Icma.az
close
up
RU
Menu

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

Ruslar üçün inflyasiya qumbarası...

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

Yaşayış binasına daha iki mərtəbə əlavə olunur Sakinlər narahatdırlar (Video)

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

“Bunlar bizə xəbərdarlıqdır!” Həkimdən gənclərə ürək xəstəlikləri ilə bağlı çağırış HƏKİM

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

Hava kəskin PİSLƏŞƏCƏK bu tarixdən

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

Sağlam və parlaq dəri üçün zərdəçal (sarıkök) maskası

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

“Mançester Siti” Premyer Liqadan aşağı liqaya düşə bilər

Fransadakı iğtişaşlar PSJ Barselona görüşünə təsir edəcəkmi? Luis Enrike danışdı

Serialdakı Arda illər sonra (Foto)

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

İran Prezidenti: Amerikaya etibar etmirik

3 cü dövrədə son 4 matç: ikisi Tovuzda, ikisi Bakıda...

3 cü dövrədə son 4 matç: ikisi Tovuzda, ikisi Bakıda...

Icma.az bildirir, Footbal-plus saytına əsaslanaraq.

Dünən keçirilən “Araz-Naxçıvan” – “Şamaxı” oyunuyla Misli premyer-liqasında 27-ci tura start verildi.

Bu gün və sabah növbəti oyunlar keçiriləcək, bununla da 3-cü dövrəyə yekun vurulacaq.
Misli premyer-liqası
3-cü dövrə, 27-ci tur
15 mart
Kəpəz – Qarabağ

“Kəpəz”in bu rəqiblə ev oyunlarının balansı: 30:+11=5-14, 43:41.
1992/93 – 2:1; 1993/94 – 4:1; 1994/95 – 4:1; 1995/96 – 3:1, 0:0; 1996/97 – 3:1; 1997/98 – 3:2; 1998/99 – 3:0; 1999/2000 – 1:1; 2000/01 – 2:1; 2001/02 – 2:1, 3:0; 2003/04 – 0:1; 2004/05 – 0:1; 2005/06 – 1:2; 2010/11 – 0:1; 2011/12 – 1:2; 2012/13 – 0:0; 2015/16 – 2:3, 1:2; 2016/17 – 1:1, 0:1; 2017/18 – 0:2, 0:1; 2022/23 – 0:1, 1:1. 2023/24 – 1:2, 1:6; 2024/25 – 0:5.
Cəzalılar: Marko Yankoviç, Elvin Cəfərquliyev, Musa Qurbanlı (hamısı “Qarabağ”).
“Futbol+”in proqnozu: 25-35-40.
Hakimlər: FƏRİD HACIYEV, Vüsal Məmmədov, Rəhman İmami, Rəvan Həmzəzadə.
VAR hakimi: Cavid Cəlilov.
VAR hakiminin köməkçisi: Akif Əmirəli.
Hakim-inspektor: Əmrah İbrahimov.
AFFA nümayəndəsi: İlham Əliyev.
Tovuz, şəhər stadionu. Saat 17.00.
Xatırladaq ki, bu matçın meydan sahibi “Qarabağ” olmalı və komandaların duelinə “Tofiq Bəhramov”da şahidlik etməliydik. Lakin bu gün Tovuzda futbol adına bir sıra əhəmiyyətli tədbirlər keçiriləcək, daha doğrusu, “Turan Tovuz”un akademiya binasının açılışı olacaq. Bu üzdən AFFA-nın PFL-ə müraciəti əsasında təqvim dəyişib.
Hər halda, bizi maraqlı oyun gözləyir. Bu, həm əzəli rəqiblərin növbəti dəfə üz-üzə gəlməsiylə bağlıdı, həm də “köhlən atlar”ın üç əsas oyunçusunun cəzalı durumda olmasıyla. Gəncəlilər uzun müddətdən sonra ilk dəfə güclü rəqibindən xal almağa yaxındı. O başqa məsələ ki, “sarı-göylər” ötən həftə “Sumqayıt”a uduzmaqla düşərgədəki ab-havanı korladı. Oyundan-oyuna liderliyini möhkəmləndirən ağdamlılara isə kimsə “gözün üstə qaşın var” deyə bilmir.
Bu komandalar indiyə qədər 59 dəfə qarşılaşıb. Bunların 14-də “Kəpəz”, 34-də “Qarabağ” qalib gəlib, 11-də “sülh” qeydə alınıb. Topların nisbətində “köhlən atlar” öndədi – 99:61.
Sabah – Zirə
“Sabah”ın bu rəqiblə ev oyunlarının balansı: 12:+4=3-5, 14:16.
2018/19 – 2:1, 0:3; 2019/20 - 2:2; 2020/21 – 0:1, 2:1; 2021/22 – 3:3, 3:1; 2022/23 – 1:0, 0:0; 2023/24 – 0:1, 0:1; 2024/25 – 0:2.
Cəzalı: yoxdu.
“Futbol+”in proqnozu: 30-30-40.
Hakimlər: RƏŞAD ƏHMƏDOV, Rahil Ramazanov, Teymur Teymurov, Əli Əliyev.
VAR hakimi: Nicat İsmayıllı.
VAR hakiminin köməkçisi: Cəmil Quliyev
Hakim-inspektor: Ömər Paşayev.
AFFA nümayəndəsi: Erkin Hüseynov.
Bakı, “Bank Respublika Arena”. Saat 19.30.
Bəli, bu gün həm də paytaxt derbisinə şahidlik edəcəyik. “Sabah” bu matçda qalib gəlməklə ilk “4-lüy”ə doğru inamlı addım ata bilər. Lakin belə ssenarinin yaşanacağına ümid bəsləmək çətindi. Ona görə ki, “bayquşlar”ın eniş-yoxuşlu oyun tərzi, sabit nəticələr qazanmaqda çətinlik çəkməsi gələcək üçün yaxşı nəsə vəd etmir. Üstəlik rəqib 2-ci pillədə qərarlaşan, son 12 matçda yalnız bir məğlubiyyət yaşayan “Zirə”di. Hələ onu demirik ki, “qartallar” Masazırda sonuncu dəfə 2022-ci ilin oktaybrında uduzub.
Qəsəbə təmsilçisinin mövcud durumunu nəzərə alsaq, səfərdən məyus qayıdacağını düşünmək sadəlövhlük olar. Yenə də necə deyərlər, top yumrudu, meydan düz. O dəqiqdi ki, hər iki komanda xal ehtiyatını artırmaq üçün sona qədər döyüşəcək.
Bu komandalar indiyə qədər 25 dəfə üz-üzə gəlib. Bunların 10- da “Sabah”, 8-də “Zirə” qələbə qazanıb, 7-də qalib müəyyənləşməyib. Topların nisbətində “bayquşlar” öndədi – 30:27.
16 mart
Səbail – Neftçi

“Səbail”in bu rəqiblə ev oyunlarının balansı: 13+1=3-9, 8:29.
2017/18 – 1:0, 0:4; 2018/19 – 0:2, 2:2; 2019/20 – 0:0; 2020/21 – 1:3, 0:4; 2021/22 – 1:3, 0:1; 2022/23 – 0:2, 1:1; 2023/24 – 2:4, 0:3; 2024/25 – 1:1.
“Futbol+”in proqnozu: 30-30-40.
Cəzalılar: Süleyman Alluş (Səbail), Höccət Haqverdi (Neftçi).
Hakimlər: ELÇİN MƏSİYEV, Elşad Abdullayev, Pərvin Talıbov, Elvin Bayramov.
VAR hakimi: Rauf Allahverdiyev.
VAR hakiminin köməkçisi: Kamran Bayramov.
Hakim-inspektor: Babək Quliyev.
AFFA nümayəndəsi: Elçin Mehtiyev.
Bakı, “ASCO Arena”. Saat 16.00.
“Səbail”in durumu getdikcə pisləşir. Bəli, “dənizçilər” döyüşkən və əzmkar oyun göstərən komandalar sırasındadı. Lakin bu keyfiyyətlər sonuncu pillədən qurtulmaq üçün kifayət etmir. İndi Bayıl təmsilçisi 9-cu yerdə qərarlaşan “Kəpəz”dən 4 xal geridədi. Deməli, 3-cü dövrəni “zirzəmi”də bitirməkdən başqa çarə yoxdu. Amma “Neftçi”dən azı bir xal alsalar, millinin oyunlarıyla bağlı fasiləyə yaxşı əhval-ruhiyyəylə yollana biləcəklər. Deməli, “Səbail” üçün hələ də qazanılacaq nəsə var.
“Ağ-qaralar”a gəlincə, paytaxt təmsilçisi gah ümidləndirir, gah da məyus edir. Buna baxmayaraq, komandanı paytaxt derbisinin favoriti saya bilərik. Bakılılar rəqibin autsayder statusunda olmasından yararlanaraq xal ehtiyatını artıra bilər. Onlar bu dəfə də qalib gələ bilməsələr, Samir Abaov gərək özünü günahlandırsın.
Komandalar indiyə qədər 29 dəfə üz-üzə gəlib. Bunların 2-də “Səbail”, 21-də “Neftçi” qalib gəlib, 6-da hərəyə bir xal düşüb. Topların nisbətində “ağ-qaralar” öndədi – 65:18.
Turan Tovuz – Sumqayıt
“Turan Tovuz”un bu rəqiblə ev oyunlarının balansı: 5:+2=1-2, 7:9.
2022/23 – 1:0, 2:3; 2023/24 – 2:2, 1:4; 2024/25 – 1:0.
Cəzalılar: Emmanuel Hakman (Turan Tovuz), Miloş Miloviç (Sumqayıt).
“Futbol+”in proqnozu: 40-30-30.
Hakimlər: ƏLİYAR AĞAYEV, Zeynal Zeynalov, Müslüm Əliyev, Kamranbəy Rəhimov.
VAR hakimi: Kamal Umudlu.
VAR hakiminin köməkçisi: Zöhrab Abbasov.
Hakim-inspektor: Feyzulla Feyzullayev.
AFFA nümayəndəsi: Elçin Məmmədov.
Tovuz, şəhər stadionu. Saat 18.30.
“Turan Tovuz” iki oyundu qələbə qazana bilmir. Bəli, ilk baxışdan qorxunc statistikaya oxşamır. Lakin 4-cü pillədə qərarlaşan “bozqurd”un ölkə kubokunda mübarizəni dayandırdığından və indiki mövqeyinin avrokuboklara yollanmaq üçün bəs etməmək ehtimalından xəbərdarsız. Belədə hər xal itkisi bölgə təmsilçisinin xəyallarını puç etməyə qadirdi. Odu ki, qələbə həsrətini bitirmək lazımdı.
Hər halda, Kurban Berdıyev də mövcud reqlamenti bilir və komandasını oyuna məhz həmin məsələnin məsuliyyətinə uyğun hazırlayacaq. Əlbəttə, məhz bu məqamı Vaqif Cavadova da aid etmək vacibdi. “Səbail”lə xal fərqini 7-yə çatdıran “kimyaçılar” arxayınlaşmamalı, xal ehtiyatını artırmağa davam etməlidi. Yoxsa idman prinsipinin qəzəbiylə üzbəüz qala bilərlər. O başqa məsələ ki, tovuzlu azarkeşlərin yaratdığı futbol atmosferi qonaqların xal almasına ciddi çətinlik yaradır.
Bu komandalar 10 dəfə qarşılaşıb. “Turan Tovuz” və “Sumqayıt” hərəyə 3 oyunda qalib gəliblərsə, 4 matçda bir xala yiyələniblər. Topların nisbətində “kimyaçılar” öndədi – 13:12.
Bu komandaların duelləriylə bağlı maraqlı məqamlar
// “Qarabağ” 34 oyundu uduzmur. Son 5 matçda “Qarabağ” qalib gəlib ki, bunlardan üçündə böyükhesablı nəticə qeydə alınıb.
// “Zirə” son 3 görüşdə qol vurub. “Sabah” son 3 ev qarşılaşmasında “quru” hesabla uduzub.
// “Səbail” 22 oyundu qələbə qazanmır. “Neftçi” son 19 görüşdə qol vurub.
// “Turan Tovuz” son 3 qarşılaşmada qol vurub. “Sumqayıt” bütün səfər görüşlərində qol buraxıb.
KƏNAN BAHADIR

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:235
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 15 Mart 2025 09:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see349

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see345

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see333

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see292

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see262

Yaşayış binasına daha iki mərtəbə əlavə olunur Sakinlər narahatdırlar (Video)

20 Oktyabr 2026 00:31see243

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

20 Oktyabr 2026 13:39see224

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

20 Oktyabr 2026 17:18see208

“Bunlar bizə xəbərdarlıqdır!” Həkimdən gənclərə ürək xəstəlikləri ilə bağlı çağırış HƏKİM

20 Oktyabr 2026 12:49see189

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see187

Hava kəskin PİSLƏŞƏCƏK bu tarixdən

20 Oktyabr 2026 04:58see186

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see186

Sağlam və parlaq dəri üçün zərdəçal (sarıkök) maskası

20 Oktyabr 2026 05:49see184

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see175

“Mançester Siti” Premyer Liqadan aşağı liqaya düşə bilər

20 Oktyabr 2026 01:35see172

Fransadakı iğtişaşlar PSJ Barselona görüşünə təsir edəcəkmi? Luis Enrike danışdı

20 Oktyabr 2026 01:30see171

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see169

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see160

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

20 Oktyabr 2026 22:48see160

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see160
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri