30 milyard dollarlıq sərvətin yeganə varisi: Yusif Ələkbərov kimdir?
Icma.az bildirir, Yenisabah portalına istinadən.
Rusiyanın ən zəngin varislərinin növbəti reytinqi açıqlanıb. Siyahının zirvəsində neft maqnatı, “Lukoyl”un həmtəsisçisi Vahid Ələkbərovun yeganə oğlu Yusif Ələkbərov qərarlaşıb.
“Yeni Sabah” Modern.az-a istinadla bildirir ki, "Forbes" jurnalının hesablamalarına görə, Vahid Ələkbərovun sərvəti 29,5 milyard dollar təşkil edir. Milyarderin yeganə övladı olan Yusif Ələkbərov potensial olaraq bu sərvətin tam varisi hesab olunur. Bu göstərici ilə o, Rusiyanın ən varlı varisləri siyahısında birinci yerdədir.
Hazırda 35 yaşı olan Yusif Ələkbərov özü də yüz milyonlarla dollarlıq aktivlərə sahibdir. Onun sərvətinin təxminən 560 milyon dollar olduğu bildirilir. Yusifə atasının yaratdığı LUKOIL şirkətinin 0,2 faiz səhmi məxsusdur. 2026-cı ilin may ayına olan məlumata görə, bu səhmlərin bazar dəyəri 100 milyon dollara yaxın qiymətləndirilir. Toyuqlu pizza
Bununla yanaşı, Yusif Ələkbərov öz biznes imperiyasını da formalaşdırıb. Ona məxsus olan “Ekto” holdinqi müxtəlif sahələrdə fəaliyyət göstərən şirkətləri birləşdirir. Holdinqə əyləncə, istirahət və uşaq xidmətləri göstərən müəssisələr də daxildir.
Məlumata görə, 2025-ci ilin sonunda “Ekto” holdinqinə və digər aktivlərə yatırımların ümumi dəyəri təxminən 460 milyon dollar təşkil edib.
Forbes daha əvvəl Yusif Ələkbərovun şəxsi həyatı ilə bağlı da məlumat yayıb. Bildirilir ki, o, 2024-cü ildə ikinci dəfə ailə həyatı qurub. Həyat yoldaşının adı Olqadır.
Qeyd edək ki, Rusiyanın ən zəngin varislərinin reytinqi ölkənin aparıcı milyarderlərinin sərvətləri və onların potensial mirasçıları əsasında hazırlanır. Bu ilki siyahıda Yusif Ələkbərov ən böyük miras payına sahib şəxs kimi diqqət çəkib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:560
Bu xəbər 01 İyun 2026 13:38 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















