27 ölkəyə xəbərdarlıq edildi “Rusiya ilə müharibəyə hazırlaşın”
Teleqraf.com portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Rusiya Avropa İttifaqının (Aİ) təhlükəsizliyinə ekzistensial maneeədir və bununla mübarizə aparmağın yeganə yolu müdafiə xərclərini artırmaqdır.
Teleqraf.com xəbər verir ki, bunu Aİ-nin xarici siyasət xidmətinin rəhbəri Kaya Kallas deyib.
Yaxın illərdə Rusiyadan mümkün hücumla bağlı xəbərdarlıq edən Kallas Aİ-nin çoxdan buna qarşı alternativ təklif etdiyini bildirib: “Rusiya bu gün- sabah - biz müdafiəmizə kifayət qədər sərmayə qoyana qədər Avropanın təhlükəsizliyinə ekzistensial təhlükədir”.
Diplomat ABŞ Prezidenti Donald Trampın da haqlı olduğunu etiraf edərək, Aİ üzvlərinin müdafiəyə kifayət qədər pul xərcləmədiyini söyləyib:
“Öz müdafiəmiz üçün daha çox iş görməliyik və Avropanın təhlükəsizliyi üçün məsuliyyəti anlamalıyıq”.
Aİ ölkələri Rusiyanın Ukraynada müharibəsi başlayandan bəri hərbi büdcələrini artırıblar. Amma Kallas etiraf edib ki, daha da irəli getməli olacaqlar, bütün gücləri ilə Moskvanın böyük hərbi potensialına uyğunlaşmağa çalışırlar.
“Zaman Rusiyanın tərəfində deyil, amma mütləq bizim tərəfimizdə də deyil. Çünki hələ də kifayət qədər iş görmürük. Müharibənin qarşısını almaq üçün daha çox xərcləməyimizə zərrə qədər də şübhəmiz olmamalıdır. Amma müharibəyə də hazırlaşmalıyıq”, - Kallas vurğulayıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:138
Bu xəbər 23 Yanvar 2025 17:33 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















