Icma.az
close
up
RU
Menu

“Qərb İlham Əliyevin yürütdüyü siyasətin və siyasi qətiyyətin qarşısında məğlub oldu

Aviasiya sektorunda baqaj sistemləri ilə bağlı problemlər həll olunur

Bakı aeroportundan 70 dən çox istiqamətə uçuşlar həyata keçirilir

Bu gün bütün dünya Azərbaycanı eşitmək məcburiyyətindədir

Nazir: Azərbaycandan Ermənistana yüklərin Gürcüstan dəmir yolları ilə tranzit qiyməti nisbətən yüksəkdir

“Rus Evi” ilə bağlı ən son təmaslar bir neçə həftə əvvəl olub Bayramov

Məşhur bir hiylə paltaryuyan maşınınıza zərər verə bilər

Dövlət Məşğulluq Agentliyi yeni layihə çərçivəsində ASCO ilə əməkdaşlıq edəcək

ABŞ bank sektorunda rekord artım: Kapitallaşma 2,37 trilyon dollara çatıb

İlhamə Quliyeva müsahibə verdi və ağladı

İranla müharibə riski bütün regionu alova bürüyə bilər ŞƏRH

Kağız üzərində məntiqli, reallıqda mürəkkəb fikirlər... Şagird günahkardır, yoxsa təhsil sistemi?

63 yaşlı həkim ürəktutmadan vəfat etdi FOTO

İsrail ordusu Hizbullahın təlim mərkəzinə zərbələr endirdi

Milad Bayramı nədir? İnsanlar bu günü necə qeyd edir?

Aktau şəhərində AZAL aviaşirkətinə məxsus sərnişin təyyarəsinin qəzaya uğramasının ildönümü ilə bağlı tədbir keçirilib

Pulu özünə çəkən 4 bürc Hər işləri bərəkətli olur

Roma nın Raspadori planı

Leyla Əliyeva Yevlaxda uşaqlar üçün Yeni il tədbiri təşkil etdirib...

Lavrovun müavini Azərbaycan səfiri Rəhman Mustafayevlə görüşüb

“27 sentyabr Xatirədən Gələcəyə” adlı tədbir keçirilib FOTO

“27 sentyabr Xatirədən Gələcəyə” adlı tədbir keçirilib FOTO

Unikal.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Elm və Təhsil Nazirliyi İdarəetmə Sistemləri İnstitutunda (İSİ) 44 günlük Vətən müharibəsinin 5-ci ildönümü ilə əlaqədar olaraq “27 sentyabr – Xatirədən Gələcəyə” adlı tədbir keçirilib. İclasda institutun rəhbərliyi, şöbə və laboratoriya müdirləri, alim və mütəxəssislər iştirak ediblər.

"Unikal" xəbər verir ki, öncə Azərbaycanın ərazi bütövlüyü uğrunda rəşadətlə vuruşaraq canlarından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Daha sonra İSİ əməkdaşları tərəfindən hazırlanan 44 günlük Vətən müharibəsinə həsr olunmuş videoçarx nümayiş olunub.

İclası İSİ-nin baş direktoru, akademik Əli Abbasov açaraq müharibənin 5-ci ildönümü ilə əlaqədar olaraq yeni formatda təşkil edilən tədbirin mahiyyəti vurğulayıb, bu istiqamətdə qarşıda duran hədəflərdən söz açıb.

Müharibənin tarixi gedişatına nəzər salan alim bildirib ki, Ermənistanın 2020-ci il sentyabrın 27-dən başlayan təxribat xarakterli növbəti hərbi təcavüzünə cavab olaraq Azərbaycan Respublikası Silahlı Qüvvələri Ali Baş Komandanın rəhbərliyi ilə işğal altındakı torpaqların azad edilməsi məqsədilə Vətən müharibəsinə başlamış və Azərbaycanın tarixi torpaqları azad edilmişdir. 44 günlük Vətən müharibəsinin xalqımızın həyatında son illərin ən mühüm qələbəsi olduğunu qeyd edən akademik bu tarixi zəfərin məhz ölkə başçısı cənab İlham Əliyevin uzaqgörən siyasəti və Azərbaycan  Ordusunun qətiyyəti sayəsində mümkün olduğunu vurğulayıb. 2022-ci il oktyabrın 21-dək 2908 hərbi qulluqçu və 100 mülki şəxsin  həlak olduğunu, 6 itkin və 12 hərbi əsir qeydə alındığını bildirən Ə.Abbasov Vətən uğrunda canlarını fəda edən şəhidlərin əziz xatirəsinin hər bir azərbaycanlının qəlbində daim yaşayacağını bildirib, şəhidlərimizi dərin ehtiramla yad edib.

