3 ay sonra ölkəsinə qayıtdı 44 ildir prezidentdir
Qafqazinfo saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Kamerunun 93 yaşlı Prezidenti Paul Biya 10 həftə davam edən xarici səfərindən sonra ölkəsinə geri dönüb.
“Qafqazinfo” “Reuters”ə istinadən xəbər verir ki, dövlət başçısının uzun müddətdir İsveçrədə olması ölkə daxilində onun səhhəti və ölümü barədə müxtəlif şayiələrin və müzakirələrin yaranmasına səbəb olmuşdu.
3 aya yaxın davam edən yoxluğundan sonra paytaxt Yaundeyə qayıdan dövlət başçısının yenidən işinin başına keçməsi ölkədəki siyasi gərginliyi nisbətən səngidib.
Məlumat üçün bildirək ki, 93 yaşlı Paul Biya hazırda dünyada hakimiyyətdə olan ən yaşlı dövlət başçısı hesab olunur. O, 1975–1982-ci illərdə Kamerunun Baş naziri vəzifəsini icra edib, 1982-ci il noyabrın 6-dan isə fasiləsiz olaraq prezident postunu tutur. P. Biya 2025-ci ilin oktyabrında keçirilən və nəticələri müxalifət tərəfindən mübahisələndirilən prezident seçkilərindən sonra səkkizinci müddətinə başlayıb.
Ümumilikdə 44 ilə yaxındır ölkəyə rəhbərlik edən Biya Afrika qitəsində hakimiyyətdə ən uzun müddət qalan liderlərdən biridir.
Baxış sayı:102
Bu xəbər 23 Oktyabr 2026 10:30 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















