Icma.az
close
up
RU
29 min nəfər ali məktəbdən kənarda qalacaq Ən dramatik qrup açıqlandı

29 min nəfər ali məktəbdən kənarda qalacaq Ən dramatik qrup açıqlandı

Qaynarinfo portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Ali məktəblərə ixtisas seçimi başa çatıb. Ayrılmış plan yerləri ilə ərizəsi təsdiqlənənlərin sayı arasında kifayət qədər böyük fərq var. İxtisas seçiminin nəticələri nə vəd edir? Ümumi mənzərə necə olacaq?

Ən dramatik qrup

Təhsil eksperti Kamran Əsədov mövzu ilə bağlı Teleqraf-a açıqlamasında bildirib ki, bu il ixtisas seçimi prosesinin yekun nəticələri ali təhsil sistemində struktur problemlərinin davam etdiyini və plan yerlərinin abituriyentlərin sayına adekvat cavab verməməsinin artıq kütləvi xarakter daşıdığını göstərir.

"Statistikaya nəzər saldıqda, I ixtisas qrupu üzrə ümumilikdə 20 385 plan yerinə qarşı 23 918 nəfər elektron ixtisas seçimini təsdiqləyib. Bu, 3533 nəfərin kənarda qalması deməkdir.

II qrupda 14 935 plan yerinə qarşı 19 039 ərizəçi var və nəticədə 4104 nəfər müsabiqədən kənarda qalacaq.

III qrupda vəziyyət daha dramatikdir: 15 583 yerə qarşı 24 414 ərizəçi qeydə alınıb və 8831 nəfərin ali təhsil almaq şansı itəcək.

IV qrupda 4732 yerə 6966 ərizəçi təsdiq verib, 2234 nəfər kəsiləcək.

Ən ağır mənzərə isə V qrupda müşahidə olunur: 4704 plan yerinə qarşı 16 517 ərizəçi olub və bu, 11 813 nəfərin qəbul ola bilməməsi deməkdir. Beləliklə, ümumilikdə təxminən 29 min nəfər ali məktəbdən kənarda qalacaq".

Bir tərəfdə sıxlıq, bir tərəfdə kadr çatışmazlığı

Kamran Əsədov qeyd edir ki, plan yerləri çoxaldılmadığı kimi ixtisaslara tələbat da balanslaşdırılmır: "Nəticədə, müəyyən ixtisaslarda yerlər boş qalır, digərlərində isə abituriyent sıxlığı süni şəkildə artır. Bu, ali təhsil siyasətinin proqnozlaşdırılmadığını və strateji yanaşmanın olmadığını bir daha sübut edir. "Təhsil haqqında” Qanunun 14.1-ci maddəsində açıq şəkildə qeyd olunur ki, dövlət təhsil sistemi əmək bazarının tələblərinə uyğun formalaşdırılır. Halbuki, reallıqda əmək bazarının sorğuları ilə ali təhsil planlaşdırılması arasında heç bir əlaqə yoxdur. Əmək bazarı hüquqşünas, beynəlxalq münasibətlər üzrə mütəxəssis, pedaqoq bolluğu ilə dolub, amma mühəndislik, texnologiya və innovasiya ixtisaslarında kəskin kadr çatışmazlığı davam edir. Bu, qanunun tələblərinin icra olunmadığını göstərir".

Abituriyentlər daha çox "populyar” sahələrə yönəlir, dövlət isə bu marağı idarə edə bilmir

Təhsil eksperti prosesdə diqqət çəkən müsbət məqamların olduğunu da vurğulayıb: "Bununla yanaşı, müsbət məqam kimi yalnız o deyilə bilər ki, bəzi ixtisas qruplarında (məsələn, I qrup) plan yerlərinin ərizəçi sayına nisbətən yaxın olması qəbul imkanlarını artırır və kəsilmə nisbəti azdır. Bu, ən azından texniki sahələr üzrə dövlətin müəyyən qədər planlaşdırma apardığını göstərir. Lakin burada belə mühəndislik ixtisaslarının bir qisminə marağın az olması səbəbindən yerlərin boş qalma ehtimalı da mövcuddur. Yəni bu "müsbət tərəf” əslində gizli bir çatışmazlığı da özündə daşıyır: abituriyentlər daha çox "populyar” sahələrə yönəlir, dövlət isə bu marağı idarə edə bilmir".

Dünya təcrübəsi ilə müqayisədə bizim model necə görünür?

Kamran Əsədovun sözlərinə görə, dünya təcrübəsinə baxanda Azərbaycan modelinin qeyri-sabitliyi daha da aydın görünür: "Məsələn, Almaniyada "dual system” adlanan təhsil modeli əsasında abituriyentlərin bir qismi peşə və texniki təhsilə yönləndirilir və bu, ali təhsil üzərində yüklənməni azaldır. Finlandiyada isə ali təhsil planlaşdırılması hökumətin əmək bazarı ilə birlikdə hazırladığı illik proqnozlara əsaslanır, hansı sahədə nə qədər mütəxəssisə ehtiyac olduğu əvvəlcədən müəyyənləşdirilir. Türkiyədə Türkiyənin Yüksək Öyrətim Kurulu (YÖK) hər il ixtisas plan yerlərini əmək bazarının təhlilinə əsasən dəyişir. Azərbaycanda isə belə proqnozlaşdırma və elastik mexanizm yoxdur, nəticədə ixtisas seçimi bir növ "təxmin və şans oyunu”na çevrilib".

Gənc və valideyn bu məsələləri bilmədən seçim edir

Ekspertin sözlərinə görə, Elm və Təhsil Nazirliyi bu sahədə heç bir maarifləndirmə işi aparmır. İxtisas seçiminə girən on minlərlə gənc və valideyn təhlil, tədris bazarı, əmək bazarının proqnozu barədə məlumat almadan seçim edir: "Nazirliyin özünün rəsmi saytında belə ixtisaslar üzrə gələcək karyera imkanları ilə bağlı sadə məlumatlandırma bölməsi yoxdur. Nə planlar var, nə də proqnozlar. Bu, gənclərin həyat yolunun tamamilə təsadüfi seçimlər üzərində qurulmasına səbəb olur. Halbuki, bu proses dövlətin üzərinə məsuliyyət qoyur".

Yekun olaraq bu il ixtisas seçimi nəticələri hansı mənzərəni vəd edir?

O qeyd edib ki, minlərlə abituriyent ali məktəbdən kənarda qalacaq və işsizlik ordusuna əlavə olunacaq: "Dəyişməli olan isə dövlətin yanaşmasıdır. Əmək bazarı ilə ali təhsil planlaşdırılması birləşdirilməli, illik proqnozlar hazırlanmalı, ixtisasların seçimi ilə bağlı geniş maarifləndirmə proqramları tətbiq olunmalıdır. Əks halda, ali təhsilin miqyası artsa da, keyfiyyəti və nəticəsi heç vaxt gözlənilən səviyyəyə çatmayacaq".

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:126
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 21 Avqust 2025 15:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see292

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see258

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see243

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see242

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see231

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see229

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see228

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see219

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see216

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see216

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see213

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see211

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see202

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see199

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see196

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see191

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see190

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see190

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see189

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri