Icma.az
close
up
RU
30 ildən sonra ilk ayaq izi: Sərhədin sıfır nöqtəsindən EKSKLÜZİV GÖRÜNTÜLƏR

30 ildən sonra ilk ayaq izi: Sərhədin sıfır nöqtəsindən EKSKLÜZİV GÖRÜNTÜLƏR

Oxu.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Qazax rayonunun işğaldan azad edilmiş Xeyrimli kəndindən ilk görüntülər yayılıb. Sərhədlərin dəqiqləşdirilməsi nəticəsində Azərbaycanın nəzarətinə keçən kənddə illərdir tərk edilmiş evlərin qalıqları və dağıntılarla dolu mənzərə müşahidə olunur.

Oxu.Az AzTV-yə istinadla xəbər verir ki, Xeyrimli kəndi Qazax rayon mərkəzindən 24 kilometr məsafədə yerləşir. İşğala qədər burada 44 ev olub, lakin bu gün həmin evlərdən yalnız bir neçəsinin uçmuş divarları qalıb. Kəndin əsas hissəsi delimitasiya nəticəsində Azərbaycanın nəzarətinə qaytarılsa da, bəzi evlərin bir hissəsi hələ də sərhədin digər tərəfində qalır. Bu, vaxtilə qonşuluq prinsipləri ilə yaşayan insanların sonradan üzləşdiyi acı reallığın göstəricisidir.

Hazırda kənddə salamat qalan cəmi bir ev var, lakin ora getmək üçün yol mövcud deyil. 1992-ci il martın 12-də baş verən işğaldan sonra Xeyrimlidə demək olar ki, heç nə salamat qalmayıb. Vaxtilə 220 nəfərin yaşadığı kəndə bu gün ilk dəfə qədəm qoyan sakinlər duyğulu anlar yaşayıblar.

"70 yaşım var, buranın halına baxanda dəhşətə gəlirəm. Prezidentimizə, ordumuza, şəhidlərimizə və qazilərimizə minnətdaram ki, 30 ildən sonra bu torpağa ayağımı basmışam. Bunun adı qayıdışdır", - deyə kənd sakinlərindən biri bildirib.

Xatırladaq ki, Xeyrimli kəndi ərazisindən keçən, vaxtilə İcevan-Noyemberyan adlandırılan yol da delimitasiya zamanı Azərbaycana qaytarılıb. Ermənistan isə öz ərazisindən yeni yol və körpü inşa edərək hərəkəti oraya yönləndirib. Yeni çəkilmiş yol və körpü kəndin yaxınlığında görünür.

Yaxın zamanlarda Xeyrimliyə 81 ailənin, ümumilikdə isə işğaldan azad edilən dörd kəndə 690 ailənin köçürülməsi planlaşdırılır. Bu kəndlərdə aparılacaq bərpa və yenidənqurma işləri ilə sakinlər öz doğma yurdlarına qayıdacaqlar.

Ətraflı süjetdə:

30 ildən sonra ilk ayaq izi: Sərhədin sıfır nöqtəsindən EKSKLÜZİV GÖRÜNTÜLƏR

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:171
embedMənbə:https://oxu.az
archiveBu xəbər 20 Aprel 2025 02:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see336

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see336

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see327

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see326

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see309

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see306

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see291

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see291

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see288

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see287

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see280

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see276

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see265

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see263

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see263

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see253

Qan qrupu immunitetə nə dərəcədə təsir edir?

20 Noyabr 2026 13:53see251

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see247

Qazax şəhərində beşinci İdman Festivalının açılış mərasimi keçirilib FOTO

20 Noyabr 2026 21:35see233

3 Tesla MRT SAF Hospitalda Nə zaman həyat əhəmiyyətlidir? (VİDEO)

20 Noyabr 2026 15:57see225
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri