3 məktəblinin ölümünə səbəb olan şəxsə hökm oxundu
Icma.az, Bakivaxti saytına istinadən bildirir.
Bu il yanvarın 18-də İmişli şəhərində “Mercedes-Beenz” markalı fərdi nəqliyyat vasitəsi və BMV markalı DYP avtomobilinin iştirakı ilə baş vermiş və 3 məktəblinin öldüyü qəzayla bağlı məhkəmə prosesi başa çatıb.
Bakıvaxtı.az Teleqraf-a istinadən xəbər verir ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən, İmişli rayon sakini 2008-ci il təvəllüdlü Bəylər Bayramlı 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Məlum olub ki, 17 yaşlı yeniyetmə “Mersedes Benz 190” markalı avtomobili maşını idarə etmə hüququ olmadan sürüb. O, avtomobili İmişli şəhəri istiqamətində idarə edib “Əlillərin binası” adlanın yaşayış binasının qarşısında sola dönərkən eyni əhəmiyyətli yolda qarşı tərəfdəndən gələn DYP-nin xidməti avtomobilinə yol verməyərək “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 77-ci maddəsinin 4-cü hissəsi ilə nəzərdə tutulan yol hərəkəti qaydasını pozub və nəticədə üç nəfər ölüb.
Bəylər Bayramlı hadisədən sonra avtomobildən düşərək ərazini tərk edib.
Təqsirləndirilən şəxs şəxs məhkəmədə ifadəsində bildirib ki, o, avtomobil idarə etməyə həvəsli olduğundan Yalavac kəndində yerləşən təndirxananın qarşısında dayısına məxsus “Mersedes-Benz” markalı avtomobili işə salaraq İmişli şəhəri istiqamətində hərəkət edib:
“Avtomobillə bir qədər hərəkət etdikdən sonra təndirxanaya qayıtmaq üçün SOCAR yanacaq doldurma mərkəzinin önündən dönüb qeri qayıtmaq istədim. Həmin vaxt təxminən 500-600 metr məsafədə yolun əks istiqamətindən avtomobilin Bəhramtəpə qəsəbəsi istiqamətində hərəkətdə olduğunu gördüm, avtomobilin uzaqda olduğunu düşünərək əks istiqamətə çıxdım və qəza baş verdi. Hadisədən sonra yol patrul xidməti avtomobilinin olduğu tərəfə qaçdım, amma onu halsız vəziyyətdə gördüm, uşaqların da cansız bədənlərini gördüyüm üçün qorxumdan hadisə yerindən qaçdım. Sonra dayıma zəng edib qəza törətdiyimi dedim. Dayım da məni Polis şöbəsinə gətirib təslim etdi. İkinci dəfə idi avtomobil idarə edirdim. Törətdiyim əməldən peşmanam”.
Məhkəmədə şahid qismində dindirilmiş DYP əməkdaşı isə hadisənin nəticələri barədə hospitalda məlumat aldığını bildirib:
“Hadisə günü xidməti avtomobili ilə ərazidə təyin olunmuş marşrut üzrə hərəkət edərkən Bayram Bəylərlinin idarə etdiyi avtomobil qəfildən qarşıma çıxdı, nəticədə toqquşma baş verdi. Qəza nəticəsində huşumu itirdim. Hadisənin nəticələri barədə hospitalda oyandıqdan sonra məlumatım oldu. Hadisə baş verən gün patrul xidmətini həyata keçirirdim. Yol Avtomobili idarə edərkən həm işıq, həm də səs siqnallarını işə salmışdım. Avtomobili təxminən 60-70 km/saat sürətlə idarə edirdim”.
Baxış sayı:19
Bu xəbər 28 Noyabr 2025 15:10 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















