3 müsəlman ölkəsi GÜCLƏRİNİ BİRLƏŞDİRDİ: Biri hücum etsə... FOTOLAR
Icma.az, Moderator.az portalına istinadən məlumat yayır.
Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistan müdafiə sahəsində rəsmi olaraq “Məkkə Sazişi” adlandırılan yeni üçtərəfli saziş imzalayıblar.
Moderator.az xəbər verir ki, sazişin mətninə əsasən, tərəflər kollektiv təhlükəsizliyi möhkəmləndirmək, müdafiə əməkdaşlığını genişləndirmək və təcavüz təhdidlərinə qarşı birgə mübarizə aparmaq niyyətindədirlər.
Sənəddə həmçinin xüsusi olaraq qeyd olunub ki, üç ölkədən hər hansı birinə qarşı edilən silahlı hücum hər üç dövlətə qarşı edilmiş hücum kimi qiymətləndiriləcək.
Sammit Məkkədəki "Əl-Safa" sarayında baş tutub.
Tədbirdə Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi və baş naziri Məhəmməd bin Salman, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Pakistanın baş naziri Məhəmməd Şahbaz Şərif iştirak ediblər.
Sazişdə həmçinin vurğulanır ki, əməkdaşlıq tarixi əlaqələrə, qardaşlıq və islam həmrəyliyi prinsiplərinə, habelə ümumi strateji maraqlara və müdafiə sahəsində uzunmüddətli qarşılıqlı fəaliyyətə əsaslanır.
Tərəflər kollektiv təhlükəsizliyi daha da möhkəmləndirmək, regionda və onun hüdudlarından kənarda sülhə, təhlükəsizliyə və sabitliyə töhfə vermək niyyətində olduqlarını bəyan ediblər.



Bu mövzuda digər xəbərlər:
Baxış sayı:174
Bu xəbər 07 Avqust 2026 15:51 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















