Icma.az
close
up
RU
29 cu turun qolları və zərbələri

29 cu turun qolları və zərbələri

Idman.biz portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Misli Premyer Liqasının 29-cu turu məhsuldar alınmadı. Mövsümdə üçüncü dəfə 6 komanda turu qolsuz başa vurdu.

İdman.biz bu qolsuzluqda komandaların ön xətdəki oyununun nə dərəcədə rolu olduğunu müəyyənləşdirmək üçün müvafiq statistik göstəriciləri nəzərdən keçirib.

Bir turda 6 qol mövsümün antirekordu olmasa da, 2-ci ən zəif nəticənin təkrarıdır. Antirekord isə 5 qollu 12-ci turda olub.

Turda ən çox qapıya zərbə endirən komanda “Sabah” olub. Lakin Masazır komndası çempionatın autsayderlərindən biri ilə oyunda bu zərbələrin heç birini qola çevirə bilməyərək meydanı əliboş tərk edib. Elə qapı çərçivəsinə ən çox zərbəni də (6) Vasili Berezutskinin yetirmələri göndərib. Ancaq qol nəticəsi 0 faizə bərabər olub.

4 komandanın (“Zirə”, “Neftçi”, “Araz-Naxçıvan”, “Sumqayıt”) bu tur qapıya 12 zərbəsi olub. Onların sırasından “Neftçi” və “Araz-Naxçıvan” daha çox – 5 zərbəni qapı çərçivəsinə göndərib. “Sumqayıt”ın isə 12 zərbəsindən cəmisi 1-i qapı çərçivəsinə gedib.

Zərbələrin qola çevrilməsində turda qol vuran 4 komandadan 3-ü (“Araz-Naxçıvan” 12-dən 2, “Neftçi” 12-dən 2, “Qarabağ” 6-dan 1) 16,7 faizlik qol konversiyasına nail olublar. “Kəpəz” isə 8 zərbəsindən 1-ni qola çevirməklə 12,5 faizlik göstəriciyə malik olub.

Topu ən çox qapıdan yan göndərən “Neftçi” olub. Flaqmanın 7 zərbəsi qapıdan yan ötüb.

Ən çox “Sumqayıt”ın zərbəsi (6) bloka alınıb.

Uzaq məsafədən zərbələrlə ən çox şansını yoxlayan “Zirə” futbolçuları olub. Rəşad Sadıqovun yetrimələri 7 dəfə cərimə meydançası xaricindən zərbə endiriblər.
Ən çox rəqib zərbəsini dəf edən “Kəpəz”in qapıçısı olub. Rojerio Santos “Sabah” futbolçularının 6 zərbəsini dəf etməklə komandasının qələbəsinə öz töhfəsini verib.

Vüqar Məmmədov
İdman.biz

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:174
embedMənbə:https://www.idman.biz
archiveBu xəbər 09 Aprel 2025 17:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see320

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see311

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see294

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see279

Ferhat Göçer Eyyub Hüseynzadənin təşkil etdiyi konsertdə “Ey, Əziz Anam, Azərbaycan”ı oxudu VİDEO

18 Oktyabr 2026 10:06see228

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see228

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see223

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see218

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see209

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see208

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see204

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see203

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see197

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see196

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see192

İstanbulda Kızılelma yolunda Türkiyə Azərbaycan arası əməkdaşlıq və ticarətin inkişafı proqramı düzənləndi

17 Oktyabr 2026 21:18see188

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see180

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see168

“PƏLƏNG OT YESƏ, SAĞLAM QALA BİLƏR?”

18 Oktyabr 2026 01:29see165

Füzuli teatrı Şəhər Günündə “Tıq tıq xanım” tamaşası ilə uşaqları sevindirdi FOTO

18 Oktyabr 2026 12:24see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri