29 yaşlı qadın çayla evlənir
Icma.az, Demokrat.az portalına istinadən məlumatı açıqlayır.
Böyük Britaniyada 29 yaşlı ekoloq-aktivist Meq Eyvon özünün qeyri-adi hərəkəti ilə dünya mətbuatının diqqətini çəkib. Bristoldan olan gənc qadın yerli Eyvon çayı ilə rəsmi nikaha girməyə hazırlaşır. Hazırda bu maraqlı "cütlük" münasibətlərinin üçüncü ildönümünü qeyd edir.
Demokrat.az xəbər verir ki, Meq hələ 2023-cü ildə keçirilən rəmzi mərasimdən sonra soyadını dəyişərək Eyvon qoyub. Onun sözlərinə görə, bu "evliliyin" əsas məqsədi heç də romantika deyil, su hövzələrinin çirklənməsinə və ekoloji problemlərə diqqət çəkməkdir. O hesab edir ki, insan təbiətlə bu dərəcədə yaxın bağlılıq hiss etməsə, onu qorumaq üçün lazımi addımları atmayacaq.
Aktivist qadın hətta ən soyuq qış günlərində belə "sevgilisi" ilə görüşməkdən imtina etmir. O, hər həftə çaya girib üzdüyünü və bunun ona böyük zövq verdiyini bildirir. Yağışlı havalarda çayda üzməyin riskli olduğunu etiraf etsə də, öz ideyasına sadiq qaldığını və bu yolla insanları təbiəti sevməyə çağırdığını qeyd edir.
İsmayıl
Demokrat.az
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Demokrat.az xəbər verir ki, Meq hələ 2023-cü ildə keçirilən rəmzi mərasimdən sonra soyadını dəyişərək Eyvon qoyub. Onun sözlərinə görə, bu "evliliyin" əsas məqsədi heç də romantika deyil, su hövzələrinin çirklənməsinə və ekoloji problemlərə diqqət çəkməkdir. O hesab edir ki, insan təbiətlə bu dərəcədə yaxın bağlılıq hiss etməsə, onu qorumaq üçün lazımi addımları atmayacaq.
Aktivist qadın hətta ən soyuq qış günlərində belə "sevgilisi" ilə görüşməkdən imtina etmir. O, hər həftə çaya girib üzdüyünü və bunun ona böyük zövq verdiyini bildirir. Yağışlı havalarda çayda üzməyin riskli olduğunu etiraf etsə də, öz ideyasına sadiq qaldığını və bu yolla insanları təbiəti sevməyə çağırdığını qeyd edir.
İsmayıl
Demokrat.az
Baxış sayı:78
Bu xəbər 25 Mart 2026 10:34 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















