Icma.az
close
up
RU
30 illik cinayətin üstü açıldı: Rep əfsanəsini kim öldürüb və əmri kim verib?

30 illik cinayətin üstü açıldı: Rep əfsanəsini kim öldürüb və əmri kim verib?

Icma.az xəbər verir, Qaynarinfo saytına əsaslanaraq.

Təxminən 30 ildir açılmamış qalan Tupak Şakurun qətli ilə bağlı məhkəmədə andlılar heyəti qərarını verib. Keçmiş dəstə lideri Dueyn “Keffi D” Devis təqsirli bilinib.

Qaynarinfo xəbər verir ki, amerikalı reper Tupak Amaru Şakurun 1996-cı ildə Las-Veqasda öldürülməsi ilə bağlı məhkəmə prosesi başa çatıb. Uzun illər çoxsaylı sui-qəsd nəzəriyyələrinin mövzusuna çevrilən qətllə bağlı andlılar heyəti 63 yaşlı keçmiş dəstə lideri Dueyn “Keffi D” Devisi təqsirli bilib.

Andlılar heyəti üç saata qərar verdi

Las-Veqasdakı Klark dairəsi regional məhkəməsində keçirilən prosesdə andlılar heyəti təxminən üç saatlıq müzakirədən sonra Devisi Tupak Şakurun ölümündəki roluna görə qətldə təqsirli hesab edib. Bununla da 7 sentyabr 1996-cı ildə törədilən qətllə bağlı ilk məhkumluq qərarı çıxarılıb.

Qərar elan edilərkən qara kostyum geyinmiş Devis ifadəsiz şəkildə dayanıb. Təqsirləndirilən şəxs qərardan sonra apellyasiya şikayəti verəcəyini bildirib. Tupakın ailə üzvləri isə məhkəmə zalında göz yaşlarını saxlaya bilməyiblər. Məhkəmə Devisin cəza ilə bağlı dinləməsini oktyabrın 13-nə təxirə salıb.

Tupaka ağ “Kadillak”dan atəş açılıb

Tupak Şakur karyerasının zirvəsində olduğu vaxt, 25 yaşında həyatını itirib. 7 sentyabr 1996-cı il gecəsi Şakur və onun səsyazma şirkətinin təsisçisi Marion “Suq” Nayt Las-Veqasda “MGM Grand” otelində keçirilən Mayk Taysonun boks görüşünü izləyiblər.

Onların olduğu avtomobil işıqforun qırmızı işığında dayandığı zaman yaxınlaşan ağ rəngli “Kadillak”dan atəş açılıb. Ağır yaralanan Tupak xəstəxanaya çatdırılıb, lakin hücumdan altı gün sonra vəfat edib.

Qətlin həmin gecə Şakurun dəstəsi ilə Devisin qardaşı oğlu Orlando Anderson arasında baş verən davadan sonra qisas məqsədilə törədildiyi iddia olunub.

Prokurorluq: Əmri Devis verib

Prokurorlar Devisin atəşi açan şəxs olmadığını, lakin hücumu təşkil etdiyini və Andersonun istifadə edəcəyi silahı təmin etdiyini bildiriblər.

Devisin qətl gecəsi ağ rəngli “Kadillak”ın içində olduğunu illər ərzində verdiyi müxtəlif açıqlamalarda etiraf etdiyi qeyd olunub.

Həmçinin Devisin 2019-cu ildə yayımlanan “Compton Street Legend” adlı xatirə kitabında hadisə ilə bağlı etiraflara yer verdiyi bildirilib. Prokurorluq müxtəlif illərdə qeydə alınmış dörd ayrı söhbətdən ümumilikdə səkkiz saatlıq audio materialı da məhkəməyə sübut kimi təqdim edib.

İş üzrə prokuror Binu Palal yekun çıxışında Devisin illər ərzində sənədli filmlərdə, xatirələrində, radio proqramlarında və polis dindirmələri zamanı Tupakın öldürülməsindəki rolundan danışdığını bildirib.

Devisin müdafiəsi: heç bir sübut yoxdur

Devisin vəkilləri isə müvəkkillərinin illər ərzində verdiyi açıqlamaların həqiqəti əks etdirmədiyini müdafiə ediblər. Müdafiə tərəfi Devisin kitab satmaq və pul qazanmaq məqsədilə hekayələri şişirtdiyini iddia edib.

Devisin vəkili Maykl Sanft məhkəmədə “Heç bir sübut yoxdur” deyə müdafiə mövqeyini ifadə edib.

30 illik sirr sona çatdı

Tupak Şakurun öldürülməsi 1990-cı illərdə ABŞ-də Şərq və Qərb sahillərinin rep səhnələri arasındakı rəqabətin ən qaranlıq hadisələrindən biri kimi tarixə düşüb. Qətl uzun illər ərzində çoxsaylı sui-qəsd nəzəriyyələrinin mərkəzində olub.

Dünya üzrə 75 milyondan çox albom satan Tupakın yaradıcılığı onun ölümündən sonra da musiqi dünyasına təsir göstərməkdə davam edib. İllərdir açılmamış qalan qətl işi üzrə Devis haqqında çıxarılan məhkumluq qərarı istintaqda tarixi dönüş nöqtəsi hesab olunur.

Aydın

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:193
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 01 Sentyabr 2026 12:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see340

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see291

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see276

Bir qədəh şərab qan təzyiqinə necə təsir edir? Mütəxəssislər açıqlayıb

27 Noyabr 2026 22:17see258

Avropanın borc içində boğulan ölkələri Ən çətin vəziyyətdə olan hansıdır? Siyahı

28 Noyabr 2026 10:02see253

50 illik həyat yoldaşını itirən müğənni: Onunla halallaşa bilmədik

28 Noyabr 2026 17:15see237

Dünya fond bazarlarında nə baş verir?

28 Noyabr 2026 13:46see236

Avropa İttifaqı ilə Yüksək Səviyyəli Nəqliyyat Dialoqu iclası

28 Noyabr 2026 13:40see222

Rəşid Mahmudov 88 yaşında əsl ziyalımız, əsl vətəndaşımız, əsl insanımız

28 Noyabr 2026 22:45see221

Vatikan kitabxanaları ilə əməkdaşlıq

28 Noyabr 2026 14:45see214

Xərçəngin müalicəsi üçün yeni preparat hazırlandı

28 Noyabr 2026 09:05see214

Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (28.11.2026)

28 Noyabr 2026 09:34see213

İran “MDB+” formatına qoşulmaqla nə qazanacaq?

28 Noyabr 2026 16:44see213

Tamar İoseliani: Bakı Orta Dəhlizin inkişafında mühüm regional tərəfdaşdır

27 Noyabr 2026 22:46see212

Dünyada cəmi bir ədəd qalan ağacı qorumaq üçün kəndirlə bağladılar

28 Noyabr 2026 00:39see212

Anar Bayramov Lənkəran Rayon Mərkəzi Xəstəxanasının fəaliyyəti ilə tanış olub

28 Noyabr 2026 11:01see211

Səhər tezdən işə və dərsə getmək sağlamlığa zərərlidir

29 Noyabr 2026 05:06see208

Yeni Klinikada KT cihazı niyə işləmir? Rəsmi açıqlama

28 Noyabr 2026 20:12see205

Yerli biznes üçün əlavə gəlir mənbəyi: Yeni qayda nəyi dəyişəcək?

28 Noyabr 2026 12:32see195

12 günlük müalicədən sonra evə buraxıldı Əməliyyat olunacaq

27 Noyabr 2026 22:13see191
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri