Icma.az
close
up
RU
28 May stansiyası qismən bağlanır? RƏSMİ AÇIQLAMA

28 May stansiyası qismən bağlanır? RƏSMİ AÇIQLAMA

Icma.az bildirir, Modern.az portalına istinadən.

Bakı metrosunun "28 May" stansiyasının qismən bağlanacağı barədə xəbərlər yayılıb.

Qeyd olunur ki, metro xətlərində aparılacaq texniki işlər səbəbilə "28 May" stansiyası bu ilin sonu – payız aylarında və ya 2026-cı ilin əvvəlində 6 ay müddətinə qismən bağlanacaq.

Dəyişiklik "qırmızı" və "yaşıl" xətlərin ayrılması layihəsi çərçivəsində həyata keçiriləcək. Məlumatı "caliber" nəşri yayıb. Bildirilir ki, məhdudiyyətlər "Dərnəgül" istiqamətində hərəkət edən sərnişinlərə təsir edəcək.

"Dərnəgül-Həzi Aslanov xəttinin qatarları yalnız Nizami stansiyasına və geriyə hərəkət edəcək, yəni bu xəttin sərnişinləri üçün 6 ay ərzində son stansiya Nizami olacaq", - məlumatda bildirilir.

Modern.az məsələ ilə əlaqədar olaraq “Bakı Metropoliteni” QSC ilə əlaqə saxlayıb.

Saytımıza açıqlamasında qurumun mətbuat katibi Bəxtiyar Məmmədov bildirib ki, “28 May” stansiyasının bir küncü də olsa, bağlanmayacaq:

“Stansiya öz fəaliyyətini tam davam etdirəcək. "İçərişəhər" və "Əhmədli" arasında qatarlar ənənəvi qaydada hərəkətlərini davam etdirəcəklər. “28 May”dan "Yaşıl xətt"ə, yəni "Dərnəgül" istiqamətində qatarların hərəkəti dayandırılacaq. Qatarlar yalnız, “Dərnəgül” “Nizami” arasında hərəkət edəcək. Bu səbəbdən məhz birinci vəzifə olaraq “Dərnəgül” elektrik deposunun birinci mərhələ üzrə  inşası tamamlanmalıdır. “28 May” stansiyasının bir küncü də olsa, bağlanmayacaq, öz funksional fəaliyyətini davam etdirəcək. Sadəcə həmin stansiyadan “Dərnəgül” yazılaraq, o istiqamətdə gedən qatarlar olmayacaq. Xətlərin ayrılması da elə bu deməkdir. Bu, “Dərnəgül” elektrik deposunda birinci mərhələ üzrə işlər tamamlandıqda baş tutacaq. Yəni bu ilin sonuna qədər tamamlanması nəzərdə tutulub".

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:443
embedMənbə:https://modern.az
archiveBu xəbər 07 Aprel 2025 17:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

17 Oktyabr 2026 15:26see413

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see300

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see296

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see289

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see281

İbrahim Tatlısesin model gəlininin evini su basdı

17 Oktyabr 2026 14:27see271

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see270

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

17 Oktyabr 2026 17:40see258

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see253

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see237

Politoloq: Van Yi bu açıqlamasıyla İsrailin hazırki rəhbərliyinin doğru siyasət aparmadığına işarə edib

17 Oktyabr 2026 20:18see230

Star Trek serialının ulduzu Maykl Forest vəfat etdi

17 Oktyabr 2026 20:28see223

Dünya iqtisadiyyatı təhlükə altındadır Beynəlxalq Valyuta Fondundan XƏBƏRDARLIQ

17 Oktyabr 2026 17:35see204

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see194

Ferhat Göçer Eyyub Hüseynzadənin təşkil etdiyi konsertdə “Ey, Əziz Anam, Azərbaycan”ı oxudu VİDEO

18 Oktyabr 2026 10:06see193

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see188

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see180

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see180

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see168

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see166
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri