Icma.az
close
up
RU
3 variant var: “Vahid İsrail”, ikidövlətli həll və sürgün...

3 variant var: “Vahid İsrail”, ikidövlətli həll və sürgün...

Axar.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Yaxın Şərqdə sülhün bərqərar olması real görünmür. Bölgədə artıq bütün “qırmızı xətlər” keçilib. Qəzzada baş verənlər isə sülh yox, sadəcə məcburi atəşkəsdir və bu da tərəflər arasında heç bir problemi həll etməyib.

Bu sözləri Axar.az-a açıqlamasında siyasi ekspert Turab Rzayev İsrailin Baş naziri Benyamin Netanyahunun Qəzzaya təcili zərbələr endirilməsi barədə əmrini şərh edərkən deyib.

Onun sözlərinə görə, Qəzza əhalisi 7 oktyabrdan əvvəl də blokada şəraitində yaşayırdı, insan hüquqları pozulurdu, qida çatışmazlığı var idi və bu vəziyyət indi də davam edir:

“İsrail üçün Fələstin ərazisində üç əsas ssenari var.

1. Vahid yəhudi-ərəb dövləti – Fələstinin İsrail dövlətinə daxil edilməsi. Bu, həm çətin, həm də qeyri-mümkün bir prosesdir. Hətta reallaşsa belə, əhalinin yarısının ərəb olması səbəbindən bu, artıq “yəhudi dövləti” sayılmayacaq və İsrail üçün məğlubiyyət kimi qiymətləndirilə bilər.

2. İkidövlətli həll – Bu variant da reallıqdan uzaq görünür. İsrail artıq Fələstin ərazisinin böyük hissəsini işğal edib, orada bir milyona yaxın yəhudi yerləşdirib. Bundan başqa, İsrailin daxilində də iki milyona yaxın ərəb yaşayır. Bu şəraitdə ədalətli bölünmə mümkün deyil. Nəticədə yalnız “kiçik Qəzzalar” şəklində ərəb şəhərləri yaranacaq ki, bunu nə Fələstin qəbul edəcək, nə də İsrail ərazi vermək istəyir.

3. Tam ilhaq və əhalinin çıxarılması - qalan yeganə variant budur. Əgər ikidövlətli model də, vahid dövlət də mümkün deyilsə, o zaman İsrail yalnız yəhudi dövləti yaratmaq üçün ərəbləri bu ərazidən çıxarmağa çalışacaq. Bunun isə iki yolu var: soyqırım və ya kütləvi sürgün. Sürgün cəhdləri nəticə vermədi. İnsanları qorxutmaq, aclıqla məcbur etmək də istənilən effekti yaratmadı. Fələstinlilər getmədilər”, - deyə Rzayev bildirib.

Siyasi ekspert hesab edir ki, bölgədə yaxın zamanda sülh mümkün deyil:

“Bu qarşıdurmalar davam edəcək, tərəflər bir-birini günahlandıracaq. İndiki şərtlərlə Yaxın Şərqdə daimi sülh real görünmür”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:83
embedMənbə:https://axar.az
archiveBu xəbər 30 Oktyabr 2025 09:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

E vitamini ilə zəngin 5 məhsul

27 Avqust 2026 05:09see359

Ermənistan qış aylarında ciddi risklərlə üzləşə bilər

27 Avqust 2026 13:50see342

57 ticarət obyektində qanunsuz mallar AŞKARLANDI FOTOLENT

27 Avqust 2026 12:14see279

“Üfüq” karyera proqramı beynəlxalq mükafat alıb

27 Avqust 2026 11:43see263

Azərbaycan və Qazaxıstan Transxəzər Fiber Optik Kabel Xəttinin çəkilişini başa çatdırıb

27 Avqust 2026 20:56see261

Həddindən artıq idman oynaqlara zərər verə bilər

27 Avqust 2026 16:39see258

44 yaşlı Dima Bilan baba oldu

27 Avqust 2026 18:43see248

Əliaçıq olmaq təzyiqi normallaşdırır

27 Avqust 2026 22:01see241

Nazirlik Azər Aydəmirə daha 200 min manat ödəyəcək

27 Avqust 2026 15:58see237

Azərbaycan pambıq parça istehsalını 5 % dən çox artırıb

27 Avqust 2026 21:13see228

Amazon yaxın bir neçə ildə Nvidia dan iki milyon daha süni intellekt çipi alacaq

27 Avqust 2026 14:57see217

“Tokayev Moskvanı benzin məsələsində aldatdı?”

27 Avqust 2026 18:55see213

Bəs dənizin ortasında yosun varsa? 

27 Avqust 2026 15:57see206

III “Ulduz Cup” başa çatdı

27 Avqust 2026 18:06see206

Ürək əməliyyatı keçirdi, xərçəngdən sağaldı Möcüzə

27 Avqust 2026 20:32see205

Türk aktrisa Nihal Yalçının son halı təəccübləndirdi (Foto)

27 Avqust 2026 21:38see197

Acı qəhvə içmək qida borusu xərçəngi yaradır?

27 Avqust 2026 18:50see196

Azərbaycan və Türkiyənin Avstriyadakı səfirləri görüşdü

27 Avqust 2026 20:13see193

Nepalda güclü daşqın: 389 ölü, 1400 itkin

27 Avqust 2026 22:12see190

“Tvente”nin futbolçusu: “Sabah meydanda əsl güc balansının necə olduğunu görəcəyik”

27 Avqust 2026 19:10see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri