“28 May” bu axşam... VİDEO AzPolitika onlayn siyasiictimai qəzet
Azpolitika.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Bakı metrosunda “yaşıl xətt” - “Əhmədli-Dərnəgül” marşrutu üzrə hərəkət edən qatar “28 May” stansiyasında ikən maşinist nasazlıq ehtimalı ilə qatara sərnişinsiz baxış keçirilməsini tələb edib.
Bu barədə “Qafqazinfo”ya “Bakı Metropoliteni” QSC-dən bildirilib.
“Bu səbəbdən “28 May” stansiyasında sərnişinlər düşürülüb. Qatar xəttə ikən qatara baxış keçiriləcək”, - deyə məlumatda bildirilib.
Qeyd edək ki, bu səbəbdən metroda ciddi şəkildə sərnişin sıxlığı yaranıb. Hadisə şahidlərinin sözlərinə görə, metroya girişdə problem yaranıb və sərnişinlərin platformalara buraxılmadığı bildirilir.
Daha sonra bildirilib ki, texniki nasazlıq müəyyən edilib və qatar xətdən çıxarılıb. Əvəzinə xəttə qatar verilib.
Yaranmış vəziyyətlə bağlı platformaların daha artıq yüklənməsinə yol verməmək məqsədilə zəruri tədbirlər görülür.
Hazırda “28 May” və “Elmlər Akademiyası” stansiyalarında tənzimlənmə və təhlükəsizlik tələblərinin təmin olunması üçün girişlərdə nəzarət-buraxılış tədbirləri gücləndirilib.


Bu mövzuda digər xəbərlər:
Baxış sayı:73
Bu xəbər 04 Dekabr 2024 21:09 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















