Icma.az
close
up
RU
3 ildə 25 müxtəlif obrazın ifaçısı

3 ildə 25 müxtəlif obrazın ifaçısı

Icma.az, Xalq qazeti saytına istinadən bildirir.

Ayşən Əsədova 3 ilə yaxındır ki, Nəcəf bəy Vəzirov adına Lənkəran Dövlət Dram Teatrında aktrisa kimi çalışır. Bu qısa vaxtda səhnədə 25-ə yaxın rəngarəng obraz yaradıb. Hər bir obrazın daxili aləmini, arzu və düşüncələrini özünəməxsus cizgilərlə, təbii boyalarla tamaşaçılara çatdırmağa çalışıb.

Ayşən Bakı şəhərindəki 116 nömrəli tam orta məktəbi bitirib. Hələ məktəb illərindən incəsənətə böyük marağı olub. Vokal səsi, şirin ləhcəsi ilə məktəb tədbirlərində gözəl mahnılar oxuyub. Orta məktəbi bitirəndən sonra Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) nəzdində fəaliyyət göstərən Pedaqoji kollecdə təhsil alıb.

Lakin aktrisa olmaq, böyük səhnələrdə oynamaq arzusu onu heç vaxt tərk etməyib. 2016-cı ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin teatr sənəti fakültəsinə qəbul olunub. Burada aktyor sənəti ixtisası üzrə təhsil alıb. Tələbəlik dövründə Akademik Dövlət Milli Teatrının səhnəsində “Sehrli sandıq” tamaşasında Sürməli qız rolunu məharətlə ifa edib.

Gənc aktrisa bizimlə söhbət zamanı taleyin onu Lənkəran teatrı ilə qovuşdurmasından, burada çalışan kollektivdən razılıq edərək dedi:

– Lənkəran Dövlət Dram Teatrını həyatımda ikinci universitet sayıram. Burada çox istedadlı və təcrübəli aktyorlar çalışırlar. Onlardan öyrənməli çox şey var. Mənə həm gənc, həm də qonaq olduğum üçün diqqət və qayğı göstərirlər. Sağ olsunlar!

Ayşən 2023-cü ilin yayında ölkə teatrları üzrə 100-dən artıq gənc aktyorun arasından müsabiqə yolu ilə seçilərək Laçın şəhərində keçirilən teatr layihəsində iştirak edib. Lənkəran teatrını təmsil edən aktrisa Laçında 20 gün ərzində müxtəlif rollarda qüvvəsini sınayıb. Onun tanınmış rejissor Nicat Kazımovun quruluşunda “Sevil” tamaşasındakı Dilbəri xüsusilə uğurlu alınıb.

Son illər aktrisa Lənkəran Dövlət Dram Teatrının səhnəsində bir çox yaddaqalan obrazlar yaradıb. Ə.Haqverdiyevin “Kimdir müqəssir” əsəri əsasında rejissor Abdulla Elşadlının hazırladığı “Müqəssir” tamaşasında Bahar obrazını böyük həvəslə canlandırıb. Bahar obrazı onun karyerasında ən uğurlu rollardan biridir.

Son vaxtlar lənkəranlı teatrsevərlər Ayşən Əsədovanın dahi bəstəkar Üzeyir Hacıbəylinin “Arşın mal alan” operettasında oynadığı Telli rolunu xüsusilə çox bəyəniblər. Teatr bilicilərinin rəyi belədir ki, aktrisa rejissorun verdiyi yumoristik mizanları dəqiq yerinə yetirməklə yanaşı, bu parlaq obraza qəlbinin arzu və istəklərini, hərarətini də qatıb. Bir sözlə, Ayşənin “Telli”sini bəyənməyən yoxdur.

Hazırda istedadlı gənc aktrisa Ayşən Əsədova tanınmış yazıçı-dramaturq Hüseynbala Mirələmovun “Gəlinlik paltarı” əsəri əsasında hazırlanan yeni tamaşada əsas rollardan olan Fənayə obrazı üzərində məşq edir. Teatrın yaradıcı kollektivi onun bu rolun da öhdəsindən bacarıqla gələcəyinə, tamaşaçılara yeni sənət sevincləri bəxş edəcəyinə əmindir.

Əlisəfa HƏSƏNOV,
XQ-nin bölgə müxbiri

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:143
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 05 Dekabr 2025 10:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İsrail prezidenti "Şuşa təyyarəsi" ilə Bakıya gəlib? Video

16 Oktyabr 2026 00:21see460

AL: Beşiktaş 3 xalı 3 qolla qazandı YENİLƏNİB

16 Oktyabr 2026 00:53see343

Parisdə turizm təqdimatı

16 Oktyabr 2026 00:22see261

Amerikalı aktrisa Hilari Suonk 52 yaşında 3 cü dəfə ana olacaq

16 Oktyabr 2026 00:14see252

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

16 Oktyabr 2026 10:06see242

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see223

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see220

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see209

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see203

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see197

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see196

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see196

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see196

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see192

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see190

HƏLƏ İNDİYƏ QƏDƏR BELƏ SEVİNMƏMİŞDİLƏR

16 Oktyabr 2026 09:09see184

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see170

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see165

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see164

Bu rayonların sakinlərinin nəzərinə

16 Oktyabr 2026 16:26see152
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri