Icma.az
close
up
RU
28 May dan yalnız İçərişəhər ə getmək olacaq, Dərnəgül qatarları işləməyəcək RƏSMİ

28 May dan yalnız İçərişəhər ə getmək olacaq, Dərnəgül qatarları işləməyəcək RƏSMİ

Demokrat.az saytından alınan məlumata görə, Icma.az bildirir.

“Xətlərin ayrılması prosesinə ilkin mərhələ olaraq bu ilin aprel ayında başlanılıb”.
Demokrat.az
xəbər verir ki, bunu metbuat.az-a açıqlamasında "Bakı Metropoliteni" QSC-nin nümayəndəsi Bəxtiyar Məmmədov bildirib.
Onun sözlərinə görə, xətləri fiziki olaraq ayırmaq üçün iki əsas şərt mövcuddur:
“Birinci şərt hər bir xəttin müstəqil fəaliyyət göstərə bilməsi üçün ayrıca elektrik deposunun olmasıdır. İlkin işlər məhz Dərnəgüldəki elektrik deposunda başlayıb və bu proses iki mərhələdən ibarətdir. Birinci mərhələ tamamlandıqda xətlərin ayrılması istiqamətində ilk vacib addım gerçəkləşmiş olacaq. İkinci vacib məqam isə "28 May" stansiyasının yaxınlığında hasarlanmış iki xüsusi ərazidə aparılan işlərlə bağlıdır. Həmin hissələrdə xüsusi dərinliyə qədər hazırlıq şaxtası qazılır. Şaxtanın hazır olmasından sonra xətlərin fiziki ayrılması üçün zəruri olan ikinci mərhələ tamamlanacaq. Daha sonra təxminən 200 metrlik tunelin tikintisinə başlanacaq. Bu mərhələnin 11 aya qədər davam edəcəyi gözlənilir”.
B.Məmmədov bildirib ki, məhz bu dövrdə "28 May" stansiyasından "Nizami" istiqamətinə, yəni Dərnəgül xətti üzrə qatarlar hərəkət etməyəcək:
“Qatarlar yalnız Həzi Aslanov–İçərişəhər xətti üzrə işləyəcək. Digər istiqamətə keçən sərnişinlər isə həmin müddətdə yerüstü nəqliyyatla daşınacaq. Bununla bağlı müzakirələr davam edir. Məsələ yalnız sərnişinin stansiyadan çıxıb Nizami stansiyasına aparılması ilə məhdudlaşmır, daha geniş analiz tələb edir. Biz sərnişinlərin metroya hansı stansiyadan daxil olduğunu bilirik, amma çıxış məntəqələrini, məsələn, Koroğludan minən sərnişinin Elmlər Akademiyasına, yoxsa İçərişəhərə getdiyini dəqiq müəyyənləşdirmək üçün xüsusi monitorinqlərə ehtiyac var. Məqsəd sərnişin narahatlığını minimuma endirmək və alternativ dövrdə maksimal komfort təmin etməkdir".
Mətbuat katibi əlavə edib ki, xətlərin ayrılması böyük və tarixi layihədir, çünki 40 ildən çoxdur bu istiqamətdə iş aparılmayıb:
“Proses təkcə relslərin çəkilməsi ilə məhdudlaşmır, həm də qatarların hərəkət təhlükəsizliyi, sürət hədləri, işıqlandırma, elektrik kabellərinin çəkilməsi, iki yeni yarımstansiyanın inşası, mövcud dartı yarımstansiyasının tam yenidən qurulmasını əhatə edir. Bundan başqa, 28 May–Cəfər Cabbarlı istiqamətində sərnişin axınının artacağı nəzərə alınaraq, əlavə piyada keçidinin tikintisi də planlaşdırılır və bu keçidin həmin 11 ay ərzində hazır olması vacib hesab edilir. İntervalın minimuma endirilməsi üçün İçərişəhər stansiyasının arxasında dönmə kamerası və Xətai stansiyasından sonra iki yeni stansiyanın inşasının başa çatdırılması da tələb olunur”.
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:138
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 07 Noyabr 2025 18:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qəbələ bu gün Qarabağ ı sınağa çəkəcək

21 Dekabr 2025 08:54see249

Bundesliqa futbolçusu İngiltərə klublarının HƏDƏFİNDƏ

21 Dekabr 2025 03:47see223

Ermənistan, Serbiya və Mərkəzi Asiya bankaları Rusiyaya dair nəzarəti sərtləşdirir

21 Dekabr 2025 11:08see182

A Seriyası: Yuventus Roma nı əliboş yola saldı

21 Dekabr 2025 02:02see161

Hökumətlərarası Komissiyası Bakıda toplanacaq KONKRET

21 Dekabr 2025 14:11see156

Natavan istəmir övladı onun çəkdiyini çəksin

21 Dekabr 2025 07:17see155

Azərbaycanda qeyri adi toy FOTO

21 Dekabr 2025 03:49see153

Prezidentin MDB ölkələri liderlərinin qeyri rəsmi sammitində iştirakı gözlənilir

21 Dekabr 2025 00:59see152

Voltemade ilk 20 dəqiqədə “Çelsi”nin qapısına iki qol vuran dördüncü oyunçu olub

21 Dekabr 2025 02:45see149

“Express Bank”dan tələ: “kredit xətti müqaviləsi” nə deməkdir?

21 Dekabr 2025 12:35see148

Mərkəzi oyunu “Yuventus” qazandı

21 Dekabr 2025 02:25see143

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see142

“Güllü”nün qızı həbsdə ilk dəfə danışdı

21 Dekabr 2025 00:55see138

Köhnə ilin son 10 günü: Bizi nə gözləyir? PROQNOZ

21 Dekabr 2025 13:16see138

Hər kəs Makronun xəyanətindən danışır...

21 Dekabr 2025 23:03see134

İlon Mask buna görə dünyada birinci oldu rekordu yenilədi

21 Dekabr 2025 02:44see133

Banklarda zaminlərə TƏLƏ

21 Dekabr 2025 12:06see131

Türkiyədə daha üç məşhur barədə həbs qərarı çıxarıldı

21 Dekabr 2025 02:44see129

ABŞ Venesuela yaxınlığında üçüncü tankeri ələ keçirdi

21 Dekabr 2025 19:59see129

Dünyada yalnız bir ölkə özünü ərzaqla tam təmin edir

22 Dekabr 2025 07:19see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri