3 minədək şəxsin namizədliyi irəli sürülüb Məzahir Pənahov
Moderator.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
"Bələdiyyə seçkilərinə hazırlıq Təqvim Planına uyğun olaraq həyata keçirilir. Artıq yerlərdə namizədlər irəli sürülüb".
Moderator.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov deyib.
Onun sözlərinə görə, bələdiyyə seçkilərində indiyədək 3 minə yaxın şəxsin namizədliyi irəli sürülüb və onların qeydə alınması mərhələsi gedir.
MSK sədri qeyd edib ki, ölkə üzrə 685 bələdiyyəyə 8071 bələdiyyə üzvü seçiləcək:
"Yerlərdə namizədlərin irəli sürülməsi prosesi də davam edir. Onların qeydiyyatı prosesinə artıq başlanılıb. Mərkəzi Seçki Komissiyası daim bu prosesi nəzarətdə saxlayır. İndiyədək hansısa xoşagəlməz hal ilə bağlı hər hansı müraciət daxil olmayıb".
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:113
Bu xəbər 12 Dekabr 2024 14:46 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















