3 gün sonra Qarabağ la qarşılaşacaq Ayntraxt baş məşqçisini qovdu
Qol.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Almaniyanın "Ayntraxt" klubu baş məşqçisi ilə bağlı gözlənilən radikal qərarı verib.
QOL.az xəbər verir ki, Frankfurt təmsilçisi baş məşqçi Dino Toppmöllerlə yollarını ayırıb. Bu barədə klub rəsmi məlumat yayıb.
Klub rəhbərliyi 2028-ci ilə qədər müqaviləsi qüvvədə olan 45 yaşlı mütəxəssislə işbirliyinə xitam verib. Klubun idman direktoru Markus Kröşe qərarın son həftələrdəki, xüsusilə yeni ilin ilk üç oyunundakı uğursuz nəticələrin və hərtərəfli analizin nəticəsi olduğunu bildirib:
"Biz son həftələrdəki geriləmə səbəbindən yeni idman impulsuna ehtiyacımız olduğu qənaətinə gəldik. Təəssüf ki, bu mövsüm "Ayntraxt"ın dinamik, aqressiv və kompakt futbol standartlarına kifayət qədər cavab verə bilmədik".
Məlumata görə, Frankfurt təmsilçisinin bu mövsüm ən böyük problemi müdafiə xətti olub. Komanda 18 liqa oyununda 39 qol buraxıb ki, bu da Bundesliqada hazırkı ən pis göstəricidir.
Toppmöller qərarı hörmətlə qarşıladığını, lakin komanda ilə işləməyə davam etmək istədiyini bildirib.
Qeyd edək ki, komandanı müvəqqəti olaraq U-21-in baş məşqçisi Dennis Şmitt və U-19-un çalışdırıcısı Aleksandr Mayer çalışdıracaq. Əsas səlahiyyət Şmittdə olacaq. Bu isə o deməkdir ki, 21 yanvarda Çempionlar Liqası çərçivəsində Bakıda baş tutacaq "Qarabağ" - "Ayntraxt" qarşılaşmasında almanları meydana yeni məşqçi çıxaracaq.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:86
Bu xəbər 18 Yanvar 2026 16:45 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















