Icma.az
close
up
RU
30 min azarkeş önündə zövq alaraq oynayacağıq Rəşad Sadıqov

30 min azarkeş önündə zövq alaraq oynayacağıq Rəşad Sadıqov

Qol.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

"Düşünürəm ki, azarkeşləri maraqlı oyun gözləyir. Biz məşqçilər üçün mətbuat konfransında ətraflı məlumat vermək çətindir. Bilirik ki, böyük azarkeş kütləsinin önündə yaxşı bir komandaya qarşı oynayacağıq. Bu gözəl atmosferdə yaxşı nəticə qazanmaq istəyirik".

QOL.az xəbər verir ki, bu sözləri "Zirə"nin baş məşqçisi Rəşad Sadıqov Konfrans Liqasının 2-ci təsnifat məhələsinin "Hayduk"la cavab oyunundan (ilk görüş - 1:1) əvvəl təşkil olunan mətbuat konfransında deyib. Mütəxəssis daha sonra jurnalistlərin suallarını cavablandırıb.

- Bildiyimiz kimi, əsas futbolçularınızdan biri olan Brahim Konate ilk oyunda zədələnib. Digər tərəfdən də Anje Mutsinzi viza problemi səbəbindən buraya gələ bilməyib. Bunlar sizin oyununuza nə qədər təsir göstərə bilər? 

- Onsuz da bizim Konate və Mutsinzidən əvvəl də itkilərimiz var idi. Bir neçə futbolçumuz zədəli idi. Təlim-məşq toplanışında müəyyən uğursuzluqlar yaşamışdıq. Salifu Suma komandadan ayrıldı. Rafael Utziq bizə gec qoşuldu. Eldar Quliyev, Yeqor Baqamolski, Vinsent Till zədə almışdı. Bunlar ilk oyundan əvvəlki itkilərimiz idi. Amma cavab oyunundan əvvəl daha iki itki ilə üzləşdik - Mutsinzi və Konate. Əlbəttə, hər bir məşqçi istəyər ki, avrokubok oyunu öncəsi bütün futbolçuları əlinin altında olsun, hamıdan istifadə edə bilsin. Amma bu itkilər də futbolun bir hissəsidir. Sadəcə bizdə daha çox oldu. Düşünürəm ki, komandamız xarakterli, möhkəm bir kollektivdir və futbolçularımız itkilərimizi oyun zamanı hiss etdirməyəcəklər. Hər zaman çalışmışıq ki, güclü kollektiv formalaşdıraq, oyunumuz hər hansısa bir futbolçu üzərindən qurulmasın. Bu tip situasiyalara əvvəllər də düşmüşük. İnşallah, "Hayduk"la oyunda da itkiləri hiss etdirməməyə çalışacağıq.

- Zədələnən futbolçular ilk matçda çox yaxşı oyun göstərmişdilər. Cavab matçında onları əvəz edəcək futbolçulardan eyni çıxışı gözləyə bilərikmi? 

- Mən bu haqda çox düşünmürəm. İtkilər üzərində heç vaxt çox dayanmamışam. İtkilər yaşayanda buna görə baş sındırmıram. Daha çox önümüzə baxmağa çalışıram. "Hayduk"la cavab oyununda digər futbolçulara rahat şəkildə şans verəcəyik. Şübhəm yoxdur ki, Mutsinzidən, Konatedən və digər zədəli futbolçularımızdan da daha yaxşı çıxış edəcəklər. Onlar üçün də yaxşı bir fürsət olacaq ki, özlərini yaxşı tərəfdən göstərsinlər. Düşünürəm ki, bundan yararlanacaqlar.

- Sizcə, mərhələ adlamaq üçün hansı komanda favoritdir?

- Açığı, cavab oyunu öncəsi favorit görmürəm. Bizim müəyyən qədər avrokubok təcrübəmiz var. Bilirik ki, bəzən cütün taleyi ilk oyunun nəticəsindən asılı olmur. Çox şey cavab görüşündə həll olur. Sadəcə vacib olan budur ki, cavab oyununa mərhələ adlamaq şanslarını yüksək saxlayaraq çıxasan. Biz ilk matçda sərgilədiyimiz oyunla cavab görüşündə də mərhələ keçmək şansımızın olduğunu göstərdik. Rəqibin doğma azarkeşləri qarşısında oynayacağıq. "Hayduk" üçün yeganə üstün tərəf bu ola bilər. İnşallah, futbolçularımız 30 min rəqib azarkeşi qarşısında zövq alaraq oynayacaqlar. Bu qədər azarkeş qarşısında oynamaq hər zaman qismət olmur. Yaxşı bir fürsətdir ki, gördüyümüz işdən həzz alaq.

- Bildiyimiz kimi, ötən mövsüm "Zirə" 2 dəfə "Osiyek"lə üz-üzə gəlib. Siz iki komanda arasında hansı fərqləri görürsünüz. Sizcə, "Hayduk"a qarşı oynamaq daha asandır, yoxsa "Osiyek"ə? Çünki hər iki komanda Xorvatiya çempionudur. 

- Bir az çətin sualdır (gülür). Komandalar arasında müqayisə aparmağı sevmirəm. "Osiyek" həmin vaxt çox yaxşı formada idi. Sonra ölkə çempionatını uğursuz başa vurdular. Amma biz onlarla qarşılaşdığımız dövrdə uğurlu oyunlar keçirmişdilər. Bizdən əvvəlki mərhələdə də inamlı qələbə qazanmışdılar və yüksək psixoloji durumda idilər. Hər iki oyun gərgin və maraqlı keçdi. Bugünkü "Hayduk"la çempionatdakı "Hayduk" arasında fərq var. Rəqib olaraq indiki "Hayduk" daha təhlükəlidir. Bunda yeni baş məşqçinin də rolu var. "Osiyek"lə "Hayduk"u müqayisə etsəm, eyni səviyyədə qiymətləndirərəm. 

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:89
embedMənbə:https://qol.az
archiveBu xəbər 31 İyul 2025 12:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see197

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see171

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see168

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see160

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see159

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see157

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see151

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see147

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see141

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see141

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see139

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see138

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see138

Bu dünyaya Seyid kimi gəlib Seyid olaraq yaşamaq

22 Dekabr 2025 15:08see137

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see135

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see134

Qarabağ Koxalski ilə bağlı qərarını qətiləşdirdi

23 Dekabr 2025 01:26see133

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see132

Darçının xərçəng əleyhinə İMKANLARI

23 Dekabr 2025 02:40see130

Gürcüstanın Baş naziri İrakli Kobaxidze İlham Əliyevi təbrik edib

22 Dekabr 2025 21:55see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri