Icma.az
close
up
RU
27 Sentyabr dünya erməniçiliyi üzərində Qələbəyə gedən yol Mövqe

27 Sentyabr dünya erməniçiliyi üzərində Qələbəyə gedən yol Mövqe

Olke.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

"27 sentyabr tarixi bir xalqın işğalçılıq siyasətinə son verərək öz ərazi bütövlüyünü, suverenliyini bərpa etməsi, deyil,  bu, həm də son 200 illik Azərbaycan tarixinin ən şərəfli, qəhrəmanlıq səhifəsi, böyük Zəfərlərə yol açan və dünya erməniçiliyini ağır məğlubiyyətə düçar edilməsinə gedən yolun başlanğıcı idi". 

Bunu Ölkə.Az-a açıqlamasında Milli Məclisin Gənclər və idman komitəsinin sədri Şahin İsmayılov deyib.

Komitə sədrinin sözlərinə görə, 44 günlük Vətən Mühraibəsi nəticəsində Azərbaycanın şanlı qəhrəman Ordusu təkcə işğalçı Ermənistanı ağır məğlubiyyəti uğradaraq kapitulyasiyaya məcbur etmədi, eyni zamanda dünya erməniçiliyi üzərindəki möhtəşəm qələbəsi idi:

“Məhz dünya erməniçiliyinə arxalanan və onların birbaşa dəstəyi ilə ermənilər XX əsrin əvvəlindən etibarən Azərbaycana qarşı işğalçılıq siyasətini həyata keçirirək, tarixi Azərbaycan torpaqlarında Ermənistan dövləti yaradaraq onun ərazisini genişləndiriblər. XX əsrin sonunda SSRİ-nin çöküşündən sonra isə həmin dünya erməniçiliyinin dəstəyi ilə Ermənistan Azərbaycanın 20% torpaqlarını işğal etməklə “böyük Ermənistan” planlarını reallaşdırmaq istədilər. Lakin onların bu arzusu ürəyində qaldı. Bünövrəsi Ulu öndər Heydər Əliyev və daha sonra isə onun siyasi irsinin layiqli davamçısı cənab Prezident İlham Əliyevin uzaqgörən, qətiyyətli siyasəti nəticəsində bu siyasətin qarşısı alındı. Nəinki alındı, Azərbaycan son 200 illik tarixdə ilk dəfə olaraq itirilmiş torpaqlarını geri qaytararaq ərazi bütövlüyünü və tam suverenliyini bərpa etdi. Cənab Prezident İlham Əliyevin düşünülmüş və qətiyyətli diplomatiyası nəticəsində dünya erməniçiliyi ağır məğlubiyyətə düçar edildi. Onların yüzilliklər boyu hazırlayıb həyata keçirmək istədikləri “böyük Ermənistan” ideologiyası birdəfəlik tarixin zibilliynə atıldı”, - deputat qeyd edib.

Millət vəkili əlavə edib ki, 27 sentyabrda başlanılan yol Azərbaycanın böyük Zəfərlərinə imza atmasına yeni imkanlar yaratdı:

“İkinci Qarabağ savaşında tarixi zəfər qazanan Azərbaycan əldə etdiyi qələbəni Cənubi Qafqazda dayanıqlı sülhün, sabitliyin, təhlükəsizliyin təmin olunması və inkişafı naminə sıx əməkdaşlıq formatlarının yaranması fürsətinə çevirdi. Bunun üçün də Cənubi Qafqazda dayanıqlı sülhün əldə olunması gündəliyini müəyyən edərək sülhün memarı olmaqla yanaşı, təminatçısı rolunda da çıxış etdi. Müharibədə qalib olan Azərbaycan sülhün də qalibi oldu.
Cənab Prezident İlham Əliyevin BMT-nin 80-ci Baş Assambleyasında çıxışında bəyan etdiyi kimi,  Azərbaycanla Ermənistan arasında de-fakto sülh mövcuddur.

“Azərbaycan yeni bir dövrə qədəm qoyub. Biz həm müharibəni udduq, həm də sülhü qazandıq. İşğala son qoyduq və bərpa işlərinə başladıq. Ədalət zəfər çaldı, suverenlik möhkəmləndi və sülh de-fakto təmin olundu. Biz bu müsbət təcrübəmizi paylaşmağa hazırıq.
Son illərdə əldə etdiyimiz nailiyyətlər yalnız Azərbaycanın qələbəsi və uğuru deyil. Bu, həm də beynəlxalq hüququn sonda mütləq üstünlük təşkil etməsinin sübutudur.
Bizim baxışlarımız aydındır. Bunlar beynəlxalq hüquqa əsaslanan sülh və inkişaf, dövlətlərin daxili işlərinə qarışmama, qarşılıqlı hörmət və əməkdaşlıqdır”, - Prezident İlham Əliyev bəyan edib.

Cənab Prezident İlham Əliyevin liderliyi altında Azərbaycan yeni zəfərlərə imza atmaqla yaratdığı yeni reallığa uyğun olaraq qarşısında duran hədəflərə nail olmaqla Cənubi Qafqazı sabitlik, sıx əməkdaşlıq qovşağına çevriməklə qlobal sülhə, əməkdaşlığa və təhlükəsizliyin təmin olunmasına öz töhfəsini verəcək.

Cənab Prezidentin BMT kürsüsündən bəyan etdiyi kimi, beynəlxalq aləmin dəstəyi ilə ikili standartların aradan qalxdığı, ədalətin selektiv olmadığı, qanunun aliliyinə hörmət edildiyi, sülhün təkcə sözlərlə deyil, əməli addımlarla təmin olunduğu bir dünya qurmasına nail olmaqdır. Əminəm ki, Azərbaycan bu hədəflərə nail olunması istiqamətində üzərinə düşən missiyasını layiqincə həyata keçirəcək”.
 Mürtəza

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:160
embedMənbə:https://olke.az
archiveBu xəbər 27 Sentyabr 2025 12:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see304

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see300

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see290

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see285

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see281

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see278

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see267

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see261

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see254

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see238

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see237

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see235

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see234

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see233

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see230

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see226

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see216

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see208

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see201

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see197
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri