Icma.az
close
up
RU
3 azərbaycanlı uşaq əcnəbi vətəndaşlara verilib RƏSMİ

3 azərbaycanlı uşaq əcnəbi vətəndaşlara verilib RƏSMİ

Modern.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

2025-ci il ərzində övladlığa verilən 149 uşaqdan 3-ü əcnəbi və vətəndaşlığı olmayan şəxslər tərəfindən övladlığa götürülüb. 

Bu barədə Modern.az-ın sorğusuna cavab olaraq Sosial Xidmətlər Agentliyindən məlumat verilib .

Bildirilib ki, övladlığagötürmə sahəsində səlahiyyətlərin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə həvalə edildiyi 2019-cu il 1 noyabr tarixindən bu günədək isə ümumilikdə 4 uşaq əcnəbi və vətəndaşlığı olmayan şəxslərə övladlığa verilib. 

Agentlikdən verilən məlumata görə, həmin şəxslər Almaniya, Serbiya və Rusiya vətəndaşları olub. 

Qeyd edilib ki, əcnəbi və vətəndaşlığı olmayan şəxslər tərəfindən uşağın övladlığa götürülməsi Azərbaycan Respublikası vətəndaşları ilə müqayisədə əlavə tələblər əsasında həyata keçirilir. Bu tələblər uşağın maraqlarının və təhlükəsizliyinin maksimum səviyyədə qorunmasına xidmət edir. 

“Belə ki, nikahda olmayan, habelə gəlirləri yaşadıqları ölkə üzrə orta aylıq əməkhaqqının iki mislindən az olan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən uşaqların övladlığa götürülməsinə yol verilmir. 
Azərbaycan Respublikası vətəndaşı olan uşağı övladlığa götürmək istəyən şəxslərin mülkiyyətində, orada yaşayan hər bir şəxs nəzərə alınmaqla, müvafiq ölkənin qanunvericiliyinə uyğun olaraq minimum normadan az olmayan yaşayış sahəsi olmalıdır. 

Azərbaycan vətəndaşı olan uşaqlar, eləcə də vətəndaşlığı olmayan, lakin uçota alınmış uşaqlar ilk növbədə ölkəmizdə daimi yaşayan vətəndaşların ailələrinə və ya qohumlarına övladlığa verilir. Bu mümkün olmadıqda, onların əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər tərəfindən övladlığa götürülməsinə icazə verilir.
Həmçinin respublikadan kənarda daimi yaşayan vətəndaşlara, uşaqların qohumu olmayan əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan vətəndaşı olan uşaqlar uçota alındığı tarixdən 6 ay sonra, vətəndaş olmayan uşaqlar isə uçota alındıqları tarixdən 1 il sonra övladlığa verilə bilər. 

Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən uşağın övladlığa götürülməsi zamanı azı 5 il müddətində nikahda olan şəxslərə üstünlük verilir. Bu yanaşma ailə mühitinin sabitliyinin və uşağın uzunmüddətli rifahının təmin edilməsinə yönəlib”,- rəsmi məlumatda qeyd olunub.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:147
embedMənbə:https://modern.az
archiveBu xəbər 16 Yanvar 2026 14:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see694

Tolerantlıq həm də qarşılıqlı etimadın bərpası deməkdir

27 Noyabr 2026 14:34see539

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see529

Psixoloji gərginliyin artmasının əsas səbəbləri nələrdir? PSİXOLOQ AÇIQLADI

27 Noyabr 2026 12:12see333

Mərkəzi Gömrük Hospitalı tərəfindən Gəncə şəhərində genişmiqyaslı tibbi sosial tədbirlər keçirilib

27 Noyabr 2026 13:35see315

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see310

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see304

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see269

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see269

Keçənlərdən kiçik bir epizod... FOTO

27 Noyabr 2026 17:40see265

Bağırsaqda yara hansı xəstəliklərin əlaməti ola bilər? VİDEO

27 Noyabr 2026 15:20see261

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see260

Robotlar dünya iqtisadiyyatını dəyişəcək: İlk humanoid köməkçilər 15 ilə evlərə daxil ola bilər

27 Noyabr 2026 16:24see260

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see259

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see257

Söz içində... Sözümüz...

27 Noyabr 2026 17:30see255

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see232

Bir qədəh şərab qan təzyiqinə necə təsir edir? Mütəxəssislər açıqlayıb

27 Noyabr 2026 22:17see208

Avropanın borc içində boğulan ölkələri Ən çətin vəziyyətdə olan hansıdır? Siyahı

28 Noyabr 2026 10:02see204

Ceyhun Bayramov qətərli nazirlə görüşdü

27 Noyabr 2026 19:10see202
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri