Icma.az
close
up
RU
Menu

PR də strateji planlaşdırma: uğurlu kommunikasiya necə qurulur?

Onkoloji xəstəliklərin müalicəsi sığorta ilə ödənilməlidir Deputatdan TƏKLİF

Deklan Rays “Arsenal”la beşillik müqavilə barədə razılığa gəldi

Xərçəngdən sonra ən böyük qorxu: Xəstəlik təkrarlanmasın deyə nə etməli?

Musiqi alətində ifa edən uşaqlar daha yaddaşlı OLUR

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

Uorren Baffet 5,5 milyard dollarlıq səhmlərini xeyriyyə fondlarına bağışlayıb

Ən çox qazanan televiziya aktyorları...

Küləkli havada uşaqlarda qulaq ağrısı və qulaq iltihabı riski artırmı?

Ayxan Abbasov: “Ən aşağı pilləyə düşmüşdük, indi yavaş yavaş yüksəlməliyik”

Xaçmazda ev yandı, 90 yaşlı sahibəsi həlak oldu

Dövlət bu xəstələrin də müalicə pulunu ödəyəcək?

Qışı sərt keçən rayonlarda qaz və işıq limitləri dəyişəcək? VACİB AÇIQLAMA

Bu ilin büdcəsində niyə profisit yaranıb?

Mərkəzi Gömrük Hospitalında “Blue Code sisteminin tətbiqi və təkmilləşdirilməsi” mövzusunda maarifləndirici tədbir keçirilib

Bu ərazidə yeni üç mərtəbəli məktəb TİKİLƏCƏK 9 milyonluq LAYİHƏ

Litva, İslandiya və Estoniya yığmalarından inamlı qələbə Millətlər Liqası

Təcili yardım stansiyasının müdiri işçilərdən rüşvət alır? YENİLƏNİB

® Vüqar Eyvazov “AmCham Azərbaycan”ın yeni yaradılmış Səhiyyə Komitəsinin sədri təyin edilib

Faiq Qarayev beynəlxalq turnirdə iştirak edəcək Azərbaycanın voleybol millisinin üzvləri ilə görüşüb FOTO

30 iyun Milli Sevgililər Günü: Şəhidliklə əbədiləşən sevginin ünvanı

30 iyun Milli Sevgililər Günü: Şəhidliklə əbədiləşən sevginin ünvanı

Icma.az xəbər verir, Xalq qazeti saytına əsaslanaraq.

Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti

Xalqın tarixi təkcə böyük zəfərlərlə, taleyüklü siyasi hadisələrlə deyil, həm də milli-mənəvi yaddaşda silinməz iz buraxan insan taleləri ilə yazılır. Elə ömürlər var ki, qısa sürsə də, mənəvi dəyəri əsrlərə bərabər olur. İlham və Fərizənin məhəbbəti də məhz belə talelərdəndir. Onların nakam sevgisi illər keçdikcə şəxsi həyat hekayəsindən çıxaraq sədaqətin, vətənpərvərliyin və ülvi hisslərin rəmzinə çevrilmişdir.

Bu gün Azərbaycan cəmiyyətində 30 iyun qeyri-rəsmi olaraq Milli Sevgililər Günü kimi anılır. Tarixin seçilməsi təsadüfi deyil. 1989-cu il iyunun 30-da ailə həyatı quran İlham və Fərizə Allahverdiyevlərin birgə ömrü cəmi bir neçə ay davam etdi. 1990-cı il 20 Yanvar faciəsi onların taleyini də dəyişdirdi. Sovet ordusunun Bakıda törətdiyi qanlı qırğın zamanı İlham Allahverdiyev şəhid oldu. Bu ağır itkinin sarsıntısına tab gətirə bilməyən Fərizə Allahverdiyeva da qısa müddət sonra dünyasını dəyişdi. Onların saf və nakam məhəbbəti zaman keçdikcə Azərbaycan cəmiyyətində əbədi sədaqətin mənəvi simvolu kimi qəbul olundu. 2003-cü ildən etibarən müxtəlif ictimai təşəbbüslər nəticəsində 30 iyun geniş ictimaiyyət arasında Milli Sevgililər Günü kimi qeyd edilməyə başlanmışdır. 

İnsanlığın mənəvi tarixində sevgi haqqında saysız-hesabsız əsərlər yazılıb, poemalar qələmə alınıb, musiqilər bəstələnib. Lakin elə sevgilər var ki, onları nə poeziya tam ifadə edə bilir, nə də tarix yalnız bir ailənin taleyi kimi təqdim edir. Belə məhəbbət artıq bütöv bir xalqın mənəvi sərvətinə çevrilir. İlham və Fərizənin ömür yolu da məhz bu mənada Azərbaycan yaddaşında özünəməxsus yer tutur.

Onların arzuları hər bir gənc ailənin arzuları idi – birlikdə yaşamaq, ocaq qurmaq, xoşbəxt gələcək yaratmaq. Ancaq 20 Yanvar faciəsi yalnız insanların həyatına deyil, minlərlə arzunun taleyinə də son qoydu. O gecə bir gəncin şəhidliyi və bir gənc qadının sədaqəti zamanın sərhədlərini aşaraq xalqın mənəvi yaddaşında əbədi yaşamağa başladı.

Bu gün Şəhidlər xiyabanını ziyarət edən insanlar yalnız iki məzar önündə dayanıb ehtiram göstərmirlər. Onlar sevginin zaman və məkan anlayışını aşan mənəvi qüdrəti qarşısında baş əyirlər. Çünki həqiqi məhəbbət ömrün uzunluğu ilə deyil, insanın mənəviyyatında qoyduğu izlə ölçülür.

Dünyanın müxtəlif ölkələrində sevgi günləri daha çox romantik hisslərin və hədiyyələrin bayramı kimi qeyd olunur. Azərbaycanda isə 30 iyun tamam başqa məna daşıyır. Bu tarix sevginin sədaqətlə, sədaqətin isə Vətənə bağlılıq hissi ilə vəhdət təşkil etdiyini xatırladır. İlham və Fərizənin taleyi göstərdi ki, ülvi hisslər təkcə xoşbəxt günlərin deyil, həm də ən ağır sınaqların içində öz həqiqi dəyərini nümayiş etdirir.

Milli-mənəvi dəyərlərin qorunması tarixə münasibətdən başlayır. Keçmişini unutmayan xalq gələcəyini daha möhkəm qurur. Bu baxımdan 30 iyun təkcə bir sevgi hekayəsinin xatırlandığı gün deyil. Bu tarix sədaqətin, mənəvi bütövlüyün, ailə dəyərlərinin və Vətən sevgisinin vəhdətini yaşadan mənəvi yaddaş günüdür.

İlham və Fərizənin ömür yolu bir daha sübut edir ki, zaman bəzi sevgiləri unutdura bilmir. Əksinə, illər ötdükcə belə talelər daha böyük mənəvi dəyər qazanır, yeni nəsillər üçün sədaqətin, fədakarlığın və insan ləyaqətinin örnəyinə çevrilir. Məhz buna görə də 30 iyun Azərbaycan cəmiyyətində yalnız iki gəncin toy günü kimi deyil, ülvi məhəbbətin, milli yaddaşın və əbədi sədaqətin rəmzi kimi yaşayır.

Nurəngiz Adilqızı
XQ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:110
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 30 İyun 2026 11:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

PR də strateji planlaşdırma: uğurlu kommunikasiya necə qurulur?

17 Noyabr 2026 09:13see332

Onkoloji xəstəliklərin müalicəsi sığorta ilə ödənilməlidir Deputatdan TƏKLİF

16 Noyabr 2026 16:37see306

Deklan Rays “Arsenal”la beşillik müqavilə barədə razılığa gəldi

17 Noyabr 2026 01:11see292

Xərçəngdən sonra ən böyük qorxu: Xəstəlik təkrarlanmasın deyə nə etməli?

16 Noyabr 2026 22:45see272

Musiqi alətində ifa edən uşaqlar daha yaddaşlı OLUR

16 Noyabr 2026 23:43see270

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

17 Noyabr 2026 05:32see267

Uorren Baffet 5,5 milyard dollarlıq səhmlərini xeyriyyə fondlarına bağışlayıb

17 Noyabr 2026 04:19see266

Ən çox qazanan televiziya aktyorları...

16 Noyabr 2026 20:52see262

Küləkli havada uşaqlarda qulaq ağrısı və qulaq iltihabı riski artırmı?

16 Noyabr 2026 14:44see253

Ayxan Abbasov: “Ən aşağı pilləyə düşmüşdük, indi yavaş yavaş yüksəlməliyik”

17 Noyabr 2026 01:42see245

Xaçmazda ev yandı, 90 yaşlı sahibəsi həlak oldu

16 Noyabr 2026 20:15see241

Dövlət bu xəstələrin də müalicə pulunu ödəyəcək?

16 Noyabr 2026 15:49see239

Qışı sərt keçən rayonlarda qaz və işıq limitləri dəyişəcək? VACİB AÇIQLAMA

17 Noyabr 2026 13:59see238

Bu ilin büdcəsində niyə profisit yaranıb?

16 Noyabr 2026 17:35see237

Mərkəzi Gömrük Hospitalında “Blue Code sisteminin tətbiqi və təkmilləşdirilməsi” mövzusunda maarifləndirici tədbir keçirilib

17 Noyabr 2026 09:14see230

Bu ərazidə yeni üç mərtəbəli məktəb TİKİLƏCƏK 9 milyonluq LAYİHƏ

16 Noyabr 2026 18:22see228

Litva, İslandiya və Estoniya yığmalarından inamlı qələbə Millətlər Liqası

16 Noyabr 2026 23:35see215

Təcili yardım stansiyasının müdiri işçilərdən rüşvət alır? YENİLƏNİB

17 Noyabr 2026 14:53see215

® Vüqar Eyvazov “AmCham Azərbaycan”ın yeni yaradılmış Səhiyyə Komitəsinin sədri təyin edilib

18 Noyabr 2026 01:28see208

Faiq Qarayev beynəlxalq turnirdə iştirak edəcək Azərbaycanın voleybol millisinin üzvləri ilə görüşüb FOTO

17 Noyabr 2026 14:52see177
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri