Icma.az
close
up
RU
3 hərbçini öldürən Elxanın cinayət işi: Dəhşətli hadisəyə səbəb çəkilən VİDEO olub

3 hərbçini öldürən Elxanın cinayət işi: Dəhşətli hadisəyə səbəb çəkilən VİDEO olub

Icma.az bildirir, Cebheinfo portalına istinadən.

Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qoşunlarının “Qubadlı” əlahiddə sərhəd diviziyasında 3 hərbi qulluqçunu qətlə yetirməkdə təqsirləndirilən kiçik çavuş Əvəzli Elxan Məhəmməd oğlunun cinayət işi üzrə təfərrüatlar bilinib.

"Cebheinfo.az" Musavat.com-a istinadən xəbər verir ki, məhkəmənin hökmü ilə ömürlük azadlıqdan məhrum edilən Elxan Əvəzlinin qətli qisas məqsədilə törətdiyi məlum olub.

Elxan Əvəzli 2022-ci ilin yanvar ayında baş leytenant İsmayılov Yusif İsmayıl oğlunu, kiçik gizir Cəlilzadə Amil Fuar oğlunu və kiçik gizir İbrahimov Rəfail Natiq oğlunu qəsdən öldürüb, daha sonra silahını ataraq hadisə yerindən qaçıb.

Həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 3 yanvar 2022-ci il tarixdə saat 00:30 radələrində Laçın rayonunun Malxələf kəndi ərazisində saxlanılıb.

Elxanın əvvəlcə mərhum baş leytenant Yusif İsmayılovla aralarında problem olub. Belə ki, Elxanın xidmətdə olan zaman yatması, sonra da hərbi hissə ərazisindən çəkdiyi videonu sosial şəbəkələrdə paylaşması narazılıq yaradıb. Buna görə Yusif İsmayılov Elxanı cəzalandırıb. Onu daha çox xidmətə yazıb, onun digər hərbçilərlə birlikdə yemək yeməsinə icazə verməyib. Həmçinin onun xidmətdən uzaqlaşmasını da tələb edib.

Məlumata görə, digər qətlə yetirilən hərbçilər baş leytenanta yaxın hərbçilər olduğundan onu dəstəkləyiblər. Onlar da Elxana qarşı fərqli münasibət göstərərək onu danışdırmamağa, birlikdə süfrə arxasında oturmamağa başlayıblar.

Elxanın sözlərinə görə, bundan sonra həmin şəxslər tərəfindən təhqir olunub, şərəf və ləyaqəti alçaldılıb. Sonuncu dəfə isə xidmətə çıxmaq üçün geyim istəsə də, ona üst geyimi verilməyib. Son 4 ayda ələ salınan, təhqir olunan Elxan qisas almaq qərarına gəlib.

O, ilk olaraq baş leytenantı qətlə yetirib. Daha sonra isə avtomata ikinci darağı taxaraq digər iki hərbçini qətlə yetirib və hərbi hissədən qaçıb.

Apellyasiya və kassasiya şikayətləri verən Elxan əməlinin Cinayət Məcəlləsinin 129-2-ci (Zərərçəkmiş şəxs tərəfindən edilən zorakılıq, ağır təhqir və ya sair qanunsuz və ya əxlaqsız hərəkətlər (hərəkətsizlik) nəticəsində, habelə zərərçəkmiş şəxsin mütəmadi qanunsuz və ya əxlaqsız davranışı ilə əlaqədar yaranmış uzunsürən dözülməz psixi şərait nəticəsində qəflətən baş vermiş güclü ruhi həyəcan (affekt) vəziyyətində qəsdən sağlamlığa az ağır zərər vurma) maddəsinə tövsif edilməsini istəyib.

Məhkəmələr onun şikayətini təmin etməyib və ömürlük azadlıqdan məhrumetmə cəzası qüvvədə saxlanılıb.

"Cebheinfo.az" 

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:103
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 28 Aprel 2025 16:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABŞ Cənubi Qafqazda kimə nə verir: məhsul, yoxsa rol bölgüsü? TƏHLİL

26 Yanvar 2026 14:18see289

ABŞ in vitse prezidenti Cənubi Qafqaza nəyə gəlir?

26 Yanvar 2026 13:27see244

Bu il evlənəcəklər

26 Yanvar 2026 18:08see238

Vensin səfəri həm də bəzi qüvvələrə ABŞ ın siyasi mesajıdır

27 Yanvar 2026 11:50see234

“Liverpul”un paylaşımında hörmətsizlik, yoxsa diqqətsizlik? FOTO

26 Yanvar 2026 21:43see209

Əhali kreditlərini sığortalamağa niyə maraq göstərmir?

26 Yanvar 2026 12:56see194

Yeni yaradılan Komando briqadasının komandiri kimdir? VİDEO

27 Yanvar 2026 05:37see193

“Nikosayağı” 3 il sonra ilk dəfə öz görüntüsünü PAYLAŞDI VİDEO

27 Yanvar 2026 00:39see176

Çin şirkəti Anta Sports Puma nın ən böyük səhmdarı olacaq

27 Yanvar 2026 22:03see170

Saat 10:00 da qaz kəsiləcək Bu ərazilərdə

28 Yanvar 2026 09:42see164

Qarabağ ın vingeri MLS liqasında?

27 Yanvar 2026 17:12see163

Nazirlərin və komitə sədrlərinin qəbuluna düşmək istəyənlərin NƏZƏRİNƏ

27 Yanvar 2026 13:00see162

Mənzil və Avatr 07 Pro qaliblərə təqdim olundu Birmarket lotereyası yekunlaşdı

26 Yanvar 2026 18:47see162

Mançester Siti vingerini bu kluba satır Razılıq əldə edildi

26 Yanvar 2026 17:48see154

Liverpul Qarabağ la oyunun hazırlığını başa vurdu FOTOLAR

27 Yanvar 2026 19:28see151

Azərbaycan ABŞ münasibətlərində yeni mərhələnin siyasi anatomiyası ŞƏRH

27 Yanvar 2026 15:09see150

Əhalinin faktiki yaşayış yerinə əsaslanan məlumat bazası hazırlanır Zaur Əliyev

27 Yanvar 2026 10:58see145

Məhyəddin Aydəmirov vəfat etdi Foto KONKRET

27 Yanvar 2026 00:38see142

“Everton” “Lids”lə oyun məğlubiyyətdən qurtarıb VİDEO

27 Yanvar 2026 02:12see141

Generalın oğlunun təhdid etdiyi fenomen KİMDİR? FOTO

26 Yanvar 2026 17:18see140
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri