Icma.az
close
up
RU
Menu

Dövlət İdarəçilik Akademiyasının tələbəsi binadan necə yıxılıb? təfərrüat (Video)

Koçinyan: Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin dialoqu yeni reallıqların yaradılmasına yönəlib

57 yaşlı Cennifer Lopez belə formada qalır

Haşimoto və hamiləlik: Bu xəstəlik ana olmağa mane olurmu? ARAŞDIRMA

Azərbaycan və Aİ Orta Dəhlizin inkişafı ilə bağlı razılığa gəldi

AZAL ın ötənilki qazancı açıqlandı 1,2 milyard manat!

Azərbaycan vasitəsilə Şimal Cənub dəhlizi ilə yükdaşımalar 25 % artıb

Filarmoniyada Dövlət Mahnı və Rəqs Ansamblının konserti təqdim olunub (Foto)

Azərbaycan Ermənistan dialoqunda yeni mərhələ: 6 komitə yaradılır

ADU Çinin Sincan Maliyyə və İqtisad Universiteti ilə Anlaşma Memorandumu imzaladı FOTO

Kəmalə Qaramollayeva Heydər Əliyev Sarayında möhtəşəm konsert proqramı ilə çıxış etdi FOTO

İncəsənət məktəblərinə 199 yeni müəllim qəbul olunub

Gündə 5 ədədi qanda şəkəri sala bilər

Lavrov ABŞ ı Avropaya nümunə göstərdi: “Siyasi yetkinlik nümayiş etdirirlər” Video

Göbələkdən düzəltdiyi qayıqla okeana çıxdı

“Milan“ səfərdə “Olimpiakos“a qalib gəlib

Bu şokolad apteklərdə reseptlə veriləcək YE, ARIQLA

Şöhrətin zirvəsindən uçuruma: Hər şeyini itirən məşhurlar haqqında 7 film

İçində partlayıcı olan deserti yeyən kişi öldü

Psixoloji gərginliyin artmasının əsas səbəbləri nələrdir? PSİXOLOQ AÇIQLADI

30 illik zidiyyətə Bakıda son qoyuldu: COP tarixində ilkə imza atıldı

30 illik zidiyyətə Bakıda son qoyuldu: COP tarixində ilkə imza atıldı

Icma.az xəbər verir, Teleqraf.com saytına əsaslanaraq.

Bakıda baş tutan tədbir COP tarixində ilk dəfə olaraq dünyadakı bəzi dövlətlərin riyakar siyasətini tam çılpaqlığı ilə ifşa etdi. Bu da təsadüfi deyil. Çünki, Qərbin, xüsusilə Kanada, Fransa, Aİ-nın tutduğu mövqe uzun illərdir ki, qlobal çağırışların həll edilməsinə ən böyük maneədir. Bu mənada COP29 onları ifşa etdi və planetin aparıcı dövlətlərinin destruktiv siyasətini bir daha hər kəsə sübut etdi.

Bunu Teleqraf.com-a "Bakı" politoloqlar klubunun rəhbəri, siyasi ekspert Zaur Məmmədov deyib.

O qeyd edib ki, qlobal istiləşməyə qarşı mübarizə, dünyanın ekoloji böhrandan çıxmasının zəruriliyi mövzusu bəşəriyyəti narahat edən bir nömrəli məsələdir: “Bunun həlli yolu isə çox aydındır. İnkişaf etmiş ölkələr tərəfindən dünyanın böhrandan çıxarılması və yaşıl iqtisadiyyata qədəm qoyması üçün müvafiq rəqəmlərlə vəsaitin ayrılması labüd idi. 2015-ci il Paris Sazişində BMT-də danışıqlar aparan ölkələrə 2025-ci ilə qədər yeni saziş hazırlamaq vəzifəsi qoyulub. Hələ 1992-ci ildə Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyası (UNFCCC) qəbul edilmişdi və artıq o dövrdə inkişaf etmiş ölkələrdən inkişaf etməkdə olan dövlətlərə razılaşdırılmış tam xərcləri ödəmək üçün yeni və əlavə maliyyə resursları təqdim etmələri tələb edilirdi. İllərdir Dünya Bankı kimi təşkilatlar milyardlarla dollar yardımın trilyonlarla əlavə investisiyaya təkan verdiyi “milyarlardan trilyonlara” tezisini irəli sürmüşdülər. 2009-cu ildə inkişaf etmiş ölkələr 2020-ci ilə qədər ildə 100 milyard dollar "səfərbərlik" etmək barədə razılığa gəlmişdilər. Həmin rəqəm inkişaf etməkdə olan ölkələrin ehtiyaclarının böyük bir hissəsini ödəməsə də, razılıq bundan ibarət idi. Sonradan trilyon dollardan danışılsa da, indiyədək hətta 100 milyard dollarlıq vəsait belə inkişaf etmiş dövlətlərin bir çoxu tərəfindən xəsisliklə qarşılanıb. Nümunə üçün qeyd edək ki, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatına (OECD) görə, onlar 2020-ci ildə cəmi 83,3 milyard dollar toplayıb. İqlim Dəyişikliyi üzrə Hökumətlərarası Panelin (IPCC) son hesabatı belə nəticəyə gəlir ki, inkişaf etməkdə olan ölkələrə iqlimlə bağlı sərmayələr 2030-cu ilə qədər dörd-səkkiz dəfə artmalı və ildə təqribən 2-3 trilyon dollara çatmalıdır. Təəssüflər olsun ki, Paris danışıqlarından bu tərəfə bütün COP tədbirlərində maliyə yardımın ayrılması ilə bağlı iştirakçı ölkələr arasında yekun məxrəcə gəlmək mümkün olmur. Daha doğrusu, Qərbin bəzi aktorlarının destruktiv fəaliyyəti ucbatından qlobal güclər üçün böyük rəqəm sayılmayacaq vəsaitinın inkişafda olan və geridə qalmış dövlətlərə ayrılması mümkün olmayıb”.

Ekspert hesab edir ki, bu dəfə də, COP 29 ərəfəsində və tədbirlər zamanı bəzi iştirakçı dövlətlərin tutduğu mövqe qlobal çağırışlarla bağlı onların məsuliyyətsiz və riyakar olduğu göründü: “Xüsusən rəsmi Parisin atdığı addımlar XXI əsrdə hələ də neomüstəmləkəçi siyasəti aparan dövlətin imicinə böyük bir zərbədir. COP29-da bəşəriyyət qarşısında duran problemlərim həll edilməməsi üçün bəzi mərkəzlər tərəfindən əvvəlcədən nəticələrin əldə edilməməsi üçün sistematik iş aparılıb. Intelligence Online kəşfiyyat agentliyinin məlumatına görə, Fransanın Havas lobbi təşkilatı COP29-u gözdən salmaq üçün müxtəlif istiqamətlərdə çoxgedişli addımlar atıb. Avropada aparılan “kampaniya” sammitin neft hasil edən ölkədə keçirilməsinin qəbuledilməz olduğu arqumentini işə salmış, əlavə olaraq insan haqları, ermənilərin zorla köçürülməsi mövzularını gündəmə gətirərək müxtəlif ölkələrdən olan siyasətçiləri Bakıya getməmək üçün razılığa gətirməyə cəhdlər eedib. Bundan başqa, Fransa prezidentinin nümayəndələri Aİ-nın daxili strukturlarında və Avropa ölkələrinin, fransızdilli Afrika hökumətlərinə gizlicə müraciət edərək Bakıda keçirilən COP29 tədbirinin boykot edilməsi üçün çağırışlar etmişlər. Makrondan başqa, Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayen, Avropa Parlamenti, AŞPA kimi qurumlar, Global Witness, Human Rights Watch, Amnesty İnternational kimi beynəlxalq QHT-lər, “Washington Post”, “NYT”, “Economist”, “Politico”, BBC, “Fiqaro”, “Le Monde” və Qərbin digər medialar ilboyu Azərbaycanı ləkələmək, qlobal problemlərin həllinə yönəlmiş konfransın işinə kölgə salmaq üçün əllərindən gələni etdilər. Bu xüsusda Almaniyanın Xarici İşlər naziri (XİN) Annalena Berbök isə Bakıya gəlsə də, vaxtının böyük hissəsini müxalifətlə, siyasi fəallarla görüşlərə həsr etdi, yalnız son gün tədbirə qatılaraq qlobal ekoloji çağırışların onun üçün heç bir maraq kəsb etmədiyini sübut etdi. Ermənistanı himayə edən daha bir dövlət sayılan Hindistan da Bakıda nəticənin əldə edilməməsi üçün əlindən gələni edib. COP 29-un sonuncu günü bu dövlətin nümayəndəsi 300 milyard dolların yekun qərara salınması üçün cəhd göstərib. Məhz bu beynəlxalq aktorların fəaliyyəti bir daha göstərdi ki, həmin dövlətlər üçün qlobal çağırışları həll etnək lazım deyil. Əksinə olan vəziyyəti daha da gərginləşdirməyi əsas hədəf seçiblər. Halbuki, COP ekoloji problemlərin həllini nəzərdə tutan dialoq platformasıdır və siyasi münasibətlərin bu tədbirlərə heç bir aidiyyatı olmamalıdır. İnkişaf etmiş ölkələrin apardığı riyakar siyasət COP dəhlizlərində də etirazla qarşılanıb. COP29 çərçivəsində bir sıra ölkələri təmsil edən ekoloji fəallar iştirakçı ölkələrdən iqlim maliyyəsinin həcminin trilyonlarla dollar həcmində artırılmasını tələb ediblər. Aksiyada "No deal, is better than bad deal!" (Razılaşmanın olmaması əlverişsiz razılıqdan daha yaxşıdır!), "Stop fossil fuel" və bir sıra digər şüarlar səsləndirilib. Aksiya iştirakçıları eyni zamanda iştirakçı ölkələri yekun razılığın əldə olunmasını gecikdirməməyə çağırıblar”.

Politoloqlar klubunun rəhbərinə görə, həm Qərb, həm də bəzi Asiya dövlətləri ekoloji təmiz dünyaya keçid üçün pul ayırmaq istəmirlər və müxtəlif bəhanələrə əl ataraq öhdəliklərinin icrasından yayınırlar: “Bütün bunlara baxmayaraq Bakıda keçirilən COP 29-da uzun müzakirələrdən sonra mühüm nəticələr əldə edildi. Gecə saatlarında COP29-un yekun plenar iclasında 2035-ci ilə qədər hər il ən azı 300 milyard dollar ayırmaq öhdəliyi də daxil olmaqla, iqlim dəyişikliyi ilə mübarizə üzrə sazişin yekun variantı təsdiq edildi. Bu, əvvəlki 100 milyard dollarlıq hədəfdən əhəmiyyətli dərəcədə çoxdur. Danışıqlar gərgin atmosferdə keçdi və son ana qədər konsensusun əldə olunmasının mümkün olub-olmayacağı bəlli deyildi. Bir sıra ölkələr maliyyələşdirmənin daha da artırılmasına israr edirdilər. Lakin sonda öhdəliyin 300 milyard dollar səviyyəsində müəyyən edilməsi qərara alındı ​​ki, bu da iqlim dəyişikliyi ilə mübarizədə beynəlxalq əməkdaşlığın gücləndirilməsində mühüm addım sayıla bilər. COP29-un yekun plenar iclasında həmçinin Paris İqlim Sazişinin 6.2 və 6.4-cü maddələri təsdiq edilib. Eyni zamanda Zərər və İtkilər Fondunun tam fəaliyyətə başlaması ilə bağlı tarixi qərar qəbul olunub. Bu fondun məqsədi iqlim dəyişikliyinin təsirlərinə ən həssas olan ölkələrə maliyyə yardımı göstərməkdir. Hazırda Fondun dəstəyi 750 milyon dollardır. O cümlədən “COP29-un gözəl təşkilinə görə Azərbaycan hökumətinə və Azərbaycan xalqına təşəkkür” adlı qətnamə layihəsi qəbul edildi. Bundan başqa, Bakıda 30 illik zidiyyətə son qoyuldu. Belə ki, COP tarixində ilk dəfə Azərbaycanda keçirilmiş COP29-da əldə edilən tarixi uğur İqlim üzrə Paris sazişinin 6-cı maddəsinin tam razılaşdırılması oldu. Sədrliyin əsas prioritetlərindən olan yüksək effektiv karbon bazarları üzrə nəticənin əldə edilməsi mühümdür. 6-cı maddədə iqlim məqsədlərinə nail olmaq üçün əməkdaşlıq edən ölkələr üçün möhkəm və şəffaf karbon bazarlarının yaradılması nəzərdə tutulur. Bu ölkələrin milli iqlim planlarının (MDM) həyata keçirilməsi xərclərini ildə 250 milyard dollara qədər azaldacağı gözlənilir. Məlum qərar inkişaf etməkdə olan ölkələrə xarici investisiyaların çoxalması ilə nəticələnə bilər. Bu, kömür elektrik stansiyalarının dayandırılması, külək stansiyalarının tikintisi və meşələrin salınması deməkdir. Bu, inkişaf etməkdə olan ölkələrə yeni investisiya dalğası deməkdir”.

Zaur Məmmədov vurğulayıb ki, Azərbaycan dövləti daha bir qlobal tədbiri yüksək səviyyədə keçirməyə müyəssər oldu: “Xarici qonaqların qarşılanmasından ev və otellərdə yaşamalarına qədər, nəqliyyat və təhlükəsizlikdən tədbirin baş tutduğu zallardakı rahatlığa qədər hər şey çox böyük peşakarlıqla həyata keçirildi. Azərbaycan, həm tədbirin təşkilatçısı, həm də, başçısı kimi qlobal cənub ilə şimalı biryerə gətirməyi bacardı, planetar miqyaslı problemlərin effektiv şəkildə müzakirəsinə ev sahibliyini böyük əzmkarlıq və professionallıqla keçirməyə qadir oldu. Ölkəmiz bəşəriyyət üçün bir nömrəli məsələlərin həlli üçün effektiv meydan olmağı bacardı. COP tarixində ilk dəfə olaraq 76.000-dən çox iştirakçı bu və digər şəkildə tədbirlərdə iştirak etdi. Əksər dövlətlərin liderlərinin, prezident, baş nazir və ya nazirlərinin, 2200-ə yaxın QHT-dən 10000-dən çox təmsilçinin, müxtəlif sahələri əhatə edən dünya miqyaslı tanınmış şəxslərin Bakıda iştirakı tədbirin yüksək səviyyədə təşkil olunmasının göstəricisidir. Bu tədbir ilə ölkəmiz imicini daha çox coğrafiyalarda genişləndirdi. Konfrans təkcə iqlim dəyişikliyi ilə bağlı aktual məsələlərin müzakirəsi platforması kimi yox, həm də ölkələrin haqq səslərinin eşidilməsi, onların birgə əməkdaşlıq şəbəkələri qurması baxımından da əhəmiyyətli oldu. COP 29-da Azərbaycan qlobal problemlərin həllində sözdə deyil, əməldə da fəal iştirakçı olduğunu sübut etdi və ölkəmizin əksər dövlətlər tərəfindən etibarlı tərəfdaş kimi qəbul edildiyi bir daha onlar tərəfindən təsdiqləndi. Beləcə, Azərbaycanı istəməyən qüvvələrin və bəşəriyyət qarşısında duran problemlərin həllini istəməyən qüvvələrin səylərinə baxmayaq Bakıda keçirilən COP29 tədbirində COP tarixində ilk dəfə olaraq mühüm razılıqlar əldə edildi. Bu uğurlara, rəsmi Bakının sərf etdiyi böyük əmək nəticəsində nail olundu. Azərbaycan bu kimi tədbirləri keçirən və keçirmək istəyən dövlətlər üçün nümunə rolunu oynadı. Göstərmiş oldu ki, etimadı qazanmaq azdır, etimadı doğrultmaq lazımdır, tədbirin təşkil edilməsindən başlayaraq tədbirdə yekun nəticə əldə edilməsinə qədər yorulmadan işləmək lazımdır”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:184
embedMənbə:https://teleqraf.com
archiveBu xəbər 24 Noyabr 2024 21:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dövlət İdarəçilik Akademiyasının tələbəsi binadan necə yıxılıb? təfərrüat (Video)

26 Noyabr 2026 22:31see321

Koçinyan: Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin dialoqu yeni reallıqların yaradılmasına yönəlib

26 Noyabr 2026 22:05see321

57 yaşlı Cennifer Lopez belə formada qalır

26 Noyabr 2026 17:27see315

Haşimoto və hamiləlik: Bu xəstəlik ana olmağa mane olurmu? ARAŞDIRMA

26 Noyabr 2026 15:04see306

Azərbaycan və Aİ Orta Dəhlizin inkişafı ilə bağlı razılığa gəldi

26 Noyabr 2026 19:36see302

AZAL ın ötənilki qazancı açıqlandı 1,2 milyard manat!

26 Noyabr 2026 22:21see300

Azərbaycan vasitəsilə Şimal Cənub dəhlizi ilə yükdaşımalar 25 % artıb

26 Noyabr 2026 16:04see297

Filarmoniyada Dövlət Mahnı və Rəqs Ansamblının konserti təqdim olunub (Foto)

26 Noyabr 2026 18:52see294

Azərbaycan Ermənistan dialoqunda yeni mərhələ: 6 komitə yaradılır

26 Noyabr 2026 19:50see290

ADU Çinin Sincan Maliyyə və İqtisad Universiteti ilə Anlaşma Memorandumu imzaladı FOTO

26 Noyabr 2026 17:46see287

Kəmalə Qaramollayeva Heydər Əliyev Sarayında möhtəşəm konsert proqramı ilə çıxış etdi FOTO

26 Noyabr 2026 21:06see262

İncəsənət məktəblərinə 199 yeni müəllim qəbul olunub

26 Noyabr 2026 18:16see261

Gündə 5 ədədi qanda şəkəri sala bilər

26 Noyabr 2026 20:41see259

Lavrov ABŞ ı Avropaya nümunə göstərdi: “Siyasi yetkinlik nümayiş etdirirlər” Video

26 Noyabr 2026 21:58see257

Göbələkdən düzəltdiyi qayıqla okeana çıxdı

26 Noyabr 2026 18:03see252

“Milan“ səfərdə “Olimpiakos“a qalib gəlib

27 Noyabr 2026 00:14see252

Bu şokolad apteklərdə reseptlə veriləcək YE, ARIQLA

26 Noyabr 2026 20:35see248

Şöhrətin zirvəsindən uçuruma: Hər şeyini itirən məşhurlar haqqında 7 film

26 Noyabr 2026 18:26see247

İçində partlayıcı olan deserti yeyən kişi öldü

26 Noyabr 2026 22:26see244

Psixoloji gərginliyin artmasının əsas səbəbləri nələrdir? PSİXOLOQ AÇIQLADI

27 Noyabr 2026 12:12see218
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri