Icma.az
close
up
RU
Menu

Biz bu cahana sığmazıq: Aimlər planetin əhalisinin 4 milyarda endirilməsini təklif edirlər

Yaşlandıqca gücdən düşməmək üçün həkim ən vacib qaydanı açıqladı

Qəzzada meningit təhlükəsi: Səhiyyə sistemi yeni böhranla üz üzə

77 yaşlı Sumqayıt şəhərdə atəşfəşanlıq olub

Məşhur ŞAMAN Rusiyanın gələcəyini açıqladı: “10 il sonra belə olacaq”

Azərbaycana qarşı kiberhücumların arxasında kim dayanır, məqsəd nədir? İKT ÜZRƏ MÜTƏXƏSSİS

Vladimir Putin İlham Əliyevi təbrik etdi

Müasir İncəsənət Muzeyində rəssam Nigar Ağabəylinin “İki dünya arasında” adlı fərdi sərgisi açılıb

Argentinada keçirilən triatlon yarışının qeyri adi nəticəsi VİDEO

Bakıda istiliksiz qalan binanın sakinlərindən niyə pul istənilir? Video

Hansı qidalar parazit və infeksiya mənbəyidir?

Yüksək təzyiqin gizli səbəbi İnsanlar bundan xəbərsizdir

Spalletti “Yuventus”un qələbəsi ilə tarixə düşdü: 600 cü oyun və rekord

18 il əvvəl Kurtlar vadisi nin çəkildiyi QURMARXANAYA BASQIN EDİLDİ FOTO

Adanın paylaşdığı sonuncu videoda o da vardı Xalq artisti danışdı

30 yaşdan sonra qadınlar nələrə diqqət etməlidir? Vacib tövsiyələr

İnsandan kif qoxusu gəlirsə, hansı xəstəliyi var?

Baş ağrısını azaltmağa kömək edən MEYVƏLƏR Mütəxəssislərin tövsiyəsi

Səhiyyə Menecmenti Forumu 2026 a son 3 gün qaldı

Ev təsərrüfatlarının uçotunun arxasında nə dayanır? Yeni sistemin əsl məqsədi

28 May Milli dövlətçilik ənənələrimizin qürur və zəfər tarixi

28 May Milli dövlətçilik ənənələrimizin qürur və zəfər tarixi

Ses qazeti saytından alınan məlumata görə, Icma.az bildirir.

Azərbaycan Xalq Cümhuriyyəti yalnız Azərbaycanın deyil, bütövlükdə müsəlman Şərqinin ilk parlamentli demokratik respublikası kimi tarixə düşmüşdür. 1918-ci ilin dekabr ayında fəaliyyətə başlayan parlament həmin dövr üçün olduqca mütərəqqi prinsiplər əsasında formalaşdırılmış, xalq hakimiyyətinin və demokratik idarəetmənin bariz nümunəsinə çevrilmişdir. Parlamentdə müxtəlif siyasi qüvvələrin və millətlərin təmsil olunması demokratik dəyərlərə verilən yüksək önəmin göstəricisi idi. Eyni zamanda, Şərqdə ilk dəfə qadınlara seçmək və seçilmək hüququnun verilməsi Azərbaycan Xalq Cümhuriyyətinin insan hüquq və azadlıqlarına sadiqliyini nümayiş etdirən mühüm tarixi addımlardan biri olmuşdur.Cümhuriyyət dövründə milli ordunun yaradılması, maarif və səhiyyə sahəsində genişmiqyaslı tədbirlərin həyata keçirilməsi, məktəblərin milliləşdirilməsi, milli kadr siyasətinin formalaşdırılması, Azərbaycan dilinə dövlət dili statusunun verilməsi dövlətçilik əsaslarının möhkəmləndirilməsi baxımından xüsusi əhəmiyyət daşıyırdı. Ağ rəngli aypara və səkkizguşəli ulduz təsviri olan üçrəngli dövlət bayrağının qəbul edilməsi isə milli kimliyimizin və istiqlal ideallarımızın rəmzinə çevrilmişdir.Bu gün müasir müstəqil Azərbaycan dövləti Azərbaycan Xalq Cümhuriyyətinin siyasi və mənəvi varisi kimi onun zəngin dövlətçilik irsini yaşatmaqda və inkişaf etdirməkdədir. Xüsusilə qeyd edilməlidir ki, Ulu Öndər Heydər Əliyev Azərbaycan Xalq Cümhuriyyətinin tarixi irsinin öyrənilməsinə və təbliğinə hər zaman böyük önəm vermiş, milli dövlətçilik ənənələrinin qorunmasını mühüm vəzifə kimi müəyyən etmişdir. Məhz Ulu Öndərin təşəbbüsü ilə Naxçıvan Muxtar Respublikasında ilk dəfə üçrəngli Azərbaycan bayrağı yenidən rəsmi şəkildə qaldırılmış, milli istiqlal ruhunun yaşadılması istiqamətində mühüm addımlar atılmışdır.Ümummilli Liderin 1993-cü ildə xalqın tələbi ilə yenidən siyasi hakimiyyətə qayıdışı Azərbaycanın dövlət müstəqilliyinin qorunması və möhkəmləndirilməsi baxımından həlledici rol oynamışdır. Onun rəhbərliyi ilə ölkədə sabitlik təmin edilmiş, hüquqi dövlət quruculuğu istiqamətində mühüm islahatlar həyata keçirilmiş, Azərbaycanın beynəlxalq mövqeyi daha da gücləndirilmişdir. Bu siyasi kurs bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü siyasət nəticəsində Azərbaycan yeni inkişaf mərhələsinə qədəm qoymuş, siyasi və iqtisadi qüdrətini daha da artırmışdır. Xüsusilə 44 günlük Vətən müharibəsində qazanılan tarixi Zəfər Azərbaycanın dövlətçilik tarixinin ən şərəfli səhifələrindən birinə çevrilmişdir. Bu gün Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı olan müqəddəs üçrəngli bayrağımız işğaldan azad edilmiş bütün torpaqlarımızda qürurla dalğalanır. Bu, xalqımızın milli birliyinin, dövlətimizin gücünün və müstəqilliyimizin sarsılmazlığının ən parlaq təzahürüdür.
Qeyd edək ki, Müstəqillik Günü 1991-ci ildən 2021-ci ilədək Respublika Günü adlandırılıb. Milli Məclisin 15 oktyabr 2021-ci il tarixli plenar iclasında isə “Müstəqillik Günü haqqında” yeni qanun qəbul edilib. Elə həmin gün Prezident İlham Əliyev tərəfindən "Müstəqillik Günü haqqında" qanun təsdiqlənib. Qanunun təsdiqlənməsi ilə 28 May - Respublika Gününün adı dəyişdirilərək Müstəqillik Günü elan edilib. Bu gün Azərbaycanın qazandığı bütün uğurların əsasında milli maraqlara söykənən siyasət, xalq-iqtidar birliyi və müstəqil dövlətçilik ənənələrinə sadiqlik dayanır.
Qalib və qüdrətli Azərbaycan dövlətinin müstəqilliyi əbədi, dönməz və sarsılmazdır. Dövlət başçısının qeyd etdiyi kimi, “Müstəqillik ən böyük sərvətimizdir”. Bu müqəddəs sərvətin qorunması və gələcək nəsillərə ötürülməsi hər bir azərbaycanlının ən ali vətəndaşlıq borcudur.

