3 məktəbəqədər təhsil müəssisəsi BŞTİ nin tabeliyinə verildi
Icma.az, Gununsesi portalına istinadən məlumat yayır.
Daxili İşlər Nazirliyinin tabeliyindəki 3 məktəbəqədər təhsil müəssisəsi Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyinə verilib.
Gununsesi.info xəbər verir ki, bu barədə BŞTİ məlumat yayıb.
Bildirilib ki, bunlar Nəsimi rayonundakı 355, 357 və Səbail rayonundakı 356 nömrəli körpələr evi-uşaq bağçalarıdır.
“Məktəbəqədər təhsil müəssisələrinə növbəyə yazılma prosesi müvəqqəti dayandırılsa da, qeyd olunan bağçalarda qrupların komplektləşdirilməsinə dəstək məqsədilə qeydiyyat prosesi elektron sistem üzərindən davam etdirilir. Valideynlər hər üç bağça üzrə bq.edu.az elektron qeydiyyat sistemi vasitəsilə müraciət edə bilərlər”, – məlumatda vurğulanıb.
Qeyd edilib ki, məktəbəqədər təhsil müəssisələri şəbəkəsinin genişləndirilməsi, infrastrukturun yenilənməsi və uşaqların təlim-tərbiyəsi üçün yaradılan şəraitin yaxşılaşdırılması istiqamətində ardıcıl tədbirlər görülür. Bununla yanaşı, məktəbəqədər təhsil üzrə xidmət keyfiyyətinin yüksəldilməsi və müəssisələrdə çalışan heyətin peşəkarlığının artırılması prioritet istiqamətlərdəndir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:95
Bu xəbər 06 Avqust 2026 10:58 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