Otuz illik işğal dövründə törədilən və daha sonra müharibənin gedişatı zamanı davam etdirilən fəsadlarından söz açan Ə.Abbasov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sentyabrın 25-də Nyu-Yorkda BMT Baş Assambleyasının 80-ci sessiyasında çıxışı zamanı bu barədə qeyd etdiyi əsas nüansları tədbir iştirakşılarının nəzərinə çatdırıb, böyük qayıdışla bağlı qarşıda duran hədəflərin icrasında İSİ əməkdaşlarının üzərinə düşən vəzifələrdən söz açıb.  

Dünya hərb siyasətinə doktrinalarla yazılan II Qarabağ müharibəsini eyni zamanda böyük texnologiyalar müharibəsi adlandıran akademik döyüşlərdə pilotsuz uçuş aparatlarından istifadə edilməsinin yerli və xarici hərbi ekspertlər tərəfindən yüksək qiymətləndirildiyini bildirib. Ölkənin sosial-iqtisadi inkişafı istiqamətində hərbi quruculuğun önəmini şərh edən Ə.Abbasov elmi tutumlu problemlərin həllində İSİ alimləri tərəfindən uzun illər ərzində elmi tədqiqatların həyata keçirildiyini qeyd edib, mövcud əməkdaşlıq əlaqələrindən bəhs edib. 

Sonra AMEA-nın müxbir üzvü, professor Qorxmaz İmanov “Azad olunmuş ərazilərdə iqtisadi resurslar və son beş ildə həyata keçirilən bərpa işləri” mövzusunda çıxış edib. Bildirib ki, 2020-ci ilin sentyabr ayında başlayan Azərbaycanın işğal altındakı tarixi torpaqlarının azad edilməsi əməliyyatı 10 noyabr tarixində Azərbaycan Respublikasının Prezidenti, Ermənistan Respublikasının baş naziri və Rusiya Federasiyasının Prezidenti tərəfindən imzalanan və faktiki olaraq Ermənistanın kapitulyasiya aktı hesab olunan bəyanatla nəticələnərək tarixi zəfər kimi dünya hərb tarixinə yazıldı.

Müharibədən sonrakı dövrdə həyata keçirilən bərpa işlərindən söz açan professor əhalinin azad olunmuş ərazilərə köçürülməsi və regionların iqtisadi aktivliyini həyata keçirmək üçün müxtəlif sahələrə investisiyaların yatırılması kimi iki əsas istiqamətdən ətraflı şəkildə söz açıb. Qeyd edib ki, müharibədən öncəki dövrdə Azərbaycan iqtisadiyyatında ümumi daxili məhsulun istehsalında Qarabağ ərazisi 35-40% hissəni təmin edirdisə bu göstərici böyük qayıdışdan sonra qənaətbəxş şəkildə artıb.

Qarabağ ərazisində qida sənayesinin inkişafı istiqamətində son beş ildə həyata keçirilən inkişaf strategiyasından söz açan Q.İmanov üzümçülük, tütünçülük, baramaçılıq, pambıqçılıq, bostançılıq və heyvandarlıq sahələrində əldə edilən nailiyyətləri nəzərə çatdırıb. Hazırda qabaqcıl dünya ölkələrində, o cümlədən ölkəmizdə də aktual problemlərdən biri olan su ehtiyatlarından bəhs edən professor Qarabağ zəfəri nəticəsində içməli su ehtiyatı, meliorasiya və elektrik enerjisinin istehsalı üçün yeni resurslara əhəmiyyətli çıxışa nail olunduğunu bildirib. Alim, həmçinin son beş ildə turizm sektorunun və mədən sənayesinin inkişafında qazanılan uğurlardan söz açıb.

Daha sonra İSİ-nin laboratoriya müdiri, SİNAM MMC-nin prezidenti, t.e.d., professor Elçin Əliyev çıxış edərək Qarabağa qayıdış konsepsiyası istiqamətində İSİ-də həyata keçirilən innovativ layihələrdən danışıb. İşğaldan azad olunmuş ərazilərdə bərpa işlərinin sürətləndirildiyini və 50 minə yaxın əhalinin əzəli topaqlarına geri qayıtdığını vurğulayan alim bu göstəricinin daha da artırılması, regionada infrastrukturun inkişafı və mövcud problemlərin elmi müstəvidə həlli yönündə Azərbaycan elmi ictimaiyyətinin qarşısında duran vəzifələrdən söz açıb.

Zəngilan Rayonunun Ağalı kəndində yaşayış səviyyəsinin yüksəldilməsinə hədəflənən “Ağıllı kənd” layihəsindən danışan E.Əliyev uğurla tətbiq edilən texnoloji yeniliklər, o cümlədən kəndin idarəetmə sistemi, İoT proqram platforması və sensorlar, situasiya mərkəzi, Smart Təhsil proqram təminatı, Smart Təhsil avadanlığı, e-tibb və s. barədə ətraflı məlumat verib. Təhsil prosesinin idarə olunması və monitorinqinin təmin olunması, müasir tədris prosesinin təşkili, bilik səviyyəsini qiymətləndirmək üçün müxtəlif metodların aparılması və s. istiqamətlərdə müxtəlif dövlət və özəl qurumlarla qurulan əməkdaşlıq əlaqələrindən söz açıb. Bu istiqamətdə İSİ ilə Qarabağ Universiteti arasında qurulan əməkdaşlıq əlaqələrinin səmərəli nəticələr verəcəyinə əminliyini ifadə edən E.Əliyev universitetin regionun aparıcı innovasiya mərkəzinə çevrilməsi üçün qarşıda duran hədəfləri nəzərə çatdırıb.

Sonra professorlar Abbas Rzayev və Knyaz Məmmədov çıxış edərək müharibənin şanlı tarixindən bəhs edib, Qarabağla bağlı xatirələrini bölüşüblər.

Sonda Ali Baş Komandanın rəhbərliyi ilə müzəffər Azərbaycan Ordusu tərəfindən qazanılan qələbənin əhəmiyyətinə toxunan Ə.Abbasov regionda sülh və inkişafın bərpası üçün Azərbaycan elmi ictimaiyyəti qarşısında duran vəzifələri bir daha nəzərə çatdırıb. Akademik Vətən uğrunda canlarını fəda etmiş şəhidlərin əziz xatirəsinin hər bir azərbaycanlının qəlbində daim yaşayacağını bildirib, onları dərin ehtiramla yad edib.


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:51
embedMənbə:https://unikal.az
archiveBu xəbər 27 Sentyabr 2025 18:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Qərb İlham Əliyevin yürütdüyü siyasətin və siyasi qətiyyətin qarşısında məğlub oldu

26 Dekabr 2025 08:47see266

Aviasiya sektorunda baqaj sistemləri ilə bağlı problemlər həll olunur

25 Dekabr 2025 16:01see258

Bakı aeroportundan 70 dən çox istiqamətə uçuşlar həyata keçirilir

26 Dekabr 2025 10:31see239

Bu gün bütün dünya Azərbaycanı eşitmək məcburiyyətindədir

26 Dekabr 2025 09:03see228

Nazir: Azərbaycandan Ermənistana yüklərin Gürcüstan dəmir yolları ilə tranzit qiyməti nisbətən yüksəkdir

25 Dekabr 2025 17:55see208

“Rus Evi” ilə bağlı ən son təmaslar bir neçə həftə əvvəl olub Bayramov

26 Dekabr 2025 16:18see202

Məşhur bir hiylə paltaryuyan maşınınıza zərər verə bilər

25 Dekabr 2025 18:54see190

Dövlət Məşğulluq Agentliyi yeni layihə çərçivəsində ASCO ilə əməkdaşlıq edəcək

26 Dekabr 2025 10:48see187

ABŞ bank sektorunda rekord artım: Kapitallaşma 2,37 trilyon dollara çatıb

26 Dekabr 2025 06:57see174

İlhamə Quliyeva müsahibə verdi və ağladı

26 Dekabr 2025 05:07see166

İranla müharibə riski bütün regionu alova bürüyə bilər ŞƏRH

25 Dekabr 2025 19:06see163

Kağız üzərində məntiqli, reallıqda mürəkkəb fikirlər... Şagird günahkardır, yoxsa təhsil sistemi?

26 Dekabr 2025 00:28see154

63 yaşlı həkim ürəktutmadan vəfat etdi FOTO

26 Dekabr 2025 12:06see148

İsrail ordusu Hizbullahın təlim mərkəzinə zərbələr endirdi

26 Dekabr 2025 15:22see145

Milad Bayramı nədir? İnsanlar bu günü necə qeyd edir?

25 Dekabr 2025 22:54see143

Aktau şəhərində AZAL aviaşirkətinə məxsus sərnişin təyyarəsinin qəzaya uğramasının ildönümü ilə bağlı tədbir keçirilib

26 Dekabr 2025 07:15see142

Pulu özünə çəkən 4 bürc Hər işləri bərəkətli olur

26 Dekabr 2025 03:26see138

Roma nın Raspadori planı

25 Dekabr 2025 23:10see137

Leyla Əliyeva Yevlaxda uşaqlar üçün Yeni il tədbiri təşkil etdirib...

26 Dekabr 2025 20:07see133

Lavrovun müavini Azərbaycan səfiri Rəhman Mustafayevlə görüşüb

25 Dekabr 2025 19:17see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri