Icma.az
close
up
RU
30 illik işğal və 150 milyard dollar dəyərində ziyan

30 illik işğal və 150 milyard dollar dəyərində ziyan

Icma.az, Yeniazerbaycan portalına istinadən məlumat yayır.

Birinci və İkinci Qarabağ müharibələri artıq tarixdə qalsa da, işğalın kədərli izlərini həyatımızdan və yaddaşımızdan silmək mümkün deyil. Təxminən üç onilliyi əhatə edən işğal illərində üzləşdiyimiz faciələrin - mənəvi ziyanın və maddi itkilərin miqyası çox böyükdür. Qalib Azərbaycan postmüharibə dövründə ermənilərin hər vəchlə gizlətməyə çalışdıqları həqiqətləri dünyaya çatdırmaq üçün müxtəlif platformalarda beynəlxalq əməkdaşlığa böyük önəm verir və bu istiqamətdə fəal iş aparır. Bəhs olunan mövzuda növbəti dəfə Azərbaycan Baş nazirinin müavini Samir Şərifov beynəlxalq tədbirdə danışıb. O, İspaniyanın Sevilya şəhərində keçirilən BMT-nin İnkişaf üçün Maliyyələşdirmə üzrə IV Beynəlxalq Konfransının plenar iclasında çıxışı zamanı Ermənistanın müharibə cinayətləri barədə geniş məlumatları auditoriyanın diqqətinə çatdırıb.

Son dərəcə ağır müharibə cinayətləri

Baş nazirin müavini beynəlxalq tədbirdə 30 illik işğal dövrünün ölkəmizə vurduğu ziyana diqqət çəkib. O bildirib ki, Azərbaycan Hökumət Komissiyasının qiymətləndirməsinə əsasən, hərbi təcavüz və işğal Azərbaycana 150 milyard ABŞ dolları dəyərində zərər vurub.

Bu, kifayət qədər böyük rəqəmdir və Ermənistanın müqayisəyəgəlməz ağır müharibə cinayətləri barədə konkret təsəvvür yaradır. Məlumdur ki, ermənilər özləri barəsində heç bir əsası olmayan “mədəni xalq” mifi düzəldiblər. Onlar müxtəlif beynəlxalq auditoriyalar qarşısında bu barədə nağıllar danışmaqdan usanmırlar. Lakin üç onilliyi əhatə edən işğaldan sonra separatçılardan azad edilən ərazilərimizdə qalan mənzərə erməni mifini darmadağın edən növbəti əyani sübutdur. Bu elə bir kədərli izdir ki, onu ancaq özlərindən sonra sivilizasiya görməmiş vəhşi tayfalar qoya bilərlər.

Otuz illik işğal dövründə məqsədli şəkildə viran qoyulan şəhər və kəndlərimizin siyahısı çox uzundur. Bu siyahıda 9 Azərbaycan şəhərinin adı var. Ermənistan eyni zamanda Azərbaycanın yüzlərlə kəndini qəsdən dağıdıb, bütün mədəni və dini abidələrimizi viran qoyaraq, talayaraq, onları əsl urbisid (şəhərlərə qarşı genosid) və kultursid (mədəniyyətə qarşı genosid) nümunələrinə çevirib. Ağdam o dərəcədə dağıntıya məruz qalıb ki, xarici mütəxəssislər onu “Qafqazın Xirosiması” adlandırırlar. Füzuli şəhəri işğaldan azad olunanda Azərbaycan Ordusu orada bir dənə də salamat bina tapa bilmirdi ki, onun üzərində bayrağımızı dalğalandırsın. Ermənistanın işğalı altında olmuş ərazilərdə 67 məsciddən 65-i yerlə-yeksan edilib, qalan ikisi isə ciddi zərər görüb. Hətta qəbiristanlıqlar belə təhqir olunub, dağıdılıb və talanıb.

Ermənilər 30 il ərzində təbiətin qənimi rolunda çıxış ediblər. İşğal dövründə ölkəmizin meşə fonduna ciddi ziyan vurulub. Bunu təsdiqləyən çoxlu sənədlər, o cümlədən də “Azərkosmos”un təqdim etdiyi fotolar var. Bu fotolarda aydın şəkildə görünür ki, bəhs olunan ərazilərdə işğaladək və işğaldan sonra nə qədər sahə meşələrin altındadır. Verilən məlumatlara görə, ermənilər işğal dövründə xüsusilə Kəlbəcər, Laçın və Zəngilanda 60 min hektara yaxın meşə fondunu məhv ediblər. Başqa bir fakt ermənilərin işğal illərində Qarabağın zəngin su ehtiyatlarını, sözün əsl mənasında, siyasi təzyiq vasitəsinə çevirmələri ilə bağlıdır.

Zərərin 15 faizdən artıq hissəsi ərazilərin minalarla çirklənməsi ilə bağlıdır

Yuxarıda sadalanan faktlardan da göründüyü kimi, ermənilər işğal dövründə özlərinə xas olan vandalizm əməllərini müxtəlif istiqamətlərdə törədiblər. Samir Şərifov bildirib ki, zərərin 15 faizdən artıq hissəsi ərazilərin minalarla çirklənməsi ilə bağlı olduğundan Azərbaycan Prezidenti İlham Əliyevin qərarı ilə mina təhlükəsizliyi Azərbaycan tərəfindən 18-ci milli DİM kimi qəbul edilib və bu yanaşma digər ölkələrə də tövsiyə olunub. Bəli, işğal illərində sərvətlərimizi talayan, şəhər və kəndlərimizi, tarixi abidələrimizi dağıdan ermənilər həm də etnik nifrət zəminində ərazilərimizdə çoxsaylı mianlar basdırıblar.

Bu gün də davam edən mina terroru ilə bağlı təqdim olunan statistika dəhşət saçır. 44 günlük Vətən müharibəsindən bəri 400 nəfərə yaxın Azərbaycan vətəndaşı Ermənistanın mina terrorunun qurbanı olub.

Ərazilərimizdə mina təhlükəsi bu gün də bütün ciddiliyi ilə qalmaqdadır. Ancaq beynəlxalq auditoriyalar qarşısında özünü sülhsevər qiyafədə təqdim edən N.Paşinyan iqtidarı  minalanmış ərazilərin səhih xəritəsini  ölkəmizə verməyə tələsmir.  Ermənistan rəhbərliyinin bu qəbildən olan davranışları sülh yaratma prosesinə, qarşılıqlı etmimad quruculuğuna ciddi zərbədir.

Böyük Qayıdış Proqramı uğurla həyata keçirilir

Baş nazirin müavininin bildirdiyi kimi, Ermənistanın təcavüzünə məruz qalmış və ərazilərinin 20 faizi 30 illik işğal altında olmuş Azərbaycan 2020-ci ilin noyabrında işğala son qoyduqdan və ərazi bütövlüyünü bərqərar etdikdən sonra işğaldan azad etdiyi ərazilərinin bərpasına başlayıb. Ölkəmiz təcavüz nəticəsində bu ərazilərdən didərgin salınmış soydaşlarımızın doğma şəhər və kəndlərinə qaytarılması üzrə Böyük Qayıdış Dövlət Proqramını həyata keçirir. Bu günədək proqramın icrasına dövlət büdcəsindən 15 milyard ABŞ dolları məbləğində vəsait sərf olunub.

İkinci Qarabağ müharibəsi başa çatandan sonra ermənilər iddia edirdilər ki, Azərbaycanın işğaldan azad olunmuş əraziləri bərpa etməyə gücü çatmayacaq və yaxud bunun üçün uzun zaman lazım gələcək. Qalib Azərbaycan isə belə iddiaları alt-üst edərək işğaldan azad olunmuş ərazilərin bərpasına vaxt itirmədən başladı. Yeni starteji mərhələdə Böyük Qayıdış ökəmizin beş mühüm prioritetindən biri kimi müəyyənləşdirilib. Azərbaycan dövləti Qarabağı cənnətə çevirmək və otuz il ərzində ağır qaçqınlıq və məcburi köçkünlük taleyi yaşamış soydaşlarımızın yurd yerlərinə qayıdışını layiqli şəkildə təmin etmək əzmindədir. Böyük Qayıdışa dair I Dövlət Proqramı çərçivəsində Qarabağa və Şərqi Zəngəzura 140 min insanın köçürülməsi planlaşdırılır.

Mübariz FEYİZLİ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:201
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 03 İyul 2025 09:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see325

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see316

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see299

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see284

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see238

Ferhat Göçer Eyyub Hüseynzadənin təşkil etdiyi konsertdə “Ey, Əziz Anam, Azərbaycan”ı oxudu VİDEO

18 Oktyabr 2026 10:06see233

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see229

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see225

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see215

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see214

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see207

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see206

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see201

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see199

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see198

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see189

Füzuli teatrı Şəhər Günündə “Tıq tıq xanım” tamaşası ilə uşaqları sevindirdi FOTO

18 Oktyabr 2026 12:24see172

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see171

“PƏLƏNG OT YESƏ, SAĞLAM QALA BİLƏR?”

18 Oktyabr 2026 01:29see168

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri