30 illik diplomatik əlaqələr güclənir: Azərbaycan Nepal
Icma.az, Redaktor.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
19 avqust 2025-ci il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ilə Nepal Federativ Demokratik Respublikasının xarici işlər naziri Arzu Rana Deuba arasında telefon danışığı aparılıb.
XİN-dən Redaktor.az-a verilən xəbərə görə, Nepalın xarici işlər naziri Azərbaycan Respublikasının Prezidentinin ABŞ-yə səfəri zamanı liderlər arasında keçirilmiş Sammitdə Azərbaycan-ABŞ arasında əldə edilmiş razılıqlar, habelə Azərbaycan-Ermənistan normallaşma prosesində nailiyyətlər münasibətilə təbriklərini çatdırıb.
Nazirlər iki ölkə arasında son illərdə ali və yüksək səviyyəli siyasi təmasların təqdirəlayiq olduğunu bildiriblər. Nepalın Prezidentinin COP29 çərçivəsində Azərbaycana səfəri məmnunluqla xatırlanıb.
Bu il 30 illiyini qeyd etdiyimiz diplomatik münasibətlərin intensiv şəkildə inkişaf etdiyi, Nepala həyata keçirilmiş hökumət missiyasının, Xarici İşlər Nazirlikləri arasında təşkil olunmuş siyasi məsləhətləşmələrin əhəmiyyəti vurğulanıb.
Telefon danışığı zamanı, kitərəfli və çoxtərəfli əlaqələrin inkişaf etdirilməsi, iqtisadi-ticarət, turizm, humanitar və digər sahələrdə əməkdaşlığın hazırkı vəziyyəti və perspektivləri nəzərdən keçirilib. İki ölkə arasında beynəlxalq təşkilatlarda, Qoşulmama Hərəkatı çərçivəsində əməkdaşlıq müsbət dəyərləndirilib, çoxtərəfli formatlarda qarşılıqlı dəstək fəaliyyətinin gücləndirilməsinin vacibliyi vurğulanıb.
Telefon danışığında həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:85
Bu xəbər 19 Avqust 2025 14:11 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















