Icma.az
close
up
RU
3 min manat alanların pensiyasında 240 manat artım... Deputat

3 min manat alanların pensiyasında 240 manat artım... Deputat

Icma.az, GlobalInfo portalına istinadən məlumat yayır.

Mövcud qaydalara əsasən, Azərbaycanda əmək pensiyalarının indeksləşdirilməsində vahid, yəni fiks yanaşma tətbiq olunur. 2025-ci ilin əvvəlində bütün növ əmək pensiyalarının 8 faizə indeksləşdirilib artırılması gözlənilir. Pensiyaların əvvəlki ildə nominal orta aylıq əmək haqqındakı artım faizinə indeksləşdirilərək artırılması müsbət haldır. Bununla belə, fiks indeksləşdirmə nəticəsində, 300 manat pensiya alan vətəndaşımızın pensiyasında cəmi 24 manat, 3 min manat pensiya alanın pensiya məbləğində 240 manat artım qeydə alınır. İndeksasiya birbaşa pensiya məbləğinə kəmiyyət olaraq tətbiq olunduğu üçün bu, az pensiya məbləği olanlarda az, çox pensiya alanlarda çox artım deməkdir.

Globalinfo.az xəbər verir ki, bunu millət vəkili Vüqar Bayramov Milli Məclisdə “2025-ci ilin dövlət büdcəsi” layihəsinin müzakirəsi zamanı pensiyaların indeksləşdirilməsi və pensiya kapitalından istifadə ilə bağlı təkliflərini təqdim edərkən deyib.

Onun sözlərinə görə, mövcud maliyyə fondu çərçivəsində diferensial indeksasiya sisteminin tətbiqinə ehtiyac var:

“Bu zaman az pensiya məbləği üçün daha çox indeksasiya faizi kimi göstərici ilə yanaşı keyfiyyət meyarlarından və digər vəriblardan istifadə oluna bilər. Bununla da, indeksasiya nəticəsində nisbətən aşağı pensiya alan vətəndaşlarımızın pensiya məbləğlərində daha çox artımlara nail olmaq olar. Bu həm median pensiya məbləğinin artmasına, həm də indeksləşdirmə üçün nəzərdə tutulan ümumi vəsaitin daha proporsional bölüşdürülməsinə imkan verə bilər”.

Vüqar Bayramov bir daha pensiya kapitalı ilə bağlı bəzi faktorların nəzərə alınmasının vacibliyini vurğulayıb:

“Digər məqam pensiya kapitalı üçün tələblərlə bağlıdır. Minimum pensiya məbləği artdıqca əmək pensiyası almaq üçün kapital tələbi də, təbii ki, artır. Hazırda pensiya kapitalı tələbi 40 min 320 manatdır. Yəni vətəndaş yaşa görə əmək pensiyası almaq üçün ya bu məbləğdə kapitala və ya 25 illik staja malik olmaldır. Minimum pensiya məbləğinin artırılması müsbət haldır və cənab Prezidentin rəhbərliyi ilə həyata keçirilən sosial siyasətin əsas hədəflərindədir. Bu baxımdan, minimum pensiya məbləği ilə pensiya kapitalı arasında yalnız kəmiyyət deyil, həmçinin keyfiyyət əlaqəsinin də yaradılmasına ehtiyac var. Məsələn, tək analar və ya ailədə uşaqların sayı və digər faktorlar nəzərə alına bilər və bununla da əmək pensiyası almaq hüququ qazanmaq üçün kapital tələbi azalmış olar. Bu yaşa görə müavinət alan bəzi vətəndaşlarımızın əmək pensiyası almasına imkan yarada bilər. Bununla da daha çox vətəndaşlarımız yaşa görə əmək pensiyası ala bilərlər”.

O, pensiya kapitalının bir hissəsinin istehlak üçün istifadə edilməsi təklifini səsləndirib:

“Üçüncü məqam pensiya kapitalından istifadə ilə bağlıdır. Sinqapur və bir sıra digər ölkələrdə olduğu kimi pensiya kapitalının bir hissəsinin istehlak üçün istifadə edilməsi məqsədəuyğun olardı. Bu zaman vətəndaşlarımız pensiya yaşının tamam olmasını gözləmədən kapitalın bir hissəsindən daha öncə istifadə edə bilərlər. Bu baxımdan, ABŞ modelində olduğu kimi, minimum pensiya kapital tələbi ilə yanaşı orta pensiya kapital tələbi müəyyənləşə bilər ki, bu da kapitaldan istifadəyə imkan yaradar”.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:54
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 22 Noyabr 2024 17:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Tramp Avropanı külək turbinlərindən imtina etməyə çağırıb

26 İyul 2025 09:00see180

Əgər onlara edilən təkliflər futbolçuları qane etməsə, mən onları komandada saxlamağa hazıram

26 İyul 2025 00:48see137

Milli Məclis bəyanat yayıb

25 İyul 2025 18:52see135

Krediti qaytarmayanların sayı artır: NİYƏ?

25 İyul 2025 15:42see132

Azərbaycanda valyuta sabitliyi: Manat lirəni və rublu üstələyir İqtisadçı əsas səbəbləri izah etdi

26 İyul 2025 02:00see131

Xərçəng xəstəliyinin əməliyyatı və müalicəsi niyə icbari tibbi sığortaya salınmır? Müzakirə

25 İyul 2025 18:48see129

Oleq Bakinski işində Kuçerə BƏRAƏT VERİLDİ

25 İyul 2025 18:03see128

Orxan yeni komandasında qolla debüt etdi

26 İyul 2025 11:06see128

Barmaqları çatlatmaq oynaqlara zərərdir?

25 İyul 2025 15:57see126

Filip Ozobiç Turan Tovuz da EKSKLÜZİV

26 İyul 2025 10:23see126

Qəzzanı aclığa məhkum edən İsrailə qarşı qazan və tavalarla etirazlar başlayıb

26 İyul 2025 11:08see125

MM dən Fransa Milli Assambleyasındakı qətnamə təşəbbüsünə CAVAB

25 İyul 2025 19:11see125

İbrahim Tatlısesin Səddam Hüseynlə qohum olduğu üzə çıxdı

26 İyul 2025 06:15see125

Pokrovsk uğrunda şiddətli döyüşlər GEDİR

26 İyul 2025 10:10see124

Rubio Trampı sərt xarici siyasətə təşviq edən əsas simalardandır Politoloq AÇIQLADI

25 İyul 2025 19:59see124

Nyu York birjasında təbii qaz bahalaşıb

26 İyul 2025 10:24see124

Ukrayna Stavropola hücum etdi

26 İyul 2025 10:29see124

Daily Mail : İrəvan yaxınlığındakı AES hər an partlaya bilər

26 İyul 2025 00:51see123

Abşeronda motosiklet yolu keçmək istəyən piyadanı vurdu

26 İyul 2025 02:20see121

Kamboca atəşkəs təklifini qəbul etdi

26 İyul 2025 10:55see120
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri