290 nəfərin olduğu təyyarə qəzaya uğradı: yanğın oldu
Icma.az, GlobalInfo saytına istinadən bildirir.
Vaşinqtondan Tokioya uçan sərnişin təyyarəsinin mühərriki uçuş zamanı sıradan çıxıb.
Globalinfo.az xəbər verir ki, bu barədə “Nyu York Post ” (NYP) qəzeti məlumat yayıb.
Bildirilib ki, hadisə 13 dekabrda Dalles Beynəlxalq Hava Limanında baş verib.
“United Airlines” təyyarəsi mühərrikinin sıradan çıxması səbəbindən havaya qalxdıqdan dərhal sonra ABŞ paytaxtındakı hava limanına qayıtmaq məcburiyyətində qalıb. Manevr zamanı mühərrik qapağının bir hissəsi qoparaq alovlanıb və nəticədə hava limanının yaxınlığındakı meşəlik ərazidə yanğın baş verib. Təyyarədə 275 sərnişin və 15 heyət üzvü olub. O, təhlükəsiz eniş edib və heç kim xəsarət almayıb”, – deyə bildirilib.
Hadisədən sonra təyyarənin uçuşu dayandırılıb və Federal Aviasiya Administrasiyası araşdırmaya başlayıb.
Əliyar Xəlil
Globalinfo.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:125
Bu xəbər 14 Dekabr 2025 15:22 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















