Icma.az
close
up
RU
28 May Müstəqillik Günü xalqımızın tarixi yaddaşında azadlıq simvoludur

28 May Müstəqillik Günü xalqımızın tarixi yaddaşında azadlıq simvoludur

Icma.az, Modern.az portalına istinadən məlumatı açıqlayır.

"28 May – Müstəqillik Günü xalqımızın tarixi yaddaşında azadlıq və milli dövlətçilik uğrunda mübarizənin simvoludur. 1918-ci il mayın 28-də yaradılmış Azərbaycan Xalq Cümhuriyyəti təkcə xalqımızın deyil, bütövlükdə Şərq və müsəlman dünyasının ilk demokratik, hüquqi, dünyəvi parlament respublikası kimi tarixə düşmüşdür. Bu tarixi hadisə milli şüurun oyanışının, dövlətçilik iradəsinin və xalqın öz müqəddəratını müəyyən etmək qətiyyətinin bariz nümunəsi idi."

Bunu Modern.az-a açıqlamasında Milli Məclisin deputatı Azər Kərimli deyib.

Azər Kərimli bildirib ki, Cümhuriyyətin yaradılması ilə İstiqlal Bəyannaməsi qəbul olundu və beləliklə, Azərbaycan xalqı öz dövlət müstəqilliyini bütün dünyaya bəyan etdi:

"Bu sənəd, əsrlər boyu formalaşan dövlətçilik ənənələrinin müasir dövrdə davamı olmaqla, hüquqi və siyasi baxımdan suverenliyin əsasını qoydu. İstiqlal Bəyannaməsi həm də o dövrdəki geosiyasi çağırışlar fonunda milli iradənin necə böyük gücə çevrildiyini göstərdi.

Qısa – cəmi 23 ay davam edən fəaliyyət dövründə AXC dövlət quruculuğu sahəsində bir çox fundamental addımlar atdı. Parlamentin və hökumətin yaradılması, dövlət atributlarının – bayraq, vətəndaşlıq və milli ordunun təsis edilməsi, ədliyyə sisteminin formalaşdırılması və diplomatik əlaqələrin qurulması Azərbaycan xalqının müstəqil yaşamağa qadir olduğunu sübut etdi.

Bu dövrdə ilk dəfə olaraq bütün vətəndaşlara – dinindən, irqindən və cinsindən asılı olmayaraq – bərabər hüquqlar verildi, ümumi seçki hüququ təsbit olundu. Qadınlara seçki hüququnun verilməsi isə Azərbaycanın demokratiya tarixində xüsusilə mühüm və fərqləndirici hadisə idi.

Xalq Cümhuriyyətinin hökuməti təhsilin milliləşdirilməsini prioritet vəzifə kimi qarşıya qoydu. Bakı Dövlət Universitetinin təsisi milli kadr hazırlığında mühüm mərhələ idi. Eyni zamanda, məhkəmə sistemi və ədliyyə orqanlarının əsaslarının yaradılması hüquqi dövlət quruculuğunun ilk sətirlərini yazdı. Bu sahədə qəbul edilmiş əsasnamələr müasir ədliyyə sistemimizin başlanğıcı hesab olunur.

Cümhuriyyətin yaradılması xalqımızın milli mənlik şüurunun bərpası, azərbaycançılıq ideyasının təşəkkülü baxımından əhəmiyyətli dönüş nöqtəsi oldu. Avropa dəyərləri ilə Şərq mədəniyyətini birləşdirən bu dövlət modeli, gələcək nəsillərə milli qürur və dövlətçilik təməlləri miras qoydu."

Millət vəkili vurğulayıb ki, 1991-ci ildə qəbul olunmuş “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktında Azərbaycan Xalq Cümhuriyyətinə istinad olunması bu varisliyin hüquqi təsbitidir:

"Lakin müstəqilliyin yenidən qazanılması ilə onun qorunması arasında mühüm fərq var idi. Ulu Öndər Heydər Əliyevin siyasi iradəsi və liderliyi nəticəsində bu çətin və mürəkkəb yol uğurla keçildi. O, Azərbaycanın müstəqilliyini möhkəmləndirdi, ölkədə sabitliyi bərpa etdi və dövlət quruculuğunun əsaslarını gücləndirdi.

Ulu Öndərin təşəbbüsü ilə 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikasında üçrəngli bayrağımızın rəsmi şəkildə dövlət bayrağı kimi qəbul olunması müstəqilliyə gedən yolda atılmış cəsarətli addım idi. Bu, həm də Xalq Cümhuriyyətinin ideallarına sədaqətin təntənəsi idi.

Bu gün Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə AXC-nin ideallarına əsaslanan müstəqil, hüquqi və dünyəvi dövlətin qurulması davam etdirilir. Azərbaycanın beynəlxalq nüfuzu artmış, işğaldan azad olunmuş ərazilərdə üçrəngli bayrağımız dalğalanır, vətəndaş cəmiyyəti, iqtisadi və sosial islahatlar dövlət siyasətinin prioritetinə çevrilmişdir.

28 May – təkcə tarixə qovuşmuş bir dövlətin yaranması günü deyil, bu həm də milli kimliyin, azadlıq ruhunun və müasir dövlətçiliyin başlanğıcıdır. AXC-nin 23 aylıq fəaliyyəti xalqımıza dövlət qurmaq mədəniyyətinin, siyasi düşüncənin və vətəndaşlıq məsuliyyətinin örnəyini göstərdi. Ulu Öndər Heydər Əliyev və Prezident İlham Əliyev bu irsi müasir dövrə daşıyaraq, Azərbaycanın davamlı və təminatlı inkişaf yolunu müəyyən etdilər.

Bu gün işğaldan azad edilən ərazilərdə Azərbaycan Bayrağının dalğalanması AXC-nin əmanətinin qorunduğunu, Azərbaycanın əbədi və dönməz müstəqillik yolunda inamla irəlilədiyini göstərir."

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:81
embedMənbə:https://modern.az
archiveBu xəbər 26 May 2025 13:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda doğumlar kəskin azaldı rəqəmlər nə deyir?

14 Yanvar 2026 18:32see237

Azərbaycan Dəmir Yolları nda növbəti təyinat olub

15 Yanvar 2026 12:06see236

Çin Rusiya ilə ticarəti beş ildən sonra ilk dəfə azaldır...

15 Yanvar 2026 06:34see196

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see190

Kadırov səhhəti ilə bağlı yayılan şayiələrə belə cavab verdi

14 Yanvar 2026 19:33see184

ADY ötən il 400 ə yaxın blok qatar qəbul edib

15 Yanvar 2026 10:08see179

Türkiyədə süni intellekt bu yaş qrupundan olan şəxslərə qadağan edilir

15 Yanvar 2026 00:45see173

Bu BÜRCLƏR onları əbədi dəyişdirəcək sevgi ilə qarşılaşacaqlar

14 Yanvar 2026 19:11see160

İsrail bu aviabazadan personalı təxliyə edir

15 Yanvar 2026 04:22see151

Sumqayıt ın Antalya toplanışı

14 Yanvar 2026 21:27see150

Üç ölkə Qəzzanın idarə olunması üzrə Fələstin Komitəsinin yaradılmasını ALQIŞLADI

15 Yanvar 2026 00:28see147

Bizə məlumat verdilər ki, İranda qətllər dayanıb, yoxlayacağıq

15 Yanvar 2026 04:23see146

Astroloqların proqnozu: 2026 cı ildə hansı bürclər ən yaxşı maliyyə perspektivi və gəlirə sahib olacaq?

15 Yanvar 2026 04:21see144

Hərbi bazalar boşaldılır, uçuşlar dayandırılır İrana görə

15 Yanvar 2026 04:37see142

Vyetnam şirkəti ilə elektrik avtomobillərinin birgə istehsalı imkanları müzakirə olunub

15 Yanvar 2026 15:18see140

Mədəniyyət Nazirliyində “Yüksəliş” müsabiqəsinin qalibi ilə görüş keçirilib

14 Yanvar 2026 18:51see135

GUYA SİZİ SAYAN VAR Kİ?!

15 Yanvar 2026 13:53see135

Qaraciyəri toksinlərdən təmizləyən təbii vasitə

15 Yanvar 2026 04:52see131

Bu ərazilərdə mədəni irsə dəyən zərərlə bağlı tədbirlər planı hazırlanacaq

15 Yanvar 2026 00:29see130

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri