Icma.az
close
up
RU
27 min manat vermişdi Pulu da getdi, torpağı da...

27 min manat vermişdi Pulu da getdi, torpağı da...

Icma.az, Qafqazinfo portalına istinadən məlumatı açıqlayır.

Bakı şəhər sakini Abbasova Yasəmən Şəmil qızı Yeni Ramana qəsəbəsində 27 min manata aldığı torpaq sahəsinin sonradan kənd təsərrüfatı təyinatlı olduğunu öyrənib.

“Qafqazinfo”ya müraciət edən Y.Abbasovanın sözlərinə görə, 2021-ci ildən etibarən Amil və Anar adlı “makler”lər ödənişi geri qaytaracaqları vədi ilə onu aldadırlar.

Şikayətçi bildirib ki, artıq 4 ildən çoxdur pulunu geri ala bilmir: “2021-ci ilin yanvarında Yeni Ramana qəsəbəsi, sosial evlərin yanında mənə 27 000 manata 6 sot torpaq satıblar. Pulu Amil adlı “makler”ə vermişik. Qiyməti danışanda və torpağın yerini göstərəndə isə Anar adlı şəxs də orada olub. Bizə torpağın satılması ilə bağlı etibarnamə verdilər. O vaxt mən həmin ərazidə ev tikmək istəyirdim. Suraxanı Rayon İcra Hakimiyyətinə gedəndə isə bizə dedilər ki, sözügedən ərazi kənd təsərrüfatı təyinatlıdır, bu torpaqda ev tikmək olmaz. O vaxtdan biz Anar və Amil bəydən pulumuzu almağa çalışırıq. Bu gün-sabah edə-edə ödədiyimiz vəsaiti geri qaytarmırlar. Bildirirlər ki, torpaq satılandan sonra bizim ödənişi qaytaracaqlar. Bir ildən çoxdur ki, Yeni Ramanada olan əksər torpaqlar kimi, mənim aldığım ərazi də Kənd Təsərrüfatı Nazirliyi tərəfindən hasarlanıb”.

Yasəmən Abbasovanın ittiham etdiyi Amin Quliyev saytımıza açıqlamasında bildirib ki, hazırda bu məsələ ilə bağlı Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində istintaq gedir: “O torpaq kənd təsərrüfatı təyinatlıdır deyə, əvəzinə Türkan qəsəbəsində torpaq ayrılıb. Mən “makler” işləyirdim, Anar Hüseynovla birlikdə onun torpağını satmışıq. Sonra həmin torpaqlarda problem çıxıb deyə xanıma yenidən torpaq ayrılıb. Bu gün, ya sabah həmin torpağın sənədi götürülməlidir. Bizdə təkcə o xanım yox, təqribən 50 belə iş var. Ona görə bizim işimiz Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsindədir. Anar Hüseynov mənə deyib ki, bu məsələ bir-iki günə həllini tapacaq. Ödənişin geri qaytarılması ilə bağlı isə heç bir məlumat yoxdur”.

Amin Quliyevin barəsində bəhs etdiyi Anar Hüseynovla da əlaqə saxladıq. O, əvvəlcə Amini tanıdığını bildirsə də, sonradan fikrini dəyişdi: “Amini tanıyıram, onu isə (red. şikayətçi Yasəmən Abbasovadan bəhs edir) tanımıram. Mən “makler” deyiləm, idmanla məşğul oluram. Soyadım isə “Hüseynov” yox, “Həsənov”dur. Amin bəyi də tanımıram. Mənim Korrupsiyada heç bir işim yoxdur”.

Məlumat üçün bildirək ki, faktla bağlı Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində cinayət işi başlanılıb. Artıq iş üzrə ilkin araşdırma da başa çatıb. Toplanmış materiallar hüquqi qiymət verilməsi üçün məhkəməyə göndərilib.

Nuranə Daxilqızı


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:121
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 12 Avqust 2025 11:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see514

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see475

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

17 Oktyabr 2026 15:26see347

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see335

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see273

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see268

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see258

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see253

Azərbaycanda dəmir yolu ilə yükdaşımaları 11 % artıb

17 Oktyabr 2026 10:26see250

Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalından gəlirlərin həcmi açıqlanıb

17 Oktyabr 2026 12:40see235

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

17 Oktyabr 2026 17:40see231

İbrahim Tatlısesin model gəlininin evini su basdı

17 Oktyabr 2026 14:27see228

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see227

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see226

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see214

Politoloq: Van Yi bu açıqlamasıyla İsrailin hazırki rəhbərliyinin doğru siyasət aparmadığına işarə edib

17 Oktyabr 2026 20:18see205

Star Trek serialının ulduzu Maykl Forest vəfat etdi

17 Oktyabr 2026 20:28see201

Bank kartlarının bitməyən problemləri: Nağd pula qayıdırıq?

17 Oktyabr 2026 13:03see195

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see169

Dünya iqtisadiyyatı təhlükə altındadır Beynəlxalq Valyuta Fondundan XƏBƏRDARLIQ

17 Oktyabr 2026 17:35see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri