qara günlərdən biri kimi yazdırıb.

Ölkə tarixində dərin iz qoyan bu hadisədən otuz il sonra TBMM tərəfindən 1990-cı il aprelin 11-də qəbul edilən qanunla Adnan Menderes və onunla birlikdə edam edilənlərin günahsız olduqları öz təsdiqini tapıb. Türkiyə dövlətinin başında duran bu insanlar edam edilmədən əvvəl Mərmərə dənizində yerləşən adalar qrupunun bir hissəsi olan Yassı adada mühakimə olunublar. 2013-cü ildə adı “Demokratiya və Azadlıqlar Adası” olaraq dəyişdirilən adada 2015-ci ildən yenidənqurma işləri başlanıb. Ada 2020-ci il mayın 27-də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə keçirilən rəsmi mərasimlə “Demokratiya və Azadlıqlar Adası” adı ilə yenidən açılıb.

Türkiyədə demokratiyanın rəmzinə çevrilən, yaşıllıqdan ibarət və yenidən qurulan bu adanın ərazisi 18 hektardır. Burada “Adnan Menderes” konqres mərkəzi, “27 May Tarix Yaylası” və “Demokratiya və insan haqları” muzeyləri, beynəlxalq toplantılar üçün salonlar, hotel, məscid, sərgi zalları, kitabxana, kafe və restoranlar inşa edilib. Adadda demokratiyanın rəmzi olan 24 metrlik mayak ucaldılıb. Türkiyənin demokratiya tarixində dərin iz qoyan bu dövlət çevrilişindən sonra ada çoxsaylı məhkəmə proseslərinin ünvanı olub. Belə ki, Türkiyə dövlətinin başında duran bu insanlar edam edilmədən əvvəl məhz bu adada mühakimə olunublar. Bu məhkəmələrdə ölkənin sabiq parlament sədri Refik Koraltan, TBMM sədr müavinləri Agah Erozsan, İbrahim Kirazoğlu, Təqiqat Komissiyası sədri Ahmet Hamdi Sancar, komissiyanın üzvləri Nusret Kirişçioğlu, Bahadır Dülger, nazir Emin Kalafat, millət vəkilləri Baha Akşit, Osman Kavrakoğlu, Zeki Erataman və Baş Qərargah Rəisi Rüştü Erdelhun barəsində səs çoxluğu ilə edam qərarları qəbul edilib. Aralarında sabiq nazirlər, deputatlar, Təqiqat Komissiyası üzvləri, İstanbul valisi və İstanbul bələdiyyəsi sədrinin də olduğu 31 təqsirləndirilən şəxsə ömürlük həbs cəzası verilib. Digər təqsirləndirilənlərin isə bəziləri həbsə məhkum edilir, bəziləri isə bəraət alırdı.

Bir çox xarici ölkə liderləri tərəfindən Cemal Gürselin rəhbərlik etdiyi MBK-yə edamların dayandırılması üçün dəfələrlə edilən müraciətdən sonra komitə Celal Bayar, Adnan Menderes, Hasan Polatkan və Fatin Rüştü Zorlu istisna olmaqla, digərlərinin edam cəzasını əfv edib. Zorlu və Polatkan 1961-ci il sentyabrın 16-da səhərə yaxın edam ediliblər. Həmin gün uğursuz bir intihar cəhdi edən Adnan Menderes isə 1961-ci il sentyabrın 17-də İmralı adasında sağlamlıq müayinəsindən keçirilərək həkim heyətindən “sağlamdır” rəyi alınaraq edam olunub. Sadəcə ovaxtkı Türkiyə Prezidenti Celal Bayarın cəzası yaşına görə ömürlük həbslə əvəz olunub.

Türkiyədə baş vermiş 27 May çevrilişindən sonra edam edilən, lakin sonradan günahsız olduqları təsdiqlənən Adnan Menderes və digər dövlət rəsmilərinin xatirəsi hər il Demokratiya və Azadlıqlar Adasında yad edilir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:88
embedMənbə:https://azertag.az
archiveBu xəbər 27 May 2025 10:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see320

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see257

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see228

Sülh Şurası BMT yə alternativ olacaq?

23 Yanvar 2026 20:16see207

“Xocalı: şahidlər danışır” kitabı qırğız dilində işıq üzü görüb

23 Yanvar 2026 18:54see186

Adam qələmi atıb, qaçmaz, Şərif Ağayar! Emil Rasimoğlu yazır...

23 Yanvar 2026 13:53see176

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see172

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see171

Kevin Yakob “Qarabağ”ın transfer siyahısına düşüb

23 Yanvar 2026 18:15see168

Göyçayda sahibkarın 5 milyonluq soyuducu anbarı 35 minə hərraca çıxarıldı VİDEO

23 Yanvar 2026 14:10see168

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see167

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see157

Kriminal həyat tərzini təbliğ edən 954 sayt bloklanıb

23 Yanvar 2026 16:40see152

Tramp Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyana təşəkkür edib

24 Yanvar 2026 04:20see150

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see148

Alimlər günün ən çox yorğunluq yaradan dəqiqəsini açıqlayıblar

23 Yanvar 2026 08:53see146

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see144

İtaliya A Seriyası: İnter rəqibini qol vurmağa peşman etdi

24 Yanvar 2026 02:53see143

Rusiya: Ukrayna ordusu Donbas bölgəsini tərk etməlidir

23 Yanvar 2026 15:18see142

Azərbaycan Trampın yaratdığı Sülh Şurasında qərar verən qlobal aktora çevrilir

24 Yanvar 2026 02:53see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri