3 qardaşın qurduğu körpü: Yeni İpək yolu Asiyadan Avropaya
Oxu.az saytına istinadən Icma.az xəbər verir.
"Global Panorama" verilişinin yeni buraxılışı yayımlanıb.
Bu dəfə proqramda Azərbaycan, Türkmənistan və Özbəkistan prezidentlərinin Aşqabadda keçirilən üçtərəfli sammitindən bəhs olunub. Verilişdə imzalanan sənədlərin siyasi, iqtisadi və mədəni əməkdaşlıq baxımından region üçün yeni mərhələ açdığı vurğulanıb.
Bildirilib ki, sammit bölgənin diplomatik gündəminin əsas hadisəsinə çevrilib. Görüşdə yalnız iqtisadi deyil, həm də mədəni və humanitar əməkdaşlıq məsələləri diqqət mərkəzində olub. Türkmənistanın Azərbaycan Prezidentinə "Axaltəkə" atı hədiyyə etməsi tədbirin simvolik məqamlarından biri kimi dəyərləndirilib.
Qeyd olunub ki, sammitin ən mühüm nəticəsi enerji, nəqliyyat, logistika, sənaye və mədəniyyət sahələrini əhatə edən sazişlərin imzalanmasıdır. Bu sənədlər üçtərəfli əməkdaşlığın hüquqi əsasını formalaşdırmaqla Orta Dəhlizin inkişafına yeni imkanlar açır. Toplantıda enerji təhlükəsizliyi, alternativ mənbələrin istifadəsi və logistika layihələrinin əhəmiyyəti xüsusi vurğulanıb.
3 qardaşın qurduğu körpü: Yeni İpək yolu Asiyadan Avropaya
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:92
Bu xəbər 30 Avqust 2025 23:12 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