Siyavuş Novruzov
Milli Məclisin Regional məsələlər komitəsinin sədri

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:123
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 26 May 2026 12:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Biz bu cahana sığmazıq: Aimlər planetin əhalisinin 4 milyarda endirilməsini təklif edirlər

23 Noyabr 2026 01:03see342

Yaşlandıqca gücdən düşməmək üçün həkim ən vacib qaydanı açıqladı

23 Noyabr 2026 05:06see305

Qəzzada meningit təhlükəsi: Səhiyyə sistemi yeni böhranla üz üzə

22 Noyabr 2026 19:35see281

77 yaşlı Sumqayıt şəhərdə atəşfəşanlıq olub

23 Noyabr 2026 00:24see278

Məşhur ŞAMAN Rusiyanın gələcəyini açıqladı: “10 il sonra belə olacaq”

22 Noyabr 2026 23:36see275

Azərbaycana qarşı kiberhücumların arxasında kim dayanır, məqsəd nədir? İKT ÜZRƏ MÜTƏXƏSSİS

23 Noyabr 2026 11:10see259

Vladimir Putin İlham Əliyevi təbrik etdi

23 Noyabr 2026 02:04see257

Müasir İncəsənət Muzeyində rəssam Nigar Ağabəylinin “İki dünya arasında” adlı fərdi sərgisi açılıb

22 Noyabr 2026 23:54see256

Argentinada keçirilən triatlon yarışının qeyri adi nəticəsi VİDEO

23 Noyabr 2026 00:40see255

Bakıda istiliksiz qalan binanın sakinlərindən niyə pul istənilir? Video

22 Noyabr 2026 21:58see254

Hansı qidalar parazit və infeksiya mənbəyidir?

23 Noyabr 2026 10:00see247

Yüksək təzyiqin gizli səbəbi İnsanlar bundan xəbərsizdir

23 Noyabr 2026 04:05see240

Spalletti “Yuventus”un qələbəsi ilə tarixə düşdü: 600 cü oyun və rekord

23 Noyabr 2026 03:29see236

18 il əvvəl Kurtlar vadisi nin çəkildiyi QURMARXANAYA BASQIN EDİLDİ FOTO

23 Noyabr 2026 02:04see235

Adanın paylaşdığı sonuncu videoda o da vardı Xalq artisti danışdı

23 Noyabr 2026 22:46see234

30 yaşdan sonra qadınlar nələrə diqqət etməlidir? Vacib tövsiyələr

23 Noyabr 2026 06:06see225

İnsandan kif qoxusu gəlirsə, hansı xəstəliyi var?

23 Noyabr 2026 16:43see218

Baş ağrısını azaltmağa kömək edən MEYVƏLƏR Mütəxəssislərin tövsiyəsi

22 Noyabr 2026 23:58see203

Səhiyyə Menecmenti Forumu 2026 a son 3 gün qaldı

23 Noyabr 2026 17:48see198

Ev təsərrüfatlarının uçotunun arxasında nə dayanır? Yeni sistemin əsl məqsədi

23 Noyabr 2026 16:16see197
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri